adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
28 Fevral 2015 13:21
2378
MƏMLƏKƏT
A- A+

Ət 5 manata düşdü - Yarmarkada

Fevralın 28-də Bakı şəhərinin rayonlarında kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilir. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə təşkil edilən yarmarkalara mövsümə uyğun meyvə-tərəvəz və digər məhsullar çıxarılıb.


Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev AZƏRTAC-a bildirib ki, yarmarkalara rayonlardan 600 tona yaxın müxtəlif kənd təsərrüfatı məhsulları çıxarılıb. Qiymətlər bazarlardakından 25-30 faiz ucuzdur. Məhsulların keyfiyyəti ciddi yoxlanılır, xüsusilə ət və süd məhsulları baytar müayinəsindən keçirilir.

Qiymətlərə ciddi nəzarət olunduğunu vurğulayan M.Hacıyev deyib ki, yarmarkalarda heç bir qiymət artımı yoxdur. Qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manat – 5,5 manata, quş əti 2,5 – 2,8 manata, pomidor və xiyar 1 manat – 1,5 manata, nar və alma 1 manata, kartof 60-90 qəpiyə, soğan 60 qəpiyə, yumurta 5-7 qəpiyə təklif olunur.