adalet.az header logo
  • Bakı 20°C
27 Fevral 2015 17:27
1121
MƏMLƏKƏT
A- A+

“Paytaxt Gənclərinin Peşə və Yaradıcılıq festivalı” başladı

Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyəti və Gənclər Fondunun dəstəyi ilə "Paytaxt Gənclərinin Peşə və Yaradıcılıq festival” layihəsiylə bağlı tədbir keçirilib. 


Adalet.az-a verilən məlumata görə, tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova bütün tədbir iştirakçılarını Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun adından salamladı. Qeyd edib ki, ümummilli Lider hər bir sahəyə qayğı ilə yanaşdığı kimi, gənclərin gələcəyi naminə  onlara xüsusi diqqət göstərib. Dövlət gənclər siyasətində istedadlı gənclərin müəyyən edilməsi, dəstəklənməsi və inkişafına böyük diqqət ayrılır. Keçirilən layihənin əsas məqsədinin gənclərin liderlik bacarıqlarının inkişaf etdirilməsi, onların ictimai fəaliyyətə cəlb olunmalarının və qərarvermə proseslərində fəal iştiraklarının stimullaşdırılması, öz hüquqları haqqında biliklərinin artırılması, fəal mövqe bildirmə bacarıqlarının üzə çıxarılması və gənclər arasında əməkdaşlıq şəbəkəsinin yaradılması kimi nailiyyətlərin əldə edilməsindən ibarətdir.

Tədbirdə çıxış edən Yeni Nəsil” Gənclər İctimai Birliyinin sədri, layihə rəhbəri Asif Səlimov layihənin məqsədi barədə iştirakçılara ətraflı məlumat verib.