adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Fevral 2015 17:15
1720
MƏMLƏKƏT
A- A+

Almaniyalı alimlər Qəbələdə

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun "Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində Azərbaycana növbəti səfərə gələn almaniyalı alimlər – Vürsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartman və Auqsburq Universitetinin filologiya və tarix fakültəsinin professoru Klaus Volf Qəbələdə olublar.

 

Qəbələ Rayon İcra Hakimiyyətinin müavini Abil Ağasəfov Almaniyalı elm adamlarını Qəbələdə görməkdən məmnun olduğunu deyib və bildirib ki, ölkələrimiz arasındakı iqtisadi, diplomatik münasibətlərin inkişafı elm, mədəniyyət sahəsindəki əlaqələrə də müsbət təsir edib.

 

Azərbaycanda dəfələrlə səfərdə olduğunu xatırladan xanım Z.Hartman qeyd edib ki, Alman və Azərbaycan dastanlarını araşdırarkən hər iki xalqın köklərində mədəni yaxınlığın olduğu qənaətinə gəlib, həmçinin ölkəmizə etdiyi səfərlər də bunu təsdiqləyir.

 

Qəbələnin Nic kəndində yerləşən Alban Udin icmasında görüşlər keçirən almaniyalı qonaqlar Udin kilsəsində də olublar.

 

Səfərin növbəti günündə Xanım Ziqlinde Hartman və professor Klaus Volfun Qafqaz Universitetində mühazirələri təşkil olunub.