adalet.az header logo
  • Bakı 17°C
27 Fevral 2015 15:10
1149
MƏMLƏKƏT
A- A+

Gürcüstandan Azərbaycana avtomobil ixracı azalıb

Bu ilin yanvar ayında Gürcüstandan Azərbaycana 13 681,0 min dollar dəyərində 671 minik avtomobili ixrac olunub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 710 avtomobil və ya 3,55 dəfə azdır. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 32,8% azalıb.

 

Qeyd edək ki, bu ilin ilk ayı ərzində Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 48% təşkil edib.

 

Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin həcmi bu ölkənin ümumi avtomobil ixracının 61,6%-ni təşkil edib.

 

Bu ilin yanvar ayı ərzində ölkənin ümumi ixracında isə Azərbaycana ixrac olunan məhsulların xüsusi çəkisi 18,0% təşkil edib.

 

Qeyd edək ki, bu ilin yanvar ayında Gürcüstandan Azərbaycana 28 490,2 min dollar dəyərində məhsul  ixrac edilib.