adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
27 Fevral 2015 14:44
1434
İDMAN
A- A+

Bakıda məşhur avtoritet həbs edildi

Bakıda kriminal aləmdə Nəriman adı ilə tanınan məşhur cibgir saxlanılıb.

 

Adalet.az-ın məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsi, Nizami Rayon Polis İdarəsi (RPİ) və 24-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat zamanı 1983-cü il təvəllüdlü Salmanov Nəriman İqramuddinoviç tutulub. Saxlanılan zaman onun üzərindən şəxsi istifadəsi üçün nəzərdə tutulan narkotik vasitə olan tiryək də aşkar edilib.  Qeyd edək ki, polislər N.Salmanovu sərnişin avtobusunda cibgirlik edən zaman iş başında saxlayıblar.  

 

Araşdırma zamanı saxlanılan şəxsin əvvəllər dəfələrlə cibgirlik və narkotik vasitələrdən istifadə etdiyi üçün məhkum edildiyi məlum olub. Sonuncu dəfə 8 ay əvvəl azadlığa buraxılan N.Salmanov barəsində Nizamı RPİ-də cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.