adalet.az header logo
  • Bakı 20°C
27 Fevral 2015 14:37
1366
İDMAN
A- A+

Bu yolda hərəkət məhdudlaşdırlacaq

Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşacaq.


 "Azəryolservis” ASC-nin mətbuat katibliyindən Adalet.az-a verilən məlumata görə, Binəqədi rayonunun Biləcəri qəsəbəsində  Müdafiə Nazirliyinin ərzaq-əşya təyinatlı N saylı hərbi hissəsinə  gedən dəmir yolunun təmiri ilə əlaqədar olaraq fevralın 28-i axşam saat 20.00-dan martın 1-i səhər saat 8.00-a qədər həmin ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.  

 

Hazırda  sözügedən hissənin kənarından alternativ yolların salınması istiqamətində işlər gedir. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.