adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
27 Fevral 2015 14:21
1488
SİYASƏT
A- A+

Quzey Kıprıs Parlamentində Xocalı müzakirəsi

Quzey Kıprıs Türk Cumhuriyyətinin Parlamentində Azərbaycan Nümayəndə Heyəti ilə birgə Xocalı soyqırımı müzakirə olunub. Müzakirələr Soyqırım Həqiqtələrinin Tanıdılması İctimai Birliyinin təşəbbüsü ilə baş tutub. Nümayəndə heyətinin tərkibinə Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin rəhbəri Ceyhun Ələkbərov, Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan Nümayəndəliyinin rəhbəri Səftər Rəhimli və Diaspor Jurnalistləri Birliyinin İdarə Heyətinin üzvü Elnur Eltürk qatılıblar. Müzakirədə çıxış edən QKTC parlamentinin deputatı Zorlu Törə Xocalıda yaşanan qətliamı soyqırım aktı kimi dəyərləndirib. O, bu faciənin bəşəriyyət tarixində qara ləkə olduğunu bildirib və dünyanı bu hadisəyə duyarlı olmağa çağırıb. Nümayəndə heyəti spiker Sibel Siberlə da görüşüb, müzakirə aparıblar.