adalet.az header logo
  • Bakı 19°C
27 Fevral 2015 14:32
1227
İDMAN
A- A+

3 boksçumuz “Strandja” turnirdə yarımfinalında

 Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə "Strandja” turniri davam edir. 


Apasport.az saytının məlumatına görə, artıq yarımfinala vəsiqə qazanan idmançıların adları məlum olub.

 

Onların arasında kişilərdən ibarət seçmə komandamızın 2 üzvü də var. Bundan başqa, bir qadın boksçumuz da yarımfinalda mübarizə aparacaq. Bu dəfə 64 kq çəki dərəcəsində çıxış edən dünya çempionatının mükafatçısı Yelena Vıstropova 1/4 finalda qazaxıstanlı Zarina Soloyeva üzərində qələbə qazanıb – 2:0. Millimizin üzvü yarımfinalda ispaniyalı Miriyam Qutyerrezlə üz-üzə gələcək.

 

Anna Əlimərdanova (54 kq) 1/4 finalda amerikalı Kristina Kruza uduzaraq, mübarizədən kənarda qalıb.

 

Leyla Cavadova da (75 kq) yarışla 1/4 finalda vidalaşıb. Həmyerlimiz çinli Li Qiana məğlub olub – 0:3.

 

Kişilərin yarışında isə 2 boksçumuz – Elvin İsayev (60 kq) və Lorenzo Sotomayor (64 kq) turnirin medallarını özlərinə təmin ediblər. Sotomayor 1/4 finalda Braziliya təmsilçisi Joedison de Xesus üzərində qələbə qazanıb – 3:0. Boksçumuz növbəti mərhələdə Bolqarıstan idmançısı Ayrin İsmetovla üz-üzə gələcək.

 

Elvin İsayev isə (60 kq) 1/4 finalda Tayland boksçusu Saylom Ardeeni mübarizədən kənarlaşdırıb – 3:0. İsayev də yarımfinalda Bolqarıstan təmsilçisi ilə qarşılaşacaq. Onu finala gedən yolda Elian Dimitrov gözləyir.