adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Fevral 2015 14:10
1841
GÜNDƏM
A- A+

Bəzi qəzet köşklərinin yeri dəyişdiriləcək

 Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin rəisi Ramiz Hacıyev tikinti və inşaat işlərinə mane olan qəzet köşklərinin yeri dəyişdiriləcəyini bildirib.

 

R. Hacıyev qeyd edib ki, metro keçidlərində qanunsuz fəaliyyət göstərən ticarət obyektləri sökülüb. Onun sözlərinə görə, həmin keçidlərdə kitab mağazalarının fəaliyyəti üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunmalıdır.

 

R. Hacıyev Bakı 2015 Avropa oyunları ilə əlaqədar görülən işlərdən də danışıb: "Avropa oyunlarında Bakıya gələcək turistlərin ticarəti üçün hər cür şərait yaradılıb. Küçədəki reklamlar mütəmadi olaraq dəyişdirilir. Yağıntılı hava şəraiti ilə əlaqədar ticarət köşkləri öz görüntüsünü müəyyən mənada itirib. Ona görə də bu köşklər dərhal təmizlənir”.