adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Fevral 2015 14:07
3019
DÜNYA
A- A+

Əsgər üç yoldaşını şəhid etdi

Ağrı vilayətinin Doğubəyazit mahalındakı batalyonda yaşanan hadisə bütün Türkiyəni yasa batırıb.

 

Batalyonda həddindən çox əsəb gərginliyi keçirən əsgər keşik çəkdiyi silahla 3 əsgər yoldaşını şəhid edib.

 

Ağrı vilayətindən verilən açıqlamaya görə, hadisə dünən saat 01:00-də Göyay Batalyon Komandirliyinə aid şəhid Fəhmi Altınordu adına bölük komandirliyində baş verib.

 

Verilən məlumata görə, adı açıqlanmayan əsgərlərdən biri əsəbiləşərək tüfəngi özünə tərəf tutub atəş açarkən eyni batalyonda keşik çəkən 3 hərbiçi yoldaşını şəhid edib.

 

Prokurorluq tərəfindən istintaq başladılıb.