adalet.az header logo
  • Bakı 16°C
27 Fevral 2015 12:28
1849
MƏMLƏKƏT
A- A+

“Yaşıl xəzinəmizi qoruyaq!” adlı layihəyə start verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Tamerlan Turabov tərəfindən həyata keçirilən "Yaşıl xəzinəmizi qoruyaq!” adlı layihəyə start verilmişdir. Layihə Quba rayonunda fevral ayının 1-dən may ayının 1-ə qədər davam edəcəkdir.

Layihənin məqsədi Quba rayonunda ətraf mühitin mühafizəsi, ekoloji problemlərin qismən həllində yeniyetmə və gənclər tərəfindən yeni təşəbbüslərin qaldırılmasına dəstək verilməsi və bu işlərə daha çox iştirakçıların cəlb edilməsi, gənclərin ekoloji tərbiyəsinin və biliklərinin inkişafına dəstək olmaq, gənclərin ekoturizmə maraqlarının gücləndirilməsidir.

3 ay davam edəcək layihədə nəzərdə tutulan tədbirlər Quba rayonunda yeniyetmə və gənclərin, müəllimlər və valideynlərin iştirakı ilə həyata keçiriləcəkdir.