adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
27 Fevral 2015 12:25
1077
MƏMLƏKƏT
A- A+

“Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin artırılmasına dəstək”

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Rauf Fərzəliyev tərəfindən həyata keçirilən "Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin artırılmasına dəstək” adlı layihəyə start verilib.

Layihə Sumqayıt şəhərində fevral ayının 1-dən may ayının 1-ə qədər davam edəcək.

Layihənin məqsədi regionlarda gənclərin sağlam həyat tərzinə alışdırılması, hərbi-vətənpərvərlik ruhunun artırılması və ölkənin layiqli vətəndaşı kimi yetişdirilməsində ictimai dəstəyin formalaşdırılmasıdır.


3 ay davam edəcək layihədə
region gənclərinin hərbi-vətənpərvərlik mövzusunda maarifləndirilməsi planlaşdırılır.