adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Fevral 2015 12:03
1041
MƏMLƏKƏT
A- A+

Azərbaycanda 63 min əlil uşağın əksəriyyəti 3 yaşa qədərdir

"Azərbaycanda 530 min əlil varsa, bunun 62-63 minini uşaqlar təşkil edir”. Bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli "Əlilliyi olan uşaqların inkluziv və fərdi təhsili haqqında qanunvericilik sənədlər toplusu” adlı kitabın təqdimatında deyib.

Komitə sədri bildirib ki, cəmiyyət əlilliyi olan insanların qayğı ilə əhatə olunması, onlara cəmiyyətdə hər bir şərait yaradılmasına çalışmalıdır. 

Hadı Rəcəbli təhlillərin Azərbaycanda əsasən 3 yaşa kimi uşaqların əlil olduğunu göstərdiyini bildirib: "Dövlət qurumlarında ilə birgə bunun əsas səbəbləri araşdırılır. Məlum olur ki, əsas səbəblərdən biri nikaha girənlərin sağlamlığı ilə bağlıdır.

Bu yöndə də mühüm addımlar atılır və iyunun 1-dən etibarın nikaha girənlərin sağlamlığı haqda arayışlar tələb ediləcək. Məcburi diaspanserizasiya haqda da qanun qəbul edilib. Bu yöndə, genofondun, uşaqların sağlamlığının qorunması istiqamətində mühüm işlər görülür”.