adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
27 Fevral 2015 11:54
1925
DÜNYA
A- A+

Abdulla Gülün siyasi arenaya dönüşü sual altındadır

Türkiyənin sabiq prezidenti, Ədalət  və  İnkişaf  Partiyasının (AKP) qurucularından olan Abdulla Gül iyunda keçiriləcək parlament  seçkilərində iştirak etməyəcək. 


Adalet.az-ın məlumatına görə, bunu AKP rəsmisi  deyib: "Gülün öz qeydlərindən başa düşdüyümüz qədər o  növbəti  seçkilərdə namizədliyini  irəli  sürməyəcək”. 

Qeyd edək ki, ötən ilin avqustunda öz postunu  tərk  edən  Gül aktiv siyasətə  qayıtmaq niyyətində olduğunu bildirib. O qeyd edib ki, siyasi fəaliyyətlə  məşğul olacağı yeganə  partiya AKP-dir.  

Bu yaxınlarda Türkiyə XİN rəhbəri Ahmet  Davudoğlu özünün və  prezident  Ərdoğanın Gül ilə görüşdüyünü deyib: "Lakin danışıqlar zamanı AKP-yə qayıtmaqla bağlı təklif  yox idi.  İndi bu  məsələni müzakirə etmək çox tezdir”.