adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Bilərkən susmaq, bilmədiyin zaman danızmaq qədər çirkindir

FƏRHAD ŞABANOV
18420 | 2009-11-07 01:58
Keçən günlərin birində internetdə qarşıma bizə dərs deyən bir professor haqqında maraqlı bir xəbər çıxdı. Sizə bunun haqqında keçən yazılarımda demişdim. Həmin o "ermənilərdən üzr istəyirik"in baş qəhrəmanı. Bu müəllimin qızı Fransada yaşayırmış. Neçə ildir orda olduğunu bilmirəm amma Fransa vətəndaşı olduğu deyilirdi həmin xəbərdə. Son dəfə Fransada keçirilən parlament seçkilərində aktiv iştirak etməyə qərar verən qızın namizəd olmaq istəyi səlahiyyətli orqanlar tərəfindən rədd edilib. Səbəb olaraq isə türklərin ermənilərə qarşı etdiyi "soyqırım" göstərilib. Namizədliyini irəli sürməyə çalışan türk əsilli isə bildirib ki, mən Fransa vətəndaşı olduğuma görə siz mənə qarşı ayrı seçkilik edə bilməzsiniz. Mən öz haqqımı bütün hüquq yollarından istifadə edərək axtaracam və sizin bu qadağanızın götürülməsinə nail olacam. "Ən azı gələn seçkilərdə mən də namizəd olacam". Fransadakı erməni lobbisinin necə işlədiyindən xəbəriniz var yəqin ki. Bu qızın başını da elə onların yediyi anlaşılır. Mənə bu qızın etdikləri ya da ona edilənlər elə də maraqlı deyil. Mən sadəcə "ermənilərdən üzr istəyirik" məsələsini indiyə kimi anlamağa çalışıram. Bunu başladan insan ya erməni olmalıdır, ya erməni lobbisinin dəstəklədiyi bir siyasi fiqur. Sən professor adamsan. Türkiyənin öndə gedən universitetlərindən birində dərs verirsən. Düzünü desəm bu xəbəri oxuyanda, beynimdə belə bir fikir yarandı. "Bəlkə bunu etməklə Fransadakı erməni lobbisinə bir mesaj göndərib ki, Türkiyənin siyasətində bu soyqırım məsələləri çox həssaslıqla rədd edilsə də, mən və bizim ailə onlar kimi deyilik. Doğurdanmı parlamentdəki bir kresloya görə belə edilib?!" Mən bu müəllimin tələbəsi kimi onu müəyyən qədər tanıyıram. Bir kreslo üçün mənliyini satacaq bir insan deyil. Amma bilirəm ki, Qrant Dinkin yaxın dostu idi. Çünki dərslərdə tez-tez vurğulanan addı Qrant Dink. Bu "ermənilərdən üzr istəyirik" indiyə kimi necə qaranlıq idisə, indən sonra da elə qalacaq yəqin mənim üçün. Hətta hər yeni bir şey eşidəndə bu qaranlıq daha da tündləşir. Amma onu bilirəm ki, axtarıb araşdırmadığın bir həyat yaşamağa dəyməz. İnsan nə axtardığını biləndə onda haralara baxmaq lazım olduğunu da bilir.
   
   
   
   ***
   
   
   
   Ruhlar fahişə olduqdan sonra bədənlərin bakirə olmağı nəyə yarar ki?!İnsanları bilərək aldatmaq, başlarını boş şeylərlə doldurmaq necə də utanılacaq bir davranışdır. Türkiyə mətbuatının 90%-i bu işlə məşğuldur. Yüz minlərlə tirajlı qəzetlərindən tutmuş ən çox izlənilən telekanallara qədər. Bu insanlar nə düşünür? Ya da bu insanlar düşünə bilirmi ki? Serialları yəqin ki, Azərbaycanda da izləyənlər az deyil. Hər insan bilir ki, yarpaq bir fəsilə tökülüb qurtarar. Amma kanal D-də elə bir "yarpaq tökümü" var ki, 3 ildir tökülüb qurtara bilmir. Mənə də maraqlıdır, bu hansı ağacın yarpaqlarıdır axı. Ya da "aşkı məmnu". Ailə strukturuna zərbə vura biləcək ən güclü silah. Yadımdadır əvvəllər Latın Amerikası serialları verirdilər. Heç o seriallarda bu qədər aldatmaq və "sevgi" basabası yoxuydu. Başqa serialları da deyə bilərəm məncə bu ikisi bəsdir. Hansısa hegemon dövlət insanların beynini yumaq üçün bir virus buraxır dünyaya. Bunun ən həngaməli, ən zırıltılı əks sədası Türkiyədən gəlir. Ay qoymuyun bu gün Ankarada donuz qripindən 5 nəfər öldü. Sabah İstanbulda 10 nəfər öləcək. Bizim də yaxınlarımız bu xəbərlərə baxıb hər gün zəng eliyirlər, "Amandı oğlum, qalın geyin, ağzına bir şərf bağla. Deyirlər yaman qrip yayılıb o tərəflərdə. Gündə biri ölür." Yadınızdadırsa 2-3 il bundan qabaq da quş qripi varıydı. Hansısa toyuq şirkəti ilə hegemon dövlətlər arasında anlaşılmazlıq olub yəqin. Bu virusu buraxıblar. Beləliklə bir illik toyuq tükətimi müəyyən qədər azalıb. Sonra həmin toyuq şirkətinin sahibi gedib hegemonların ayağına yıxılıb yalvarıb ki, qurban olaram sizə uşağım var, ailəm var bir də belə səhv buraxmaram siz böyüklərimə qarşı. Həmin anda virus yığışdırılır. Elə bil, bir düyməciyə basacaq qədər asandı. İndi quş qripindən danışan da yoxdur heç. Biri səni bir dəfə aldatsa günah ondadır, ikinci dəfə aldatsa günah elə sənin özündədir. Düşünmək varlığımızın ən böyük parçasıdır. Düşünərək əldə etdiyin elm həmişə sənin olacaq. Bu dünyada sadəlövh olmamaq lazımdır. Hər addımı atanda düşünmək lazımdır. Allah bizi pislərdən qorusun!

TƏQVİM / ARXİV