adalet.az header logo
  • Bakı 19°C
26 Fevral 2015 18:59
3692
ƏDƏBİYYAT
A- A+

Ayaz Vəfalının 25 yaşlı nəvəsi dünyasını dəyişdi

Tanınmış şair, tənqidçi, "Ədəbiyyat qəzeti"nin sabiq baş redaktoru Ayaz Vəfalının nəvəsi 25 yaşlı Orxan Behbudlu dünyasını dəyişib.

 

Bu barədə AzNews.az-a açıqlama verən Ayaz Vəfalı bildirib ki, Orxan Behbudlu qan xərçəngi xəstəliyindən vəfat edib:

 

"Orxan xəstə idi. Uzun müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi. Bu gün isə səhər saatlarında da onu itirdik. İnanın, çox pisəm, bilmirəm necə edim”.

 

Hazırda yas mərasimində olan Ayaz Vəfalı O.Behbudlunun bu gün dəfn olunacağını dedi.

 

Qeyd edək ki, Orxan Behbudlu tanınmış jurnalist Ələsgər Behbudlunun oğludur.