adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

DOĞRUYA ZAVAL YOXDU

BABƏK YUSİFOĞLU
41065 | 2015-02-26 09:27
Bir əsr öncəki dövrdə yaşanan proseslərdən "soyqırım" yalanlarını uyduraraq türkə qarşı düşmənçilik siyasətlərini sürdürən ermənilər çox yaxın tarixdə, dünyanın gözü önündə törətdikləri Xocalı soyqırımını hər yerdə başqa cür qələmə verməyə çalışırlar. Lakin son zamanlar Azərbaycanın güclü təbliğatı sayəsində dünya yavaş-yavaş da olsa həqiqəti görməyə başlayıb. Artıq elə bir vəziyyət yaranıb ki, bir çox dövlətlərdə, ölkə parlamentlərində Xocalı hadisələri soyqırım kimi tanınıb. Və proses bu istiqamətdə də davam etməkdədir. İndi avropalılar belə Xocalı dəhşətlərini əks etdirən, ermənilərin vəhşiliyini göstərən kitablar, məqalələr çap etdirirlər.
Həqiqətlərin nə vaxtsa üzə çıxa biləcəyini ağıllarına gətirməyən ermənilər indi fakt qarşısında qalıblar. Çünki hazırda Xocalı soyqırımının ildönümü ilə bağlı dünyanın bir çox ölkələrində kütləvi tədbirlər, konfranslar, yürüşlər, mitinqlər, anım mərasimləri keçirilir. Bu günlərdə beynəlxalq ictimaiyyət ermənilərin XX əsrin sonlarında Azərbaycan torpaqlarında törətdikləri etnik təmizləmə əməliyyatlarını, həyata keçirdikləri vəhşilikləri, insanlığa sığmayan dəhşətləri əks erdirən şəkilləri, videoları, faktları gördükcə dəhşətə gəlirlər. Dünən bu cür amansızlıqları, vəhşətləri törədən bir millət yüz il bundan qabaqkı hadisələrdən necə yalançı "soyqırım" quraşdırıb danışa bilir???
Qardaş Türkiyədə də Xocalıyla bağlı bir sıra tədbirlər keçirilməkdədir. Və mənim məqsədim bunların sırasında yaşanan bir məqama diqqət çəkməkdir. Dünən Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri, hörmətli Dövlət Baxçalı partiyasının parlamentdə keçirilən iclasında Xocalı faciəsini anıb, bu haqda danışıb: "23 il əvvəl Dağlıq Qarabağın Xocalı qəsəbəsində tarixə qara ləkə kimi düşən soyqırımı baş verib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə rusların 366-cı motoatıcı alayı və təpədən-dırnağa qədər silahlanmış erməni silahlıları günahsız insanları vicdansızcasına qətlə yetiriblər. Xocalıda etnik təmizləmə aparılıb. Dünyanın gözü qarşısında sənədli-sübutlu soyqırımı cinayəti törədilib".
Bütün qəlbiylə həmişə Azərbaycan xalqının yanında olan, dərdlərini, sevinclərini özlərinki bilən Dövlət Baxçalı çıxışı zamanı bəzi türkiyəli insanlara haqlı, amma mənə görə bir qədər qəribə bir sual da ünvanlayıb: "Xocalı 23 ildir əzab içindədir. İllərdir soyqırım nağılı danışan, uydurma iddialarını yalan və böhtan üzərində quran erməni lobbisi hələ də millətimizə qarşı intiqam həvəsindən vaz keçməyib. Ermənilər ilk növbədə günahsız müsəlman-türk qanının bədəlini ödəməlidir. Bəs erməni olduqları ilə fəxr edənlər haradadırlar? Küçə-küçə plakat daşıyıb "Hamımız erməniyik" gurultusu qoparanlar hansı deşikdədirlər? Bunların ağzından ömür boyu bir dəfə də Xocalı kəlməsi çıxmayıb"".
Maraqlıdır, bizlər də, MHP lideri də çox gözəl bilir ki, küçələr çıxıb "həpimiz erməniyiz" deyənlərin doğrudan da hamısı erməni kökənlidirlər. Onların sadəcə adları, soyadları türkcə ola bilər. Axı, erməni olduqlarını küçələrə çıxıb bar-bar bağıran adamların erməniliyinə nədən şübhə edilməlidi??? Başqa cür bu necə ola bilər ki? Və hörmətli Dövlət bəy belə zatıqırıqların indiki zamanda hansı deşikdə olduqlarını yaxşı bildiyi halda nədən bir də soruşur ki, bəs erməni olduqları ilə fəxr edənlər haradadırlar? Küçə-küçə plakat daşıyıb "Hamımız erməniyik" gurultusu qoparanlar hansı deşikdədirlər?
Onların yuvalandıqları dəliklər məlumdur. Bunu ki, hamımız bilirik. Hər kəs əmin olsun türkün düşməni olanlar elə həmin dəliklərdə də qalacaqlar. Bu cür davranışlar sərgilədikləri üçün öz ağalarından qrantlar, paralar alan kəslər Xocalı şəhidlərini, Xocalı qurbanlarını xatırlaya bilməzlər. Yəni, deyirsiniz ki, erməni olduqlarını hər tərəfə dönə-dönə bağıran soysuzlar Xocalı soyqırımını da ağızlarına alsınlar?! Bu mümkün deyil, axı! Lakin biz bir məqamı heç vaxt unutmamalıyıq: içimizdəki düşmənlərə fürsət verməməməliyik!..

TƏQVİM / ARXİV