Bəlkə də payız yeganə fəsildir ki, adamın təkcə ruhunu oxşamır, həm də onun bütün həyatını təkrar-təkrar diqtə edir. Hara baxırsansa, hansı səmtə üz tutursansa, orda bir iz, bir nişanə səni özünə çəkir. Görünür, rənglərin də həmahəngliyi payızın bir xüsusi gözəlliyidi. Çünki yaz yaşıllıqla, rənglərin bu çalarının bolluğu ilə seçilir. Hər tərəfdə həyat oyanır, yaşıl rəng elə bil ki, hakimi-mütləq olur! Göz sevinir, könül gülür... sən də bu yaşıllığın içərisində elə bil ki, dünyaya yenidən gəlirsən və bilmirsən ki, qarşıda səni nələr gözləyir?!
Yay da özünəməxsus bir gözəllik yaşadır adama. Və bu gözəlliyin də öz adı var, sadəcə təkrar etmək, xatırlatmaq mənə bir az yersiz görünür. Çünki insan hansı yaşda olur-olsun ömrünün yazını, yayını, payızını, qışını əvvəlcədən proqramlaşdıra bilmir. Və nə yaxşıdaki bunu əvvəldən müəyyənləşdirmək mümkün deyil, yoxsa nəsə baş verər, nəsə yerini səhv salar və yaxud da yarımçıq qırılar. Onda təkcə özününkülərə yox, həm də ətrafındakılara, səni duyanlara bir nisgil, bir ağrı qoyub getmiş olarsan...
Payız bütün rəngləri özündə cəm etdiyindən ona bəzən son bahar da deyirlər. Doğru və bəlkə də dürüstdən də dürüsüt deyilmiş bir bənzətmə, bir addı-bu! Çünki payızda bütün fəsillər bir araya gəlir. Yaşıl yarpaqlardan tutmuş, qızılı yarpaqlara, xəzələ qədər. Axı, rənglərin hamısı payızın hər anında özünü biruzə verir. İnanmırsınızsa yaxınlığınzdakı istənilən bir ağaca baxın. Budağında yaşıl yarpaq da görəcəksiniz, qızılı yarpaq da, ayaq altına səpələnmiş xəzəl də...
hey gəzdim canım fikirli
heç dərdi acı görmədim
dərdimdən əziz, dünyada -
qardaş, nə bacı görmədim...
yer salıbdı ürəyimdə
darda durub kürəyimdə
bu dünyanın heç yerində
dərdimə tacı görmədim.
haqqa ibadət elədim
hər kəsə şəfa dilədim
bunca ziyarət elədim -
dərdimi Hacı görmədim!
***
Bu günlərdə yolum qaçqınlarımızın məskunlaşdığı qəsəbələrdən birinə düşmüşdüm. Şəhərdən xeyli uzaqda yerləşən həmin bölgəyə sübh çağı üz tutdum. Əməlli-başlı dumanlı-çiskinli bir hava idi. Yazar dostlarımın dediyi kimi, havadan "araq qoxusu gəlirdi". Və mən də elə bu havanın araq qoxusu verdiyi bir məqamda yola çıxmışdım. Düşünürdüm ki, mənzil başına nə qədər tez çatsam, bir o qədər yaxşı olar. Amma sən saydığını say, gör, zəmanə nə sayır...
Mən də zəmanənin nə saydığının fərqinə varmadan yol gedərkən diqqətimi bir mənzərə çəkdi. Maşını əyləyib, düşdüm və gözlərim önündə açılan bu mənzərəyə heyran oldum. Çünki şəhərin ağır havası, göz yoran asfaltı, əsəbləri tarıma çəkən tıxacları və s. və i. bu mənzərinin önündə bir andaca unuduldu. Elə bil ki, bütün bunlar heç olmayıb və mən də onların heç birini nə görmüşəm, nə də yaşamışam. Odur ki xüsusi bir heyranlıqla o mənzərəyə aludə olmuşam. Baxır... baxır və doymurdum... doymaq da mümkün deyildi. Ağacların arasında çox da böyük olmayan ərazidə balaca bir göl yaradılmışdı. Hiss olunurdu ki, hansısa duyğusal bir insanın yaradıcılığı-təsərrüfatıdı. Çünki ağacların birinin budaqlarının üstündə üç-dörd nəfərin rahat otura biləcəyi bir çardaq da var idi. Çardağın küncündən isə açıq-aydın görünən balıq tutmaq üçün qarmaqlar da asılmışdı. Həmin qarmaqların sahibinin kim olduğunu bilməsəm də, öz-özümə qərar verdim ki, bu gölü düzəldən hər kimdisə mütləq balıq həvəskarıdı. Sakitcə ləpələnən gölün suları üzərində adlarını bildiyim və bilmədiyim müxtəlif quşlar da öz "istirahətində" idi. İcazə filan istəmədən yavaş-yavaş gölə tərəf getdim. Görünür, hardasa xətaya yol verdim. Çünki gölün üstündə "istirahətində" olan quşlar dərhal havalandılar. Mən onların kefinə soğan doğramışdım...
Bu gördüklərimi lentə köçürə bilməsəm də, amma gözlərimə, könlümə köçürmüşdüm. Ona görə də mənzil başına kimi artıq bütün yorğunluğu, ağrı-acını unutmuşdum. Necə deyərlər, sanki sözün həqiqi mənasında dərddən silkinib çıxmışdım.
min bir ildi tanıyıram
üzümə üz tutan dərdi...
əzizləyə-əzizləyə
ömrümdən gün udan dərdi...
gül sanıram vaxtsız solan,
didə yeri şehlə dolan...
gözümdə gah mələk olan-
gah da aranqutan dərdi!
vaxt şah edib üzsüz şoru
çartlayır səbrimin goru .
ay Əbülfət, çalış qoru -
alın yazın - butan dərdi!
***
Adətən təsərrüfat adamları payızın ilk günlərindən başlayaraq, gördükləri işlərin yekununu vurmağa başlayırlar. Yəni xərclərini, qazanclarını hesablayırlar. Əldə etdikləri barı-bərəkəti yerbəyer edirlər ki, qarşıdan gələn qışdan uğurla çıxa bilsinlər. Ümumiyyətlə insan psixologiyasında belə bir məqam da var. Hər kəs öz həyat tərzinə, öz dünya görüşünün imkanlarına görə, həmişə daxilən öz-özünə bir hesabat verməyə də meyilli olur. Belə anlarda hamıdan bir az aralanıb, sakit bir guşədə daha çox isə gecələr sükutun yavaş-yavaş ətrafı bürüdüyü anlarda əllərini başının altında daraqlayıb və göy üzü ilə, ya tavanla həmsöhbət olursan.
O söhbəti bir özün eşidirsən, bir də üz tutduğun ünvan. Ona görə də onun səsi-sorağı heç yana çatmır, heç kim ondan xəbərdar olmur, tək Tanrıdan başqa. Bu mənada payız fəsli də həmin hesabatların dinlənilən, araya-ərsəyə gətirilən məqamlarındandır. Məqam da gəlib çatanda təbii ki, qoyulan suallar cavab istəyir və o cavablar bəzən qaçılmaz olur. Kimliyindən asılı olmayaraq, mən yüzə-yüz əminəm ki, onun qarşısında az qala buz heykəl kimi dayanmış suallar var. Sadəcə sayı az və ya çox ola bilər. Bu saylar da təbii ki, şəxsiyyətin əməllərindən, dünya görüşündən, bir sözlə bu və ya digər məqamları üst-üstə qoyan taleyindən asılı olur. Çünki dünyaya gəlib, baxıb gedənlər olsa-olsa, yeməklə, yatmaqla və digər bir-iki xırda-para məişət sualları ilə üzləşə bilərlər. Amma anlayışlı, duyumlu, dünyanın gəliş-gedişini izləyən, ondan baş çıxarmağa çalışan adamlar üçün isə suallar yetərincədi. Neynəyək ki, o suallar bəzən cavabsız qalır və yaxud da onun cavabı elə sual qarışıq insana ikinci bir problemi, dərdi də yaradır. Dərdlərdən isə qaçmaq mümkün deyil.
səhərə
ağrıların əlindən
bir təhər qopub çıxdım...
yeni iş həftəsindən
aldığım ismarıcla ,
köhnədən qalanları
güclə üst-üstə yığdım...
Şəhərə -
ağrılarımla birlikdə
düşüncələrimi,
ümidlərimi,
səvablarımı,
günahlarımı,
bir sözlə
bütün olanlarımı
götürüb çıxdım-
amma ,hər kəs
laqeyd ötdü yanımdan
sanki elə
belə də olmalıymış...
hirsimdən
çıxarmaq istədim
adamlığı canımdan,
qanımdan...
bacarmadım...
və susub
sadəcə dişlərimlə
adamlığımı sıxdım.
***
Bəli, ömrün bir payızının da günləri vərəqlənir. Artıq son bahar nə eləyir, eləsin heç nəyi geri qaytara bilməyəcək. Bu günə kimi olanlar, olub, bundan sonra da yəqin ki, olacaqlar da olacaq. Sevinməli və təssüf edilməli çox məqamlar oldu bu payıza qədər. Lap elə bu yazıda xatırlatdığım həmin o mənzərənin özü də bir ümid işığı idi, bir həyat eşqi idi payızın qoynunda...
Bəli, kimlərsə barışmaya bilər, amma yeddi rəngi özündə cəmləyə bilən bu payız həm də qarşıdan qışın gəldiyinə işarə verir. Deməli, ayağı yerə bərk dirəmək, ümidlərdən möhkəm yapışmaq, səhərlərə ağrı-acılardan qurtulmaqla getmək gücümüzü qoruyub, saxlamağı bacarmalyıq. Yoxsa, payızın yarpaq tökümü... onsuz da qaçılmazdı. Bəlkə də elə qaçdığımız yerdə payzın özüdü. Qızılı payız... son bahar...