adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

DAHA DÖZüMüM QALMADI...

VƏDAT KUŞAKLI
20902 | 2009-10-24 00:23
"Amma Türk dövlətinə, türk millətinə xəyanət edənlərin, türk əsgərinə, polisinə, işçisinə, köylüsünə illər uzunu qurşun sıxanların, dövlətin onlara əfvetmə çabaları nəticəsində halaylarla, davul-zurnayla 150 min dollarlıq ultra lüks CİP-lərlə, terrorist elebaşının posterləri və uluslararası terror örgütü bayraqları ilə, əsl qəhrəmanlar kimi qarşılanmalarını da və örgütlərinin siyasi qanadlarının liderlərinin də, "bir nəfər daha tutuqlanarsa barışa darbə vurulur deyən" türk savçılarının, türk dövlətinə göz dağı, təhdid sayıla biləcək nitqlərini də televizordan içimiz "cızz" edərək izləyirik, amma buna rəğmən dövlətimizi təmsil edən məqamların bu siyasi qərarlarına sayğı duyarıq.
   
   Bundan öncəki bir məqaləmdə bu sətirlər də yer aldı. Məni tanıyanlar "Ulan, nə biçim sayğı bu? Hökumətin hər yapdığına sayğımı duyacaqsın? Nə biçim yazarsan sən? Mürəkkəb yalamış bir okur yazar olaraq və əməkli bir zabit olaraq yazman gərəkənlər bumuydu? Bu PKK-çıları barı sən də alqışlasaydın, qırmızı xalılar sərsəydin yollarına, hırıldayaraq çiçəklər uzatsaydın onlara, hətta DTP-yə üzv olsaydın".
   
   Bəli, bunları siz mənə deməsəniz belə mən özüm-özümə dedim və mən siz bilməzsiniz, çox yazımı yazarkən klaviaturamın tuşlarına təpik-yumruq da vururam və bilgisayarın tozlu ekranında gördüyüm sətirlərimə baxarkən ağlaram. Mən bu dəfə bu üstəki sətirlərimi yazıb da ekranda onları gördüyümdə həm ağladım, həm də ekrandakı bu yazılarıma tüpürdüm.
   
   "O zaman nədən yazdın bə adam?" Yazmaq zorundaydım. Bu diksindiyim və içinə tüpürdüyüm sətirləri yazarkən o gün o görkəmli qarşılanma törənində, o tarixin ən çarpıq festival günündə, o dağların belə sinirdən inlədiyi günündə, o çöp qutuları ətrafındakı it-pişiyin belə utandığı o gündə mən - bu sətirləri, o sətirləri yazarkən ağlayan və yazdıqlarına tüpürən mən - orada o gün görəv yapan və görəvləri dağdan enən terroristlərlə onları qarşılamağa gedən DTP-çilərin can güvənliklərini saxlamaq olan Türk komandolarını, Türk piyadalarını, Türk zabitlərini, Türk mehmetciklərini, Türk baş komisərlərini, Türk əmniyyət amirlərini düşündüm. Onlar o gün ömürlərindən on il itirdilər. Onlar o gün bu tarixi biabırçılığı cocuqlarına, nəvələrinə və bir neçə gün sonra arvadlarına necə anlatacağını və üzlərini qırxarkən güzgüyə necə baxacağını düşündülər. Mən onları iyi bilirəm. Bu Türk dövlətinin, bu Türk Silahlı Qüvvətlərinin özümə görə ən çılğın zabitliyini zamanında mən də yapdım. Onların necə qəhrəman türklər olduğunu mən iyi bilirəm. Onlar günlərdi, gecələrdi oralarda yuxusuz , hüzursuz görəv yapan əsl övladlarımızdı. Onların uniformaları dağdan enən terroristlərin uniformaları qədər ütülü deyildi. Ayaqqabıları dağdan enən terroristlərin ayaqqabıları qədər boyalı və təmiz deyildi. Dağdan enənlərin üzündə təbəssümlər, gülücüklər vardı. Sezar kimi xalqı salamlayırdılar. O igid türk övladları əzikdi, ağlayırlardı, amma göz yaşlarını zəhər kimi içlərinə axıdırlardı. Hər birinin qırtlağı qırıq tənəkə, qırıq şüşə parçası ilə kəsilmişcəsinə, qırılmışcasına bir xırıltıyla qan axıdırdı. O gün onlar qan ağlayırdılar. Bax, dediklərim onlaraydı mənim. Çünki bilirəm ki, onların içlərində məni oxuyanlar var. Mən onlara deyirəm ki: "Sakit ol, aslanım, sən utanma. Utanc duyacaq olan sən deyilsən, başqaları utansın. Sən sakit ol. Bu gün iradəni zorlamanın, səbirli olmanın günüdü. Ən kiçik bir daşqınlığın sənin öz dövlətin tərəfindən əzilmənə, qoruduğun, uğuruna canını verdiyin bayrağının kölgəsində, yenə sənin öz hakim və savçılarınca yarğılanmana və sənin toz qondurmadığın yasaların gərəyincə sənin cəzalandırlmana səbəb olacaq. Səni kimsə yüz minlərcə dollarlıq CİP-lərlə ayaqda alqışlarla, çiçəklərlə qarşılamaz. Çünki biz Koreyadan, Çanaqqaladan, Kiprdən, Sakariyadan, İnönüdəki savaşlardan, çatışmalardan dönmüşük, amma bizi bu qədər şımartan, bizə bu qədər bəh-bəh eləyən münasibəti görməmişik. Sən bu gün və bundan sonrakı günlər bu qarşılamalara hazırlıqlı ol, immunitet qazan, daş-divar kəsil, dəmir kimi ol. Əsəblərini poladdan da sağlam tut. Amma sən sən ol, əzilmə, həyəcanına yenilmə, özünü xərcləmə, ibrət olsun deyə çətəçi-ergenekonçu damğası yeyib özünü məhbus damlarında çürütmə. Hökumətinə güvənməsən də, dövlətinə güvən, köklü tarixinə güvən, Türk Ordusuna güvən və sus. Qartal gözlərini qıy və ətrafına heç təpki vermədən bax və növbətini tamamlamaya çalış, əllərini silahının tətiyindən çək. Belə olması gərəkir, Məmətim. Belə olması gərəkir, aslanım... Sonra bərabər səninlə bir-birimizə dayı-bacıoğlu, ata-oğul kimi sarılarıq və sarsıla-sarsıla ağlarıq. Sanırım məni indi anladınız. Daha dözümüm qalmadı.

TƏQVİM / ARXİV