adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Fevral 2015 17:49
6031
MARAQLI
A- A+

20-30 yaş cavanlaşdıran şokolad icad olunub

Britaniyanın Kembric Universitetinin mütəxəssislərinin insanı cavanlaşdıran şokolad hazırlayıblar. Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, bu şokoladı müntəzəm yeyəndə qırışlar hamarlanır, yaşlılıq əlamətləri azalır və dərinin qan dövranı yaxşılaşır. Nəticədə dəri parlaq olur.

"Esthechoc” adlandırılan cavanlaşdıran şokolad hər biri 7,5 qram olan plitkalar şəklində qablaşdırılıb. Hər plitkanın tərkibi 72 faiz kakaodan və cəmi 38 kaloridən ibarətdir. Bundan əlavə, kiçik bir şokolad porsiyasında eynən 300 qram qızılbalığın tərkibində olan qədər iltihab əleyhinə karotinoid astaksantin var. Şokolada xolesterini azaldan antioksidantlar və güclü bitki ekstraktları əlavə olunub.

Britaniya alimləri bildirirlər ki, insanlar bu şokoladın möcüzəli təsirini artıq üç həftə sonra hiss edəcəklər. Onlar şokoladın cavanlaşdırma təsirini könüllülərin üzərində sınaqdan keçirəndən sonra bu qənaətə gəliblər.

Tədqiqatda 50-60 yaşlı insanlar iştirak ediblər. Könüllülər gündə bir dəfə 7,5 qramlıq "Esthechoc” plitkası yeyiblər. Artıq üç həftədən sonra dərisi 20-30 yaş cavanlaşıb.

"Lycotec” şirkəti öz məhsulunu mart ayında Londonda keçiriləcək "Global Food Innovation Summit” konfransında təqdim etməyi planlaşdırır. "Esthechoc” şokoladı geniş satışa noyabrda çıxarılacaq. Möcüzəli şokoladın qiyməti hələ açıqlanmır.