adalet.az header logo
  • Bakı 17°C

iHBARNAMƏ

VƏDAT KUŞAKLI
20295 | 2009-10-17 00:22
Qiymətli türk gəncləri. Salam! Bu bir məqalə deyil, bu bir bildiridir, ihbarnamədir, dəvətdir, şikayətdir, açıqlamadır, təklifdir. 2009-cu ilin içində olduğumuz aləmin bütün türk gənclərinə səslənirəm. Yörük, türkmən, uyğur, qırğız, qazax, kıbrıslı, Batı Trakiyalı, bolqarıstanlı, makedon, ahıskalı, özbək, azəri indiki adı və sanı hər nə olursa-olsun; Bilgə xaqanın, Atillanın, Çingizin, Osman qazinin, Səlcuq bəyin, Mustafa Kamalın, Ədəbalinin, Yunis Əmrənin, Mevlana Cəlaləddinin nəvələrinə səslənirəm. Hun nəslinə, Karahanlılara, Qəznəvilərin övladlarına, Səlcuqluların cocuqlarına, Xarəzmşah igidlərinə, Göytürk qəhrəmanlarına, Altınordu əfsanəsinə, Avar dəliqanlılarına və dəli qızlarına , Böyük Teymur aslanlarına, Xəzər soyuna, Babil cəsurlarına, Osmanlının mərd insanlarına, Anadolu Bəylərinə, Rumeli və Batı Trakya Ağalarına, Kafkaz xanlarına yazıyorum.
   
   Bu bir ihbardır, dəvətddir, uyarıdır, təklifdir.
   
   Ayrıntılara girmək lüzumsuzdur. Türk millətinin dünyanın mövcud düzənindəki durumu bəllidir. İslama könül vermiş və özəlliklə ərəb olmayan toplumların durumları da bəllidir. Sizlərə bildiyiniz şeyləri təkrar anladaraq, əsəblərinizi zorlamayacağam və zatən çox aşağı olan kefinizi tamamən sıfıra endirməyəcəm.
   
   Məni yazılarımdan tanıyırsınız. Əməkli bir əsgər, 51 yaşında bir baba, Türkiyədə yaşayan bir türk oğlu bilirsiniz. Siyasəti heç sevmədiyimi sizə hər dəfə bildirmişəm. 2006-cı ildən bəri Türk Silahlı Qüvvətlərindən istefa edib yazmağa başlamışam. Türklərin üzərində oynanan oyunları anlatmağa, ayağımızın altına qazılan quyuları anlatmaya çalışıram. Yüzlərcə dəfə söylədim: "Dövlətlər arasında dostluq, müttəfiqlik, strateji ortaqlıq və s. yoxdur; sadəcə mənfəət alış-verişləri vardır" dedim. Bu alış-verişlərdə bu qurdlar və çaqqallar bazarındakı ticarətdə, bazarlıqlarda təəssüf biz türklər əlimizdəki bahalı xəzinələrimizi, dəyərlərimizi beş paraya satmağa, verməyə davam edirik. Bunlar məni qəhr edir. Yer üzünün bütün türkləri öncəliklə mənəvi, sosial, kültürəl könül olaraq birləşməlidir. Öncə bu edilməlidir. Bundan sonra gerisi çox asan bir şəkildə gələcəkdir. Heç kimsə şuraya üzv olsun, buraya ismini yazsın, bu hesab nömrəsinə para yatırsın və ya bu gün şurada toplansın demirəm. Amma bir şəkildə addımımızı atmamız lazım gəldiyini və bu mismarı çıxmış fani dünyaya sahiblənməmizin zamanı gəldiyini bundan böylə idrak etməliyiz.
   
   Porno sektorunda, uyuşdurucu bataqlığında, içki və qumar yerlərində, şeytan tələlərində, mafiyanın və terrorun qucağında minlərcə övladımızı qurban veririk. Bunlar ana-baba quzuları, gəncəcik fidanlar, sizlər kimi hələ həyatlarının baharlarına başlayan körpəcik yavrular. Amma onlar baharlarını görmədən qışlarına başlamış talehsiz qurbanlar olmuş artıq. Yenə də Allahdan ümid kəsilməz. Bəlkə bəzilərini, bəlkə də bir çoxunu düşdükləri bataqlıqlardan onlar daha boğulmadan çıxara bilərik.
   
   Türklərə bütün dünyada bir sayğı saxlaya bilərik.
   
   Beynimdə və qəlbimdə nələr yapa biləcəyimə dair duman və bulud şəklində dağılmış duyğu və düşüncələr mövcud. Bu duman, bulud halındakı duyğu və düşüncələri sizlər rüzgar olacaqsız, sizlər fırtına və qasırğa olacaqsız və bir araya toplanaraq leysan yağışlar kimi, qarlar kimi yağdıracaqsınız. Heç kimdən para, hər hansı bir imza, nüfus və kimlik bilgiləri, vəd tələb etmirəm. İndilik sadəcə bu fikirlərimin sizlər tərəfindən sahibləndiyini bilmək, öyrənmək istəyirəm. Gerisi ondan sonra gələcəkdir.
   
   Mən inanıram və əminəm ki, dünyanı titrədə bilərik. Dərnək demirəm, diaspora kimi bəzəkli Frenk sözləri də demirəm, Vakıf-filan da demirəm, örgüt kimi tüklər ürpədən oluşumlarla zatən işimiz olmaz... Əgər mənə dəyər verirsəniz nələr yapa biləcəyinizi mən sizlərə anlatacağam, sizlərə rapor halında təqdim edəcəyəm. İndilik sadəcə məndən belə bir tələbdə bulunub-bulunmadığınızı bilmək istəyirəm. Bu qədərini söyləyim, sadəcə ürəklərimizi, vicdanlarımızı, yəni mənəvi gücümüzü, ilahi enerjimizi ortaya qoyacağıq və inanın mənə, dünya titrəyə bilər və bütün bu fani dünya qarşınızda sayğı ilə əyilə bilər. Yüzminlərlə, milyonlarla türk gəncinin, türk dəliqanlısının, türk gənc qızının yapmayacağı mözücə yoxdur. Gözəlliklər ortaya qoya bilərsiniz. Hökumətlərə, dövlətlərin siyasətlərinə, uluslararası qurum və təşkilatların qərarlarına, diasporlara meydan oxuya bilərsiz. Onların bütün planlarını, proqramlarını alt-üst edə bilərsiz.
   
   Nə edəcəyik? Qanundankənar saxtakarlıqlar, oğurluqlar, gizli fəaliyyətlər yapmayacağıq. Ürəyimizi ortaya qoyacağıq. Hamısı bu. Paraya, pula ehtiyacımız yox, silaha da sarılan deyilik, ürəyimizi, könlümüzü danışdıracağıq. Məncə bu namussuz dünya üçün bu yetər.
   
   Bunların nə olduğunu sizə daha ətraflı anlatmağa çalışacağam və düzgün qərarı sizverəcəksiniz. Mən demirəm ki, sizin lideriniz olum, mənim belə şeylərə nəfsim toxdu. Mən onları çox doyurdum, bu cür ehtiyaclarım yox. Ehtiyacım olan isə sizlərin də ehtiyacı olan milli qürurumuzu, milli mənliyimizi qorumaq və ötən zamanlardakı kimi şahlanmaq və şahlandırmaq...
   
   Qiymətli türk gəncləri! Sizlərdən indilik sadəcə çağırışıma cavab verib vermənizi istəyirəm. Bir ovuc olsa belə, bir neçə türk övladı bu ihbarımla, çağırışımla maraqlanarsa, o zaman beynimdəki, ruhumdakı buludları, dumanları sizlərin ruhunuzdakı fırtınalara əmanət etmək boynumun borcudur. Sadəcə bilmək istəyirəm, "Bu hərif nə deyir" deyənlərə də sayğı ilə yanaşıram. Amma "boş ver, onsuz da belə gəlib, belə gedəcək" deyənlərlə razılaşmıram. Çünki peyğəmbərlər , Bilgə xaqan, Osman qazi, Çingiz xan, Atilla, İldırım Bəyazid, Fateh Sultan Mehmet və onlar kimi türk liderləri, türk igidləri, türk gəncləri heç vaxt belə gəlib-belə gedəcək demədilər. Onlar son nəfəslərinə kimi gəldiyi kimi deyil, istədikləri kimi, inandıqları kimi getməsini təmin etməyə çalışdılar. Bunun üçün həyatlarını verdilər. Bunun üçün həyatlarını belə verdilər.
   
   Hökumətlərə, dövlətlərə, siyasətlərə, demokratik qurumlara, vəqflərə, dərnəklərə, BMT-yə, Avropa Birliyinə, onların həl kəlmə başı bəhanə gətirdikləri insan hüquqları konvensiyasiyasına, NATO-ya mən inanmıram. Əgər bunlara inanan varsa, lütfən çağırışımı, ihbarımı heç oxumamış olsunlar və öz bildikləri kimi yaşasınlar. Türk oğlu, türk gəncləri, çağırışım, ihbarım, dəvətim sizədir. Sadəcə türk milləti üçün dünyanın hər tərəfindəki türk insanları üçün ortaya qoyacağınız ruhunuz, könlünüz varmı? Mən bunu öyrənmək istəyirəm.
   
   Bu ihbarım birinci xüsusi 14-39 yaş qrupunda olan türk igidlərinədi. İkincisi, xüsusilə bütün türk insanlarınadı.
   
   Ortaya qoyacaq ruhunuz varmı? Ürəyiniz varmı, könlünüz varmı?
   
   Əgər varsa bərabər yola çıxacağıq. Əgər heç kim yoxsa bu mövzuda mənim də edə biləcəyim başqa bir şey yoxdu.
   
   Bu sadəcə bir məqalə deyil. Bu bir ihbarnamədir. Dəvətdir. Çağırışdır. Məktubdur. Çağırışıma cavab verən bircə gənc olsa belə, mən ürəyimdə nələrin olduğunu açıb onlara deyəcəm. Və türk gəncliyi müqəddəs bir hərəkata başlayacaq. Dediyim kimi, silahla, ideologiyayda, siyasətlə, parayla, qruplaşmayla işimiz olmayacaq. Biz müqəddəs və şərəfli bir hərəkata başlayacağıq. Bu qədər fağır yerinə qoyulduğumuz, bu qədər aşağılandığımız, bu qədər xəyanətə uğradığımız yetər deyirəm. Türk insanının kim olduğunu, necə olduğunu bütün Yer kürəsinə biz göstərəcəyik. Necə göstərəcəyik? Bütün bunlara birlikdə qərar verəcəyik. Bu müqəddəs savaşda əmr, buyruq, qan olmayacaq. Onsuz da şahlara, imperatorlara ehtiyacımız yox. Bu yolu bizlərə şəhid atalarımızın ruhu göstərəcək.
   
   Uzun bir müddət sizlərdən xəbər gözləyəcəm. İhbarımı öz üzərinə götürən kimsə olmasa, "lənət olsun" deməyəcəm. "Sağlıq olsun, demək beləsi daha xeyirlidi" deyəcəm. Və bir daha belə ihbarda bulunmayacam. Mən bu ihbarımı sizə necə çatdırdımsa, ihbarımla maraqlanan türk gəncləri mənimlə əlaqə saxlamağın yolunu bilir. Bəlkə bir şərh, bəlk bir elktron ünvanı olur fikrindəyəm. Bəs sonra? Sonrası da Allah kərim.
   
   Baxacaq və görəcəyik, amma əsla təlxəklik yapmayacağıq və ya başqalarının nəfislərini, arzularını oxşamaq üzrə bir saniyə belə kecirməyəcəyik.
   
   İgid ürəyi olanlar, Türk ruhu daşıyanlar, tərtəmiz və əsli könlü olanlar, damarlarında şərəfli və mübarək qan dolaşanlar! Toparlanaq və Türk dünyasını toparlayaq, dünyanı toparlayaq!
   
   Sizdən xəbər gözləyirəm
   
   Bu bir məqalə deyildi.
   
   Bu həyatımın ən ciddi ihbarıdır, məktubudur, dəvətidir, çağırışıdır. Verəcəyiniz bütün qərarlar nə olur-olsun, təki xeyirli olsun.

TƏQVİM / ARXİV