adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Fevral 2015 16:22
9780
TEXNOLOGİYA
A- A+

Facebook miras verir

"Facebook”un "miras hesab” adlanan yeni tətbiqi istifadəyə veriləcək. 

Facebook, istifadəçilərinə ölümləri halında hesablarının tamamilə silinməsi ya da hesabın bəzi xüsusiyyətlərinin bir yaxınlarına təhvil verilməsi variantını gözdən keçirməyə başladı.

Hesabların ölümdən sonra bağlanılması ya da miras kimi verilməsi Facebook istifadəçilərin ən çox tələb etdikləri xüsusiyyətlərdən biri idi.

Bu tətbiq ilk başlarda yalnız ABŞ-da etibarlı olacaq.
"Facebook” tərəfindən yayılan bir elanda "Bir insan vəfat etdiyi zaman, Facebook hesabları həyatlarını, dostlarını və təcrübələrini göstərən bir sərdabəyə çevrilir. Yaxınlarını itirənlərlə görüşərək yas tutanları və ölümdən sonra yaxınlarının hesablarına nə olacağı mövzusunda alınacaq qərarda iştirakçı olmaq istəyənləri daha çox nəzərə aldıq”deyilir.

İstifadəçi ölümündən sonra hesabını bir yaxınının idarəçiliyinə keçirsə, seçdiyi insan min xatirə dəftərinə çevrilən zaman tunelinə yazı yaza, yeni yoldaşlıq istəklərinə cavab verə biləcək, profil və qapaq şəkilini güncəlləyə biləcək. Hesabı miras alan adam fotoşəkil arxivini, paylaşımları və profil məlumatlarını da yükləyə biləcək. Digər tənzimləmələr isə dəyişməyəcək.