adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Fevral 2015 13:43
10491
SAĞLAMLIQ
A- A+

Ağız qoxusunun əsl səbəbi bəlli oldu

Bu günə qədər ağızdakı pis  qoxunun yaranma səbəbləri kimi müxtəlif çatışmazlıqları sadalayırdılar. Ağız boşluğu xəstəlikləri, diş çürüməsi, mədə-bağırsaq problemi və s. ağızda pis qoxunun yaranmasına gətirib çıxaran amillərdəndir. Amma bunlara biri də əlavə olundu: bütün xəstəliklərin banisi – stress!

Adalet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, belə bir qənaətə ingilis alimləri gəliblər. Onların fikrincə, insan stresə düşəndə tüpürcək quruması baş verir. Quruluq zamanı ağızda yaranan qaz nəfəsə qarışır, nəticədə nəfəsdən xoşagəlməz qoxu gəlir.  

Mütəxəssislər yaranmış belə vəziyyətdə  təmiz su içməyi və ya saqqız çeynəməyi tövsiyə edirlər.