adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Fevral 2015 12:59
4202
ƏDƏBİYYAT
A- A+

İŞİD-in kitab qətliamı

İŞİD silahlıları indi də kitabları kütləvi "edam"a məruz qoyublar. Adalet.az Rusiya mətbuatına istinadla bildirir ki, İraqın Mosul şəhərində yerləşən və içərisində yüzlərlə qədim əlyazmaların saxlandığı mərkəzi kitabxana terrorçular tərəfindən partladılıb.  Partlayış bütün binanı əhatə edən güclü yanğına səbəb olub. 
Yanğından zərər çəkməmiş kitablar da terrorçulardan xilas oluna bilməyib. Ölkədə ən qədim kitabxanalardan biri hesab edilən bu kitabxananın həyətində terrorçular kitablar və əlyazmalardan ibarət tonqal qalayıblar. Ümumilikdə 10 min kitab məhv edilib. Bunların arasında fəlsəfə, tarix, mədəniyyət haqqında çox qiymətli kitablar mövcud idi. 

Qeyd edək ki, İŞİD silahlıları ələ keçirdikləri yaşayış məntəqələrində məqsədyönlü şəkildə kitabxanaları məhv edir. Son həftələrdə terrorçular 100 mindən artıq kitab yandırıblar.