adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

TOXUM CƏHƏNNƏMi

VƏDAT KUŞAKLI
19472 | 2009-10-03 04:27
Donuz qripi dedik... Gənə dedik... Hardan çıxdı bu donuz qripi virusu və ölüm gətirən gənələr... Bu ekonomik kriz də nəyin nəsidi?
   
   Əlbəttə, kürəsəl bir para sıxıntısı, işsizlik, işdən çıxardılma və ya qovulma, fabriklərin və şirkətlərin, hətta holdinqlərin qapadılması var. Türk, Amerikan, Avropa, yapon, rus, para birimlərində və qızıl üzərində bir növ manyaklıqlar var. Əlbəttə, donuz dedikləri qripdən ölmə də var, gənə deyilən məxluqdan da ölüm var.
   
   Ağlımızı, məntiqimizi işlətməyə çalışaq. Yer üzündə bir neçə dövlət var ki, onlar dünyanı idarə etmək üçün yetərli gücə sahib olduğunu sanırlar və bu gücləri sonuna qədər istifadə eləməlidirlər. Tank, top, tüfəng dönəmi müharibələri artıq bitdi.
   
   Sonra ekonomik hərb başladı. Pul kimdədisə tütəyi o çaldı. Sonra psixoloji hərb sənəti doğuldu. Yalan təbliğatlar, qara kampaniyalar ilə insanların beyin hüceyrələri təsir altına alındı. Bunun üçün qəzetlər, radio-televizyonlar, jurnallar, internet ən acımasız və vicdansız şəkildə istifadə olundu. Texnologiya, elektronik sistemlər insanları aldatmaq üçün istifadə olundu. Amma insanlar daimi olaraq bir dəyişmə, gəlişmə, öyrənmə halında olduğundan bu şeytanlıqları yapan kapitalist zehniyyətinin kölələri, imperialist güclərin nökərləri, şeytanın əsgərləri daha başqa yöntəmləri güncəl olaraq planladılar və uyğuladılar. AİDS, Multipy Skleroz, quş qripi icad edildi və ya iyrənc laboratoriyalarda başqa şeyləri qurdalayarkən təsadüfən bunlar icad edildi və hazır icad edilmişkən ən acımasız şəkildə istifadəyə verildi. Neft qaynaqlarını, almaz, zümrüd yataqlarını, kömür mədənlərini, təbii qazı nəzarət altında almaq artıq yetərli deyildi. Daha başqa və sürəkli olan bir güc gərəkirdi. Ekonomik krizə də artıq insanlar alışırdı. Sağdakıların pulunu soldakılara vermək, yuxarıdakıların sərmayələrini aşağıdakılara transfer etmək işlərinə insanlar alışmışdı artıq. Ödənməyən kredi kartları, qarşılıqsız çeklər, üzərinə yatılan elektrik və su faturalarına, telefon borclarına xalq kütlələri alışmışdı artıq. Hər kəs arsızca hırıldayırdı, bir-iki qürurlu, mənliyi olan insan da intihar edirdi, hamısı bu...
   
   Kürəsəl terror da tutmamışdı artıq. İraqı işğal bəhanəsi olan "nüvə silahlarından və diktatorlardan sizi azad etdik, sizə azadlıq və xoşbəxtlik gətirdik" düsturundakı iyrənc yalanlar da tutmazdı artıq. Çünki Şimali Koreya və İran "bizdə də bu vardır və olacaq, qardaşım, sən öz işinə bax, mənim işimə burnunu soxma, sənin ağzını, burnunu qıraram" vəziyyətində cavab verirdilər və bu cavablarda blef-filan da yox idi.
   
   Bax, bu zaman kürəsəl patronlar, kürəsəl quldurlar, şeytan komandirləri, iblis generalları yapıla biləcək ən rəzil çirkinliyi yapdılar. Qida nəzarətini ələ keçirdilər. Bütün heyvanların, bitkilərin genetik yapılarını dəyişdilər, toxumları pozdular. Allahın allahlığını bəyənmədilər (tövbələr olsun, ey Ulu Yaradanım!). Özlərinin Allah ola biləcəklərini sandılar. Yediyimiz bütün tərəvəz, meyvə, taxıl, toyuq əti artıq bildiyimiz o gözəl keçmiş günlərimizdəki kimi deyil. Yedirtdikləri bu əcaib qidalar, toxumlarını cəhənnəm kimi laboratoriyalarında yetişdirdikləri qidalar spermlərimizi, döl yataqlarımızı, bətn kanallarımızı, yumurtalıqlarımızı, beyin hüceyrələrimizi iflic edir, öldürür, gerisini siz düşünün artıq. Yaxın gələcəkdə hamımız qoyun kimi olacağıq. Bəlkə "məə..." deyib bağırmayacağıq, bəlkə dörd ayaq üstündə yeriməyəcək, amma bir çox tərəfdən qoyuna, keçiyə, inəyə bənzəyəcəyik. Beləcə, kütlələrin idarəsi çox bəsit bir səviyyəyə gətirilmiş olacaq. Bu genetiklər, elm adamları arasından rastlayacağınız biri olursa, sorun görək icad etdikləri bu qidaları özlərinin nazik boğazlarından, arvad-uşaqlarının zərif qırtlağından içəri keçirirlərmi, əcəba? Xeyr! Onlar Allahın yaratdığı gözəl, nəfis qidalardan yeyərlər. Onlar bu əsl qidaların, bu təbii qidaların toxumlarını çox gizli, əmniyyətli və qorunan özəl anbarlarda, depolarda gizlədirlər.
   
   Belə dərd var ikən bu toxum cəhənnəmi bunlara az gəlmiş olacaq ki, 2012-ci ildə hansısa planetin dünyaya çox yaxın gələcəyini və bizim planetə çarpacağını-filan irəli sürürlər və bu tərəfdən də bir qorxu kültürü, kontrol yaratmağa çalışırlar. Bu lənətə gəlmiş planet Yer kürəsinə çarpmaz, Allah çarpdırmaz, yaxın keçərsə də keçər. İndiyə qədər yaxın keçən nə ilk, nə də son planet olacaq bu...
   
   Kütlələr, xalqlar, insanlar Allah qulları! İnadımıza insan olaq. İnadımıza qoyunlaşdırılmaqdan və ya keçiləşdirilməkdən, inəkləşdirilməkdən özümüzü və sevdiklərimizi, yaxınlarımızı qoruyaq. Onlar Allahın bizlər üçün yaratdığını bəyənmədilər, ya da az bildilər. Onlar öncə çiçək, böcək deyə-deyə, xərçəngin çarəsini, AİDS-in çarəsini tapdıq deyə, korları gördürəcəyik-filan deyə-deyə öz kefləri istəyən meyvə, tərəvəz, heyvan yaratmağa, toxumlarla oynamağa, mutant irqlər istehsal etməyə başladılar. İnsan irqi ilə də oynamağa başladılar. Sperm bankı deyə-deyə yaxında yumurtalıq, bətn, döl yatağı bankları və ən sonunda, insan istehsalı tarlaları da qurulacaq. Yaradan bizə göz qoyur, dözə bilməyəcəyi sərhədlər hara qədərdi? Yoxsa bu genetiklər Yaradanı da sınaqdan keçirirlər? Bu gələcəyimizə zərər verən işlərlə uğraşacaklarına dünyanın çox yerlərində bu qədər sürətlə artan irqçilik fəaliyyətlərinə, dini və etnik terrora "dur" deyəcək çarələr bulsalar, aclığa və xəstəliklərə çarə bulsalar...
   
   Yediyimiz hər qidaya diqqət edək. Çiçəklərə, böcəklərə, ev heyvanlarına diqqət edək. Onları qoruyaq ki, özümüzü də qorumuş olaq. Meydanı iblisin generallarına buraxmayaq!
   
   

TƏQVİM / ARXİV