adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

VEDAT KUŞAKLININ BAYRAM AçILIMI!

VƏDAT KUŞAKLI
19537 | 2009-09-26 01:06
Mən cocuqluğumda bayramlara çox inanardım. Anam yeni bir köynək, pencək, şalvar aldığında səhərə qədər uyumazdım. Atam ayaqqabıçı Şaban ağadan yumşaq məst aldığında bir az kefim pozulurdu, amma çəkmə alanda çox sevinirdim. Əl öpmə, para alma, paxlava və s. anlatmayacam, bunları siz də bilirsiz. Çox gənclər bilməsələr də, ana-babalarından eşidiblər.
   
   Sonra bayramlar gün keçdikcə dəyərini itirməyə, kiçilməyə başladı gözümdə. Amma öz cocuqlarımın bayramlarını zəhərə döndərməmək üçün heç bəlli etmədim. Mən bəlli etməsəm də bayramların işığı hər gün bir az da sönməyə başladı. Mən çox kiçikkən günəş kimi olan bayramlar sonra bir şam işığı qədər, daha sonra da kibrit alovu qədər kiçildi və söndü getdi. Sonra "Qurani-Kərim"ə baxdım bayram nədi deyə. Bula bilmədim. Tarix kitablarına baxdım, çox şey yazırdı. İnsanlara sordum, boş gözlərlə üzümə baxdılar, kimisi məni dəli sandı və güldü, kimisi də əfkara qapıldı və bir siqaret yandırdı. Sonra ürəyimə sordum bayramları. Ürəyim heç cavab vermədi, əvəzinə için-için ağladı ürəyim...
   
   Bayramların belə ucuşlaşmasına kimlər səbəb oldu deyə günahkar aradım aylarca. Suçlu olduğuna inandığım birisini, birilərini yaxalasaydım, yaxasına yapışacaqdım və hesab soracaqdım: "Bayramlarımı hara götürdüz? Bayramları məndən niyə oğurladız, niyə qaçırdız?" Bayramların çox gözəl olduğunu mənə atam, anam öyrətmişdi. İndi onların ikisi də qəbirdə yatırlar. Onlara da artıq deyəməm ki, "sizmi mənə yalan söylədiz?" Bayramlara, bayram namazına, bayramlaşmaya inanmıram artıq. Ya biz yalanıq, ya da bayramlar. İkimizdən birisi yalan. İkimiz də həqiqət ola bilmərik, bəlkə ikimiz də yalanıq.
   
   Aclıq var, yoxsulluq var, fəqirlik var. Dünyanın ən mədəni, ən gəlişmiş, ən çağdaş, uluslararası meqa şəhəri olan İstanbulda (Konstantinepolis və ya Bizans başkəndi deyənlərə yazıqlar olsun) və Avropanın bir türk şəhəri Təkirdağda 35 nəfərə yaxın insan öldü. Təyyarə qəzası deyildi. Allah rəhmətini, yağmurunu bir az artıq göndərdi göy üzündən. Trafik qəzalarında yurdumda hər həftə bu qədər insan ölür. Dünyada 220 milyon insan uyuşdurucu bağımlısı və bunun böyük çoxluğu 18 yaşın altında və 9-10 yaşına qədər enmiş vəziyyətdə. Terror dünyanın dörd bir tərəfində bütün qitələrdə, bütün dövlətlərdə can almağa davam edir. Təkcə qolf sahələrinin sulanmasına xərclənən su miqdarı Afrika qitəsinin içmə su ehtiyacını qarşılayacaq miqdarda. İzmirdə zibilliyə atılan çörək, yemək artıqları bütün Türkiyənin ac yatanlarını doyuracaq miqdarda. Donuz qripindən ölənlərin sayı 3 mini aşdı. Təyyarələr qəzaya uğrayır və ya uğradılır - insanlar ölür. Gəmilər batır və ya batırılır - insanlar ölür. İnsanlar idman deyə bir-birlərinin beyninə yumruq zərbələri vuraraq ölümə və ya iflicə səbəb olurlar. İnsanlar bir-birlərini elmi laboratoriyalarda təcrübə üçün öldürürlər. Zövq üçün, xobbi olaraq, idman məqsədi ilə, adrenalin artırma uğrunda başqa bir canlını öldürən tək canlı növü insan. Bir-birini müharibədə öldürməklə yetinməyib kin və nifrətdən öldürdüyü bədənin gözlərini oyan, qulaqlarını və burnunu kəsən, sonra ipdən asıb sallandıran, yandıran tək canlı növü yenə insan. Zəlzələlərdə çürük binaların altında can verən, buna rəğmən çürük bina yapımına səs çıxarmayıb icazə verən, telefon çəkən, elektrik və su şəbəkəsi bağlayan da insan. Başda Amerikada, sonra Avropada irqçilik baş qaldırdı. Yabançılar qovulmaq, yox edilmək, öldürülmək təhlükəsi altında. Müsəlmanlıq terrorizm kimi yansıtılmaya, türklər vəhşi olaraq anlatılmaya çalışılır. (Bu arada xoşuma gələn bir məlumat oxudum. Orta əsrlərdə və öncəsində Avropadakı ruhi xəstələr içinə şeytan girdi deyə yandırılıb öldürülürmüş. Osmanlıda isə ruh xəstələrini ney, tambur, cümbüş ziyafətləri ilə, musiqi ilə sağaltmağa çalışırlarmış. Bunu yazdım ki, Avropa Birliyi özünü bir zibil zənn etməsin. Gəlsin də bizim xas insanlarımızdan mədəniyyət öyrənsin).
   
   Hardan gəldik buralara? Məhəbbət dağıldımı? Xeyr, dağılmadı. Sözü gətirdiyimiz yer bəlli. Biz hansı sifətlə, hansı üzlə, hansı arsızlıqla bayram eləyəcəyik? Varmı belə bir haqqımız? Layiqmiyikmi buna? As, kəs, vur, partlat, çartlat, təcavüz et, ac qoy, ağzından loxmasını, əynindən donunu qap, sonra da "bayramın mübarək olsun, ver əlini öpəyim!". Yanlış anlamayın, kimsə alınmasın. Amma ortada bir pislik varsa, pisliyin qaynağı bəlliysə və biz bu qaynaqları qurutmuruqsa, o zaman hamımız sorumluyuq, hamımız babal altındayıq.
   
   Quş qripi yalanıyla quşlarımızı, toyuqlarımızı, göyərçinlərimizi diri-diri çuvallara qoyub kor quyulara atdıq. Və heyvanlar canıyla əlləşirkən üstlərinə qaynar kirəc atdıq. Birilərinin oyunlarına gəldik. Və Allahdan qorxmadan heyvan cinayətləri işləndi.
   
   Cocuqlara səslənmək istəyirəm. Bayramlar sizlər üçün biz böyükləriniz tərəfindən günahlarımızı çıxarmaq, vicdanlarımızı təmizləmək, qəlbimizi rahatlatmaq, nəfsimizi aldatmaq üçün icad edilmiş uydurma günlərdi. "Quran"da Allahın belə bir əmri yox. Olsa da "Quran"da yazılan, Allah sözü, Allah əmri olan o kitabda hansı əmrə kim, necə, nə zaman uymuş ki? Amma bu bayramlar elə, ya da belə sizin bayramlarınızdı. Bayramlarınıza bu yaşınızda sahib çıxın və dadını çıxara bildiyiniz qədər çıxarın. Siz böyüdükcə, bayramlar əlinizdən, ovcunuzdan sürüşüb gedəcək. Tam yetişdiyinizdə həyatınızda bayram-filan qalmadığını görəcəksiz.
   
   Nə isə, Allaha çox şükür, bu Ramazanda bol-bol hər iftarda Ramazan pidəmi fırından alıb yedim. Çox şükür Allaha. Yarım əsrdən bir az artıq məni çox əzmədən, ağlatmadan ruziləndirdi, nemətləndirdi, sağ-salamat buraya qədər gətirdi. Dünyanı üç aşağı, beş yuxarı öyrəndim. Ən azından dünya deyilən bu aləmin nə qədər saxta və rəzil bir yer olduğunu, ömür deyilən yaşam sürəsinin nə qədər qısa olduğunu və tez keçdiyini, heyvanlara güvənməyin insana güvənməkdən daha məntiqli olduğunu öyrəndim. Heyvanlara yaxşı təlim versən, ona güvənə bilərsən. Amma insanı nə qədər öyrədirsən öyrət, ruhunu şeytan ələ keçiribsə, qəlbinə şeytan hər gün fitnə-fəsad doldurursa, o insan səni dilim-dilim doğrayar. Özlüyündə insandımı? İnsandı. Amma hansı insan? Hitler də insandı, Stalin də insandı, Mao da insandı. Bir sürü serb, İsrail qəssabları, Neron da, Əbu Süfyan da, Müaviyə də, Yezid də, İmam Həsən və Hüseyni, onun balalarını xaincə qətl edənlər də insandı. Öz qızlarına 10, 20, 30 il boyunca təcavüz edib cocuq doğurdanlar da insanlardı. Terroristlər də, silahdaşları da insan. Əl-Kaidə, Taliban - hamısı insan...
   
   Bayramlar bayram da olsun, qardaşım. Həqiqi bayram olsun. Hər kəs həqiqi insan olsun. İnsan kimi insan olsun. Kişi kimi kişi, qadın kimi qadın olsun. Bax, o zaman bayramlarımız kutlu olsun, xeyirli olsun, könlümüzcə yaşansın. Və hər sırada günümüz həqiqi, coşqulu, qəhqəhələrlə keçən bir bayram olsun.
   
   Bu sözləri uşaqlar öz üstlərinə almasınlar. Əlbəttə, o uşaqlar məni oxuyacaq yaşda deyil, amma anası, babası, dədəsi, nənəsi anlada bilər. Əlimdən gəlsə də hamınıza bir bayram səbəti düzəltsəm. Səbətin içinə şokolad, oyuncaq, şar, halva, boyama kitabı, rəngli qələm qoyardım.
   
   Mənim bayramım artıq ruhumun bu bədən həbsxanasından qurtulub Allaha qovuşduğu gün olacaq. Ondan gəldik, ona dönəcəyik. Əzabını bu dünyada doldurmağa çalışan ruhum məhkumiyyət bitdiyi gün bu həbsxanasından sərbəst buraxılacaq, özlədiyi yaxınlarına, yanıb tutuşduğu ocağına, məkanına, nuruna geri dönəcəkdi. Bax, mənim həqiqi bayramım o gündü. Və sizlər o bayramımda mənim nə qədər xoşbəxt, huzurlu, sevincli olduğumu görməyəcəksiz, bilməyəcəksiz. Mən hər bayram bax belə oluram, belə yazıram. Boğazım qovuşur, gözlərimdən yanaqlarıma yaş süzülür, köksüm enib-qalxır və bu köksümdə sanki alov yanır.
   
   Bayramlarda cocuqlarınıza sarılın. Və onlar nə istərsə yapın. Sakın bu bayramları cocuqlarınızın burnundan gətirməyin, onları üzməyin. Çünki bu saxta, bu riyakar dünyanın ən məsum, ən saf çağı sadəcə cocuqluqda yaşanır, sadəcə cocuqluqda, sadəcə cocuqluqda...
   
   
   
   Bayramlardan buralara qədər gəldik...
   
   Eee... Bayram bu, nə yazsaq zamanıdı, məkanıdı.
   
   
   
   Əfəndilərə, bəylərə, xanımlara, böyüklərə "bayram gəlmiş, nə olsun..."
   
   Cocuqlara, kiçicik cocuqlara, kiçicik qızlara... "Haydı cocuqlar, bayram edin! Bayramınız kutlu olsun!"

TƏQVİM / ARXİV