adalet.az header logo
  • Bakı 11°C

DZERJiNSKi DƏ iSTEFA ƏRiZƏSi YAZIBMIŞ

18033 | 2009-09-26 01:06
(əvvəli ötən şənbə sayında)
   
   
   
   Terror aktı baş verən gün Fövqəladə Komissiyanın sədri Feliks Dzerjinskinın 5 saata yaxın Petrovun qərargahında qapalı məkanda, bir növ girov saxlaması da fövqəladə hal sayıla bilərdi. Latışlar hücuma keçməsə, inqilab cəngavərinin tükdən asılı aqibəti kim bilir, necə olacaqdı. Əslində bu qurtuluşun necə baş verdiyi də dəqiq məlum deyil. Yəni, bilinmir ki, Popov öz təşəbbüsü ilə sədri sərbəst buraxıb, yoxsa latışların müdaxiləsindən sonra azadlığa çıxıb ? Bəlkə fürsət tapan kimi bir vasitə ilə özü qaçıb? Feliks Edmundoviç fiziki cəhətdən eser əsarətindən sağsalamat qurtulsa da, mənən əzilmişdi. ÇKnın xüsusi təyinatlı alayı ÇK sədrini tərksilah edirsə, deməli işlər təməlindən doğrudüzgün qurulmadı. Təməli sağlam olmayan qurumu dağıdıb, buraxılan səhvləri nəzərə almaqla yenidən yaratmaq lazım idi. İyulun 7də Dzerjinski Xalq Komissarları Sovetinə göndərdiyi ərizədə səfir Mirbahın qətli ilə bağlı cinayət işində adının hallandığını əsas gətirib tutduğu vəzifədən istefa verdi. Bu müraciət RK(b)P MKnın xüsusi iclasında da müzakirə olundu. Dzerjinskinin işdən azad edilməsinin nümayişkaranə şəkildə həyata keçməsində məqsəd Alman hökumətinin könlünü almaq idi. Qərar bütün rəsmi qəzetlərdə dərc olundu, küçələrdə quraşdırılan xüsusi afişa və elan lövhələrinə yapışdırıldı. Fövqəladə Komissiya üzvlərinin səlahiyyətlərinə xitam verildiyi xalqa çatdırıldı. Beləliklə, Sovet dövləti fövqəladə mürəkkəb günlərini bir müddət Fövqəladə Komissiyasız yaşadı. Təşkilatı baxımdan yenidən təməl nöqtəsinə qayıdan quruma müvəqqəti rəhbərlik Y.Petersə tapşırıldı. Bir həftə müddətində yeni komissiya üzvləri barədə təklif hazırlamaq ona tapşırıldı. Artan siyasi gərginlik şəraitində hadisələrin axarı Feliks Edmundoviçi açıq cəng meydanından yuyub aparsa da, illər uzunu gizli yaşam tərzinə alışan "Dəmir"i sulara qərq etmədig
   
    Dzerjinskinin ifadələri dolaşıq idi
   
    Səfirlikdə baş verən olayda kələfin ucunun birbaş ÇKya uzandığı təkzibedilməz faktlarla üzə çıxanda Dzerjinski rəhbərlik etdiyi təşkilatı məsuliyyətdən yayındırmağa cəhd göstərdi. Xüsusi istintaq komissiyasına verdiyi ifadələrdə hadisədən bir neçə gün əvvəl Blyumkinin səfirin qohumu Robert Mirbahın cinayət işinin araşdırılmasından kənarlaşdırıldığını bildirdi. Onun dediklərindən belə çıxdı ki, şöbə müdirinin davranış qaydalarını pozması, vəzifə səlahiyyətlərini aşan hərəkətlərə yol verməsi və şübhəli əlaqələri barədə toplanan materiallar neçə vaxtdan bəri yoxlanılırmış. Şair Osip Mandelştamla inqilab qarşısında xüsusi xidmətləri olan komissar Larisa Peysnerin Blyumkindən şikayətləndiyini də misal çəkdi. (Bolşevik xanım xalq komissarı Fyodor Raskolnikovun həyat yoldaşı idi E.B.) Blyumkin gənc yazarlarla bir araya gələndə xətri istəyən hər hansı vətəndaşa ölüm hökmü çıxarma yetkisi olduğunu deyər və bununla öyünərmiş. Onun yersiz lovğalığına və qanuna zidd hərəkətlərinə etiraz bildirəndə hədəqorxu gəlməkdən çəkinməzmiş. Sədrin sözlərinə görə, bu və digər faktlar nəzərə alınaraq, əkskəşfiyat şöbəsi tam heyətdə buraxıldı, işlə təmin olunmayan Blyumkin isə hələlik sərəncamda saxlandı. Dzerjinski ifadələrində mandatdakı imzanın da onunla heç bir əlaqəsi olmadığını söyləmişdi. Bu sənədin foto surəti bizim əlimizdə var. Çəkilən qol zahirən Dzerjinskinin imzasına bənzəyir. Amma adi gözlə baxmaqla onun saxta olubolmadığını kimsə müəyyən edə bilməz. Bu sənədin ekspertizadan keçirilməsi barədə məlumat yoxdur. Sənədlərlə tanış olanda bir məqam da diqqətimi cəlb etdi: Dzerjinskidən fərqli olaraq ÇKnın katibi Ksenofontov nədənsə üç həftə götürqoydan sonra iyulun 31də mandatdakı imzanın ona məxsus olmadığını açıqlayıb. O vaxta kimi görən niyə katib özündən nagüman qlamışdı ? Komissar Latsis də dindirmə zamanı verdiyi ifadələrdə Yakovla əlaqədar daxil olan operativ məlumat və şikayətlərlə tanış olandan sonra onun təşkilatdan çıxarılması barədə rəhbərliyə təklif verdiyini söylədi. İyul ayının əvvəlindən mərkəzi aparat işçilərinin siyahısından Blyumkin adının silindiyini komissiya üzvlərinin diqqətinə çatdırdı. Bu sözlər həqiqət olsaydı, yəqin ki, Prezidium iclasının protokollarında əksini tapardı. Fəqət komissiyaya heç bir sənəd təqdim edilmədi. Latsisin verdiyi yazılı izahatlarda da onun adı sabiq şöbə müdiri kimi göstərilmirdi. "ÇKnın qırmızı kitabı"nda Blyumkinin işdən azad edilməsi barədə protokoldan çıxarış gözə dəymir. Əksinə, ona aid kompromat xarakterli materiallar kitaba salınmayıb. Redaktorun "ön söz"ündə qeyd olunur ki, Zaytsev adlı vətəndaşın ifadələri bilərəkdən kitaba salınmayıb. Çünki, şahid yalnız şəxsi məsələlərə toxunub və Blyumkin haqda deyilən ifşaedici faktların yoxlanılması mümkün olmayıb. Dzerjinskinin verdiyi ifadələrin içərisindən də Yakova aid bəzi hissələr üçüncü şəxslərin danışığına əsaslandığından, eləcə də dəqiqləşdirilməsi mümkün olmadığından hüquqi baxımdan əhəmiyyətsiz hesab edilib.
   
    Əgər bəzilərinin fərz etdiyi kimi, Dzejinski həqiqətən məxfi əməliyyat haqqında qabaqcadan xəbərdar idisə, o zaman həmin ərəfədə kağız üzərində də olsa bu şöbənin ləğvi, Blyumkinin vəzifədən kənarlaşdırılması, Andreyevin öz ərizəsi ilə təşkilatdan uzaqlaşması ÇKnın nüfuzunu qorumaq üçün öncədən düşünülmüş ehtiyat tədbirlər imiş. Axı, bu qədər " təsadüf " birbirinin dalınca zəncirvarı şəkildə özbaşına düzülə bilməzdi. Sonralar repressiya qurbanı olacaq rus şairinin əzabkeş və cəfakeş həyat yoldaşı Nadejda Mandelştam o günləri gözünün qarşısında canlandıraraq xatirələrində yazır ki, Osiplə Larisanın şikayətləri Dzerjinskini əsla ilgiləndirməyib. Nadejda Yakovlevna vurğulayır ki, vaxtında qarşısı alınmadığından maneə ilə üzləşməyən Blyumkin öz planlarını sakitcə həyata keçirirdi. Cinayətkarların üzərindəki tapança da tabel silahı deyilmiş. Səfirliyə yollanmazdan öncə "Nasional" mehmanxanasındakı gizli görüşdə partiyanın Mərkəzi Komitə üzvü, onları hərtərəfli təlimatlandırmış və silahsursatla təmin etmişdi. Blyumkin də gələcəkdə verəcəyi ifadələrdə bu epizodu eynən təsvir və təsdiq edəcəkdi. Amma, təlimatçının adını kimsə çəkməyəcəkdi. Qəribədir ki, istintaq orqanlarını da naməlum partiya liderinin kimliyi maraqlandırmayıb.
   
    Bəs, iyulun 6da Robert Mibrbahın cinayət işi ilə bağlı məxfi qovluğu, imzalımöhürlü mandatı ÇKda işləməyəişləməyə Blyumkin və Andreyev necə əldə etmişdi? Axı xidməti avtomobildən istifadə üçün də rəsmi əsas və icazə olmalıydı. İşdən kənarlaşdırılan şəxslər Lubyankada belə sərbəst hərəkət edə bilərdimi?
   
    Dzerjinskinin verdiyi ifadələrdə fikirlər teztez qarışır, bəzən biri digərini inkar edirdi. Hər gün üzlərlə adamı dindirən Feliks özünə və təmsil etdiyi təşkilata ictimai fikirdə bəraət qazandırmaq üçün münasib saman çöpü axtarırdı ki, bərkbərk yapışsın. Kurt Ritsler faciədə bilavasitə onu günahlandırırdı. O, yazırdı ki, Dzerjinski alman səfirliyinin əməkdaşlarına qarşı hazırlanan suiqəsd barədə məlumatlara həmişə barmaqarası baxıb. Leytenent Müllerin sözlərinə görə, iyun ayında kino işçısi Vladimir Qinç səfirliyə müraciət edərək bildirib ki, " Müttəfiqlərin ittifaqı "adlı gizli fəaliyyət göstərən təşkilat qraf Mirbahı öldürməyə hazırlaşır. Müvafiq tədbirlər görmək üçün bu informasiya dərhal Xarici İşlər xalq komissarının müavini L. Qaraxana çatdırılmışdı. *
   
    Bir müddət sonra Qinç ikinci dəfə səfirliyə müraciət edərək terror aktının iyulun 5i, yaxud 6sı gözlənildiyini söyləmişdi. Hətta "Metropol" mehmanxanasında Dzerjinski ilə gizli görüşdə bu işdə ÇK əməkdaşlarının əli olduğunu da ona şəxsən demişdi.
   
    Hazırlanan suiqəsdlə bağlı səfirliyin əldə etdiyi bütün materiallar hələ iyunun 28də Qaraxana təqdim edilmişdi. Baş verənlərin heç də gözlənilməz olmadığını təsdiq edən daha bir faktı xatırlamaq yerinə düşərdi. Almanların xəbər verdiyi bir ünvanda çekistlər Uayber familiyalı ingilis vətəndaşını əsas təşkilatçı kimi həbs etdilər. Lakin şübhəli şəxs kimi saxlanılan adamın mənzilində axtarış apararkən terrorla əlaqəli heç nə tapılmadı. Uzunuzadı dindirmələr də nəticə vermədiyindən Uayberi sərbəst buraxılmalı olurlar. Dzerjinski o qənaətə gəlir ki, kimsə alman səfirliyini və sovetlərin təhlükəsizlik xidməti orqanlarını bu yolla şantaj edir. Feliks Edmundoviç təxribatı başqa yerdən monarxiyanı bərpa etmək istəyən qüvvələrdən, yaxud Boris Savinkovun tərəfdarları olan əksinqilabçı qruplaşmalardan, ingilisfransız casuslardan gözləyirdi. Burda deyiblər ki, sən saydığını say, gör Fələk nə sayır. Dzerjinski komissiya üzvlərinə Nikolay Andreyevi tanımadığını, Yakov Blyumkinlə də yaxın əlaqədə olmadığını, nadir hallarda onunla görüşdüyünü demişdi. Bu sözlərin də səmimiyyətinə inanmaq çətindir. Ona görə ki, 1918ci ildə Fövqəladə Komissiyanın mərkəzi aparatında işləyən əməkdaşları barmaqla saymaq olardı. Blyumkinsə sıradan biri deyildi, mühüm şöbəyə rəhbərlik edirdi. Yaxından tanımadığı, yaxşı bələd olmadığı adama xarici kəşfiyyatla mübarizə, səfirliklərlə iş kimi məsul vəzifə tapşırmaq Dzerjinskinin yüksək peşəkarlığını şübhə altına qoya bilərdi. O, isə öz işinin ustası idi. Tutulandan sonra Blyumkin yazılı izahatlarında göstərəcək ki, ÇKda çalışdığı müddətdə alman casuslarına qarşı bütün əməliyyat tədbirləri bilavasitə Komissiyanın sədri yoldaş Dzerjinskinin və Martin Latsisin nəzarəti altında aparılıb.
   
    Vəziyyətlə yaxından tanışlıqdan belə aydın olur ki, Dzerjinskinin vəzifədən kənarlaşdırılması müvəqqəti xarakter daşıyırdı. Çoxları Kremlin bu addımını yaranan mürəkkəb şəraitdə məntiqlə analşılan məcburi siyasi gediş kimi dəyərləndirirdi. İstefanın formal olduğunu hadisənin üstündən altı il ötəndən sonra Peters də öz xatirələrində dolayısı ilə təsdiq edir. Onun sözlərinə görə,Dzerjinski faktiki olaraq ÇKnın rəhbərliyində qalmışdı və yeni Fövqəladə Komissiyanın, eləcə də onun kollegiyasının tərkibi bilavasitə Dzerjinskinin iştirakı ilə formalaşdı. Bir müddət sonra Feliks Edmundoviç Dzerjinski yenidən yeniləşən ÇKnın yeni sədri təyin olundu. Blyumkinlə Andreyev barədə isə heç bir məlumat verilmirdi. Mirbahın qatillərini qiyabi mühakimə edib kağız üzərində cəzalandırmaqla kifayətlənmək, əslində bu məsələyə Kremlin münasibətini açıq şəkildə sərgiləyirdi.
   
   Üzə çıxan rəsmi və qeyrirəsmi materiallarla, sənədlərlə, bu mövzuda çoxsaylı və bəzən birbirinə zidd mövqedən yazılan məqalələrlə, elmi işlərlə tanış olanda müəmmalı suallara cavab tapmaq daha da müşkülləşir.
   
   
   
   (ardı var)
   
   

TƏQVİM / ARXİV