adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ƏDABAZ BiR QADIN, AMMA TiTULU BARONESSA

VƏDAT KUŞAKLI
21227 | 2009-09-19 01:05
İngiltərə baronessası Türkiyədəki cocuq yuvalarına gizli kamera ilə girmiş və ordakı şikəst cocuqların üzücü durumlarını görüntüləmişdi. Sonra da bu görüntüləri televizyonlarda yayınlatmışdı. Məqsəd nə idi? "Türkiyə barbar bir ölkədi" deməkmi istəmişdi? Məqsədin əxlaqi, doğru, təmiz, yaxşı, gözəl olmadığı kəsindi. Tarixdən ingilisləri bilirik. Çox gerilərə getməyə gərək yox. Osmanlı imperatorluğunu bölmək, parçalamaq, yıxmaq üçün necə intriqalar çevirdiklərini bilirik. Bu intriqalarında necə başarılı olduğunu da bilirik. Birinci Dünya Savaşından sonra İstanbula necə əsgər çıxartdıqlarını da bilirik. Türkiyəyə, Anadoluya işğal qüvvətləri ilə birlikdə necə göz qoyduqlarını, yunanlıları, rumları, erməniləri necə kullandıqlarını və üzərimizə, insanlarımıza necə qışqırtdıqlarını, bizləri necə zülm altında buraxdıqlarını bilirik. "Sevr"i necə burnumuza dayayıb imzalatdıqlarını, Mustafa Kamalın bu "Sevr" anlaşmasını cındır əski kimi tullayıb onları "Lozan" anlaşmasını imzalamağa məcbur buraxdığını və ingilislərin o gün bu gündür bunu həzm edə bilmədiklərini də bilirik. İrlandiya və Şotlandiyaya qarşı necə bir basqı, əzmə, zülm, uyğuladıqlarını və onları susdurduqlarını bilirik. Birinci Dünya Savaşı sonrasında Osmanlı əyaləti olan torpaqlara yağma Həsənin kökəsi kimi, batan gəminin malları kimi necə göz dikdiklərini, oralarda necə bir vəhşət və soyqırım yapdıqlarını bugünki Misir, İran, Hindistan, Bəhreyn, Oman, Küveyt, İraq, Suriya, Fələstin, İsrail torpaqlarında oranın yoxsul, zavallı, aciz insanlarını necə kölə kimi, qul kimi kullandıqlarını bilirik. Avstraliya və Yeni Zelandiya yerlilərinə necə heyvan müamiləsi yapdıqlarını bilirik. Onları silahla, alkolla, uyuşdurucu ilə, zəhərli battaniyələrlə necə öldürdüklərini, yox etdiklərini bilirik. Birinci Dünya Savaşında əsir düşən türkləri ermənilərlə işbirliyi yaparaq əllərini, üzlərini dərmanlı, zəhərli, kimyasal maddəli sularla yudurdaraq necə kor etdiklərini bilirik. Bu gün ingilis iqtisadiyyatının zibilə döndüyünü, ingilislərin artıq yurd olaraq Avstraliyanı, Yeni Zelandiyanı, Türkiyəni seçdiklərini və hər il ingilis vətəndaşlarının dörddə birinin, hətta üçdə birinin İngiltərədən kəsin olaraq və dönüşü olmayacaq şəkildə ayrılaraq bu ölkələrə köç etdiklərini də bilirik. Türkiyədə Aydına, Çanakkalaya yerləşən ingilisləri də bilirik. 2007-ci ildə ingilis kraliyet ailəsinə 40 milyon funt-sterlinq (80 milyon dollar) ödənək büdcə ayrıldığını da bilirik. Həşmətli krallığın bu əsil və birinci sinif varlıqlarının, üstün irq üyələrinin ifrazatlarında inci və altın muncuq bulunan bu uca insanların bu büdcəni az bulduğunu, yurd dışı səyahət məsrəflərinə yetmədiyini, bakım maliyyətlərini qarşılamadıqlarını ifadə etdiklərini və heç utanmadan, ar eləmədən "bu bizim büdcəmizin təhsilatı üçün ingilis vətəndaşlarının kişi başına bir litr süd və ya internetdən endirilən bir MP3 ücrətinə uyğun gələn, böyləsinə kiçik bir vergi ödədiklərini" irəli sürəcək qədər üzlü olduqlarını da bilirik.
   
   Türkiyənin cocuq yuvaları, okulları, xəstəxanaları, həbsxanaları başda olmaq üzrə bir çox məkanı icra orqanları vahim və pis vəziyyətdə ola bilər. İçlər acısı və bizləri ağladacaq səviyyədə ola bilər. Amma buraları yoxlamaq İngiltərə kral ailəsinə və ya baronessasına, ya da hər hansı bir yabançı ulus vətəndaşına, turistinə düşməz.
   
   Mustafa Kamalın nəvələri var bu ölkədə. İngilis baronessasında yaxşı niyyət və əxlaq olsaydı belə bir tülkülüyə təşəbbüs etməzdi. Deyək ki, bu tülkülüyü yapmış bulundu. O zaman da bu görüntülərlə birlikdə Türk hökumətinin yetkilisinə getmək gərəkirdi. Və görüntü kasetlərini, filmlərini bu yetkili görəvliyə təslim edib: "Əfəndim, bu yuvaların, yurdların sorumlusu sizsiniz. Bu təsbit etdiyim görüntü bəlgələrini sizə təqdim edirəm və sizin nə gərəkirsə yapacağınıza inanıram. Bu bəlgələri mediyaya verməyi doğru və əxlaqi bulmuram" deməsi gərəkirdi. Ataistlərin (satanist), ataist kuruluş və dərnəklərin ən çox yaşadığı ulusun ən çox İngiltərə olduğu bilgisini əlavə etsəm, əcəba konumuzun ifadəsinə bir qatqı verərmi? Cocuq pornosu, cinayət, depressiya keçirmə, çıldırma, intihar, boşanma, qeyri-qanuni cocuq doğurma, sapıqlıq, çarpıq ilişkilər, çox kiçik yaşda çarpıq cinsəl ilişkilərə girmə, bəkarət pozma, abort elətdirmə, oğurluq, qumar, terror kimi əxlaq dışı davranışlar hər ölkədə var. Mən iddia edirəm ki, ən az yenə Türkiyədədi. İngiltərədə, Almaniyada, Fransada, Hollandiyada, Belçikada, Amerikada, Yaponiyada, Çində, Rusiyada, Yunanıstanda daha az oldğunu kimsə mənə və ya başqasına anlatamaz. Bu işin müsəlmanlığı, xristianlığı, yəhudiliyi də yox. Etnik, irq və soy durumu da yox. Bütün yer kürəsində, bütün insanlığın məruz qaldığı genəl bir əxlaqsızlıq, pozulma, kokuşma, çürümə mövcud. Bunu görməyəcək qədər kor, bunu eşitməyəcək qədər kar olmayaq. Türkiyə ən azından biseksualların, lezbiyanların, homoseksualların evlənmələrini yasal olaraq və əxlaqi baxış açısı ilə hənuz onaylamadı və onaylamağa da niyyəti yox. Ən azından abort, bəkarət, eyni cinslərin evliliyi konularında bu çürüməyi sürətləndirən qanunlar çıxaracaq bir səviyyəyə düşmədik. Türk milləti yüz mində bir kişini hariç tutarsak hələ ki Allahdan qorxur. Allahın varlığını, gücünü, qəzəbini qəbul edir. Türk insanı hələ ki bir vicdana sahib və vicdanının səsini dinləyir. Yəni qısacası, türk milləti olaraq bütünümüzlə tam mövcud pozulmayacağımızı, çürüməyəcəyimizi bilirəm. Aramızdakı çox az sayda pislikləri də diqqətli və etinalı bir süpürmə ilə təmizləyəcəyimizi bilirəm. O üzdən ingilis baronessası və ya alman, fransız, Danimarka, Amerika, ya da daha başqa ölkələrin saman altından su yeritməyə, qarda gəzib iz buraxmamağa qayrət edən, ehkəm kəsən işgüzar, ədəbaz fərdlərinə, turistlərinə, yetkililərinə, agentlərinə səslənirəm: hər kəs kəndi işinə baxsın. Kimsə kimsəyə kölgə etməsin. Başqa ehsana gərək yox. Hər kəs kəndi zibilini kəndi gözündəki tirləri təmizləsin. Heç kimsə başqasında eyib axtarmasın. Kimsə kimsənin ağzına baxıb da hırıldamasın.
   
   Mustafa Kamal Atatürkü 10 noyabrda ağlayıb zırlayaraq matəm və yas havalarına bürünərək, tütək çaldırıb hərəkətsiz qalaraq xatırlamayaq. Onun ilkələrini və islahatlarını, yüz minlərcə şəhid verdirərək qurduğu Türkiyə Cümhuriyyətinə sahiblənək. Və yetkili, sorumlu bulunduğumuz vəzifələrimizi ən səmimi, ən içdən qayrətlərimizlə ifa edək. Atatürkün vəfatının ildönümü deyib çafçaflı, dramatik, tragik yazılar qələmə almağı buraxmalıyıq və aşmalıyıq artıq. Bütün türk insanlarından bir tək ricam var. "Müsəlmanam" deyən insanın necə ki "Quran"ı anlayacağı dil ilə oxuması şərtsə, "türkəm" deyən insanın da Atatürkün "Nitqlər" kitabını oxuması mənə görə o dərəcədə şərtdir. Osmanlının özəlliklə çöküş və yıxılma dönəminin oxunması və bilinməsi də bu şərtin yanında vacib görünür. Amerikada, Afrikada, Avstraliyada, Avropada, Asiyada - dünyanın dörd bir tərəfində yaşayan türklər! Sakın unutmayın, yer kürəsində sadəcə bir Türkiyə Cümhuriyyəti var. Sahib çıxın, sahiblənin! Sizlər, bizlər sahiblənməsək dərənin ingilisi bu gün, dərənin fransızı və ya almanı sabah, o biri gün sahiblənməyə başlayacaq. Dualarınız və xəyallarınız belə yetərlidi. Harda, kimlərlə necə, nə üçün yaşayırsınız-yaşayın, amma Türkiyə Cümhuriyyətinin, türk bayrağının, türk millətinin bir parçası, sahibi, icab etdiyində əfəndisi və icab etdiyində köləsi olduğunuzu lütfən həp xatırlayın. Sizlər, bizlər, hamımız... 10 noyabr sabahı Mustafa Kamalımıza və bütün şəhidlərimizə cani könlümüzlə, aydın ruhumuzla səmimi qəlbimizlə dua edək və işimizə baxaq. Nə mutlu həpimizə. Nə mutlu bizə...

TƏQVİM / ARXİV