adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

DAHA BiR BƏLAMIZ...

BABƏK YUSİFOĞLU
54662 | 2009-09-19 01:05
Heç kəsə sirr deyil ki, bu gün həyatımızın istənilən sahəsinə nəzər salsaq, oradan müxtəlif cür qayğılar, problemlər gözümüzün içərisinə boylanacaq. Hansından danışasan, hansı birindən söz açasan, vallah, adam bilmir. Amma bunların sırasında elələri də var ki, məncə onu mütəmadi olaraq gündəmdə saxlamaq lazımdır. Çünki həmin problemlər cəmiyyətin varlığı üçün, millətin mənəviyyatı, bu günü, sabahı, üçün çox böyük önəm daşıyır. Və etiraf edək ki, həmin sırada ana dilimiz də öndə yer alıb.
   
   Mən dilçi deyiləm və ola bilər ki, bu haqda indi söylədiklərim yalnız jurnalist sözü kimi səslənsin. Amma əminəm ki, ana dilimizin təəssübünü çəkən, onun indiki durumundan əndişə duyan insanlarımızın hamısı mənim fikirlərimi paylaşacaqlar. Bir çoxları kimi mən də sovet dövründə orta və ali təhsil almışam və o dövrün müəllimlərindən öyrənmişəm. Bakı (Azərbaycan) Dövlət Universitetində oxuyarkən dilçi müəllimlərimiz bizə öyrədərdilər ki, millətin dili daşlaşmış formada olmur, o canlıdır, böyüyür, inkişaf edir, dəyişir. Amma nədənsə biz onlardan eşitməmişdik ki, sən demə, dil həm də xəstələnə bilirmiş. Bəli, bizim dilimiz bu gün xəstəlik ərəfəsindədir və onun çox ciddi müalicəyə ehtiyacı var.
   
   Hazırda həm danışığımzda, həm yazımızda, ümumiyyətlə, ədəbi dilimizdə elə qarışıq bir vəziyyət yaranıb ki, nəyin düz, nəyin yanlış olduğu kimsənin vecinə də deyil. Bəlkə də biz yeganə millətik ki, öz ana dilimizə hörmət etmək üçün, öz ana dilimizdə danışmaq üçün qanunlar qəbul edirik. Mən bunu heç cür anlaya bilmirəm, millət üçün də qanun çıxararlarmı öz vətənində ana dilini qorusun? Bu gün Bakı şəhərində mağaza, ofis, obyekt adlarının 90 faizi əcnəbi sözlərindən ibarətdir. Hindistandan tutmuş Amerikaya qədər bütün millətlərin adlarına, sözlərinə hər addımbaşı rast gələ bilərsən, yalnız adda-budda, görkəmsiz bir yerdə ana dilində yazı görərsən. Bu moltanı fəlsəfəsi deyil, bəs nəmənədi?
   
   Bu gün kitablarda, mətbuat səhifələrində, televiziya və radioların efirində, hətta dərsliklərdə belə qrammatik, orfoqrafik pintilik, tələffüz xaosu peyda olub. Kimin kefi nə təhər istəyirsə, kim necə yadında saxlayıbsa, kim necə təxmin edirsə sözü elə də yazır, elə də tələfüz edib dinləyiciyə çatdırır. Efirədə bir sıra səriştəsiz, bacarıqsız aparıcıların, diktorların Kofi Annan əvzinə KofE ANan, perspektiv yerinə prespektiv, teatr yox, tİYatr, çatışmazlıq əvzinə çatışmamazlıq, avroya yevro... deməsi oxucuda, dinləyicidə yalnız xəcalət hissi deyil, həm də ürək ağrısı yaradır. Bəziləri isə bilərəkdən sözlərdəki vurğunun yerini dəyişməklə əcaib "nitq" sərgiləməyi müasirlik, yenilik sayır.
   
   Apostrofu ləğv etdik. Bu gün ədəbi dilimizin bu qədər problemi qarşımızda durduğu halda tez-tələsik apostrofdan niyə imtina etdiyimizin, bunun hansı zərurətlə bağlı olduğunun səbəblərini hələ də anlaya bilmirəm. Görəsən elə həcminə və yazılışına görə (deyirəm bəlkə apostrof işarəsini yazmamaqla vaxtımıza və ya zəhmətimizə qənaət etməyi düşünmüşük?) vergüldən fərqlənməyən apastrofu ləğv etməklə biz nəyə nail olduq. E

TƏQVİM / ARXİV