adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

HOLLİVUDU ƏRƏB KİMİ FƏTH ETDİ

MEHRİBAN CƏFƏROVA
22567 | 2015-02-19 17:23

Film zamanı bugənc aktyor tərəf müqabili Misirin məşhuraktrisası və «Ərəb kinosunun ikonası» hesab edilən Faten Hamamaya vurulur. Xristian bir gəncin müsəlman ilə evlənməsiüçün o, dinini və adını dəyişməli idi. Və o, sevgisi yolunda buna gedir. Müsəlmanlığıvə yeni adını qəbul edərək subay Mişel Şalhubdan evli Ömər Şərifə çevrilir.

Misirli ÖmərŞərif – dünyaca məşhur aktyor. O, aksentlə də olsa beş dildə sərbəst danışır, buna görə də əcnəbi-qəhrəmanrollarının öhdəsindən möhtəşəm gəlirdi. «Mən nə ispanam, nə italyan, nə də fransız.Mən hər yerdə əcnəbiyəm. Buna görə də mənialman zabiti, rus şairi, nyu-yorklu yəhudi rollarına dəvət edirdilər»-deyə aktyoretiraf edir. O, çox qazanırdı və hamısını da bahalı şəraba, gözəl qadınlarla eyş-işrətə,dünya səyahətinə və çox sevdiyi qumar oyunlarına xərcləyirdi. Həm bricin mahir ustasıvə həm də gözəl məşuq kimi məşhurlaşmışdı.

Əsl adı MişelDimitri Şalhub olan Ömər Şərif 1932-ci ildə Misirin Aleksandriya şəhərində varlıLivan əsilli xristian bir ailədə doğulmuşdu. Atası ağac emalı biznesi ilə məşğulidi. Anası isə bricin «dəlisi» idi, bu oyunu qızğın bir ehtirasla oynayırdı. (Ömərədə bu həvəsin kimdən keçdiyi məlum oldu). Hətta Misir kralı Fərrux yayda Qahirədən şimal iqamətgahına gələndə hərdəfə bu xanımla bric oynayardı.

Ömər Şərif Qahirəuniversitetini fizika və riyaziyyat üzrə fərqlənmə ilə başa vurub bir müddət atasınınyanında işləyir . Lakin biznesdə bəxti gətirmədiyindən atasının işlərini yarımçıqburaxıb aktyor sənətini öyrənmək üçün LondonKral Akademiyasına daxil olur. Sənətdə isə bəxti gətirir…

1955-ci ildəMişel Şalhub tanınmış misirli rejissor Yusif Şahinin «Vadidə mübarizə» filminə çəkilir.Film zamanı bu gənc aktyor tərəf müqabiliMisirin məşhur aktrisası və «Ərəb kinosunun ikonası» hesab edilən Faten Hamamaya vurulur. Müsəlman ilə evlənmək üçün o, dininivə adını dəyişməli idi. Və o, sevgisi yolunda buna gedir, müsəlmanlığı və yeni adını qəbul edir. Lakin çox-çox sonralar isə müsahibələrinin birindəÖmər inancını inkar edib «heç nəyə inanmıram, ateistəm» söyləyəcəkdi.

Faten Hamamavə Ömər Şərif birlikdə bir neçə filmə çəkilirlər, o cümlədən «Anna Karenina»nınyerli interpretasiyası olan - «Məhəbbət çayı»na. Ömər Şərif 1961-ci ilə kimi Misirdə22 filmə çəkildi, həmçinin Qahirədə böyükolmayan bir kinostudiyaya da sahiblik edərək rejissoruluqla məşğul oldu. Amma buçabalara baxmayaraq, nədənsə o, Misirdə eləFaten Hamamanın əri kimi tanındı.

Əsl şeyx… O, Hollivudu deyil,Hollivud onu seçdi

1962-ci ildəhollivudlu rejissor Devid Lin özünün yeni «Ərəbistanlı Lourens» filmində şeyx rolunaingilisdilli ərəb aktyoru axtarışı ilə Misirə gəlir. Ömər Şərif ideal seçim olur. Bu filmdə ÖmərŞərif ikinci dərəcəli rol oynamasına baxmayaraq, kino ekranlara çıxan günün səhərio, yuxudan məşhur aktyor kimi oyanır. Film 10 nominasiya üzrə «Oskar»a layiq görülür,o cümlədən də Ömər Şərifin oynadığı «ən yaxşı ikinci dərəcəli kişi rolu»na görə.Film 7 heykəlcik qazanır, lakin Ömərə«Oskar»dan pay düşmür, əvəzində «Qızıl qlobus»ualır.

«ƏrəbistanlıLourens» filmindən üç il sonra Devid Lin Ömər Şərifə Boris Posternakın romanı əsasında«Doktor Jivaqo» filminə çəkilməyi təklif edir. Rejissor Yuri Jivaqo rolunu oynamağı təklif edəndə aktyorçox təəccüblənsə də, roldan imtina etmir və çəkilir. Çünki onun zahiri görünüşünəşair və həkim obrazından çox məşuq-qəhrəman rolları daha uyğun gəlirdi.

Maraqlısı o idiki, filmin çəkilişi zamanı həqiqətə uyğun məqamlar baş verir. Məsələn, Madriddəçəkilən üsyan səhnəsində. Çəkiliş vaxtı kinomeydançasındakı üsyan səhnəsini yerli camaat əsl inqilabla səhv salaraq İspaniyanıno vaxtkı rəhbəri Fransisko Frankonun devrildiyini zənn edirlər.

«Doktor Jivaqo»beş «Oskar»ı alır, Şərif isə yenə də «Qlobus»u.

1968-ci ildəÖmər Şərifin Barbara Streyzəndlə birgə çəkildiyi «Məzəli qız» musiqili filmi ekranlaraçıxır. Misirdə hökumət bu filmin baxışınaqadağa qoyur, Öməri isə vətəndaşlıqdan çıxarır. Səbəbi aydın idi: misirli Ömər Şəriffilmdə yəhudi qızla öpüşmüşdü. Çünki o vaxtMisirlə İsrail arasında «Altı günlük müharibə» baş verdiyindən ölkələr arasında münasibətlər pozulmuşdu. Bu üzdəndə 1977-ci ilədək vətəni Misirə həsrət qalsa da, aktyorun son ünvanı yenə Misir olur. Amma tək Vətənininyox, çəkildiyi erməni «soyqırımına» həsr olunmuş «Ana» filminə görə 1991-ci ildən Türkiyənin də qapıları onun üzünəbağlanır.

Amerika isə ona qarşı daha xeyirxah olur. Ömər Hollivudun qəbul etdiyi yeganəmisirli idi, hansı ki Hollivud özü onu seçmişdi. Ancaq maraqlısı o idi ki, ÖmərAmerikanı sevmirdi, lakin yaşamağa məcbur idi: «Amerikada hər şey yenidi: binaları,insanları. Mən isə misirliyəm, qədim mədəniyyəti olan piramidalar ölkəsində böyümüşəm.Tarixdən qidalanan hər şeyi sevirəm»-deyərək ömrünün çox hissəsini tarixlə zənginParisdə keçirir.

Bir həftədəmin evlilik təklifi

Həyatının yeganə məhəbbəti saydığı Faten Hamama Hollivuda köçmək istəmir.Ömər isə bu «Xəyallar ölkəsində» onu nə gözlədiyini bilirdi – günahlar, yoldan vəbaşdançıxarmalar… və Fatenə xəyanət etməmək üçün ondan ayrılmağa qərar verir: «Mənheç vaxt öz xanımımı aldatmamışam və aldatmaq istəmərəm də. Ona görə də bu qərarıverdim. Mən onu həmişə sevmişəm və hörmətetmişəm». İslamın qanunlarına görə, Şərif oğlunu özü ilə götürür. Faten Hamama yenidənərə gedir, Ömər Şərif isə bir daha heç vaxt evlənmir.

Şərif barəsində «beynəlxalq pleybol» deyilirdi və qadınları öz cazibəsi ilə yoldan çıxartdığı haqda da əfsanələr dolaşırdı. Deyilənə görə, bir həftəərzində min evlilik təklifi almışdı, o cümlədən də sevgililəri Katrin Denev və BarbaraStreyzənddən. Lakin Şərif nədənsə bu haqda, yəni sevgililəri, ümumilikdə qadınlarbarədə danışmağı heç sevmirdi: «Bunları eşitmək mənimçün xoşagələn deyil. Mən artıq bir dəfə evli olmuşam». Özünündəfələrcə vurğuladığı kimi, o, ancaq «ilk və son məhəbbəti» Faten Hamamanı sevirdi.

Oyunçu «oyun»a başlayır

70-ci illərdəaktyorun karyerasında enmələr, düşmələr başlayır. Şərif uzun müddət ekranlarda görünmür.Aktyor film meydançasını cıdır meydançasıvə kazino ilə əvəz edir: «Pis film ərsəyəgətirib oynamaqdansa, ən yaxşısı bric oynayım»- deyir və bu «oyun» onun ikinci peşəsiolur.

Aktyor kartıözünün dediyi kimi, darıxdığından oynayırdı:«Tanımadığın bir şəhərə gəlirsən və oteldə ancaq boş otağın var. Kazinoya gedirsən,gur işıq və gözəl qadınlar…». Özünün dediyi kimi, film çəkilişi zamanı əlinə təsadüfən bric haqqında bir kitab düşürvə darıxdığından o kitabı oxuyur. Və hər şey də bundan sonra başlayır: «Bu oyunkrossvord tapmaq kimi çox maraqlıdı»-deyir. Və nə qədər maraqlı olur ki, özü brichaqqında kitablar, qəzetlərə yazılar yazmağa başlayır. Brici çox gözəl oynayan anasınıntəcrübəsi də karına gəlir. Sonda Şərifi dünyanın bütün kazinolarında tanıyırlar: hər iki mənada məşhur, ustad oyunçukimi.

Lakin ustadlarında çox vaxtı bəxti qumarda gətirmir. Bir gecədə Şərif Parisdəki evini əldən verir. Bundansonra bir neçə dəfə bütün pullarını və hətta hələ gələcəkdə oynayacağı filmin qonorarını da kartda uduzur. Bric, cıdır və qadın… bunlar onun azarı, «zəif nöqtəsi» idi.Bu azarlara pul əldə etmək üçün nəticədə Şərif 15 il zəif filmlərə çəkilməli olur.

O, heç vaxt pulu ciddiyə almırdı, pul onun üçün problem deyildi: «Nə vaxtki kart oynamağa başlayırsan, pula olan hörmətini də itirirsən»-deyirdi.

Bir dəfə Şərif Parisdə kazinoların birində 30 min yevro uduzur, hirsini polisdənçıxır. Buna görə ona bir ay şərti cəza və 1500 yevro cərimə kəsilir. Baş verənlərdən mütəəssir olan aktyor: «Bu hadisə məni Fransanınqəhrəmanı etdi. Polisin başına zərbə vurmaq – bu hər fransızın arzusudur»-deyir.

İllərlə Ömər Şərif Parisdə «RoyalMonso» otelində otaq icarəyə götürərək yaşayır. Otağında Armanidən olan bir neçədəst kostyumundan başqa şəxsi heç bir şeyi yox idi. Beş cıdır atından başqa nə maşını,nə də mal-mülkü vardı.

Bu günləyaşayan aktyor

«Mən Misirdə doğulmuşam və xasiyyətcə də şərqliyəm. Lakin həyatımın böyükbir hissəsi Qərbdə keçdiyi üçün qərb mədəniyyətinə və təfəkkürünə bələdəm. Belədemək olarsa, emosinal cəhətdən şərqliyəm, intellekt cəhətdən qərbli».

90-cı illərdə Ömər Şərifin həyatı son dərəcə dəyişir.

Ürəyindən əməliyyat keçirir, siqaretitərgidir, daha zəif kinolara çəkilmir və ən əsası isə oğlu ilə birlikdə tamamənVətəninə - Qahirəyə dönür.

Keçirdiyi ürək əməliyyatı onu xeyriyyəçiliklə məşğul olmağa vadar edir vəkordioloji köməyə ehtiyacı olan uşaqlar üçün yaradılan «Ümid zənciri» xeyriyyə fondunayardımlar göstərir.

70 yaşında aktyor çəkildiyi «Müsyö İbrahim və «Quran»ın çiçəkləri» filmindəyaratdığı qoca müsəlman roluna görə FransaKinoakademiyasının «Sezar» mükafatına layiq görülür. 1953-cü ildən 2009-cu ilə kimi140 filmə çəkilən aktyor «kino sənətinin görkəmli xəzinəsi» kimi Venetsiya kinofestivalının«Qızıl şir»ini alır. 2005-ci ildə aktyor «Müqəddəs Pyotr» İtaliya serialında başrola çəkilir. Katolik kilsə, şəxsən Roma Papası XVI Benedikt onun oyununu yüksəkqiymətləndirir, «Əl-Kaidə» terrorçuları isə «xristianlığı mədh etdiyinə görə» qocamanaktyoru ölümlə hədələyir.

Lakin 83 yaşlı Ömər Şərif bu gün dəhəyatdan zövq almaqda davam edərək özünü bütünlüklə nəvəsinin tərbiyəsinə və dostlarınahəsr edib: «Mənim keçmiş xatirələr və gələcək üçün heç bir planım yoxdur. Mən bugünlə yaşayıram. Bu yaşda Ölüm hər an gələ bilər, onun üçün də nə istəyirəmsə onuda edirəm».

Hazırladı MehribanCƏFƏROVA


TƏQVİM / ARXİV