Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | SƏFİRLİKDƏ QƏTL Adalet.az | SƏFİRLİKDƏ QƏTL Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SƏFİRLİKDƏ QƏTL

("Tarix-ibrət alanlar üçün dərsdir " silsiləsindən)

16728    |   2009-09-05 05:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

1918-ci il iyul ayının 6-da gündüz saat iki radələrində Moskvanın göbəyindəki hər zaman izdihamlı Arbat məhəlləsindən yan tərəfə cığır salan səssizsəmirsiz Denejnı döngəsində dayanan tünd rəngli "pakkard" markalı avtomobildən iki nəfər endi. Sürücüyə motoru söndürməməyi, sükan arxasında oturub gözləməyi tapşıraraq, hər ikisi yaxınlıqda yerləşən Alman səfirliyinə yollandı. 5 nömrəli binanın qapısında növbə çəkən güvənlik nümayəndəsinə təqdim olunan sənədlərə əsasən müsafirlər ÇKnın (Fövqəladə Komissiyanın E.B.) şöbə müdiri Yakov Blyumkin və İnqilabı Tribunalın nümayəndəsi Nikolay Andreyev idi. Qonaqları səfirliyin müşaviri doktor Kurt Ritsler qəbul etdi. Onlar mühüm məsələ ilə bağlı cənab səfirlə görüşmək üçün gəldiklərini bildirdilər. Doktor Kurt söhbət əsnasında təşrif buyuranların gerçək məqsədini öyrənməyə çalışdı. Blyumkin paytaxt mehmanxanalarının birində Lindstrem familiyalı xarici vətəndaşın cəsədinin tapıldığını və qətl hadisəsində şübhəli bilinərək saxlanılanlar arasında özünü Alman səfirinin yaxın qohumu kimi təqdim edən Robert Mirbah barədə danışdı. ÇKnın zirzəmisində saxlanılan keçmiş hərbi əsirin ifadələrinə aydınlıq gətirmək, həqiqəti üzə çıxarmaq üçün səfirlə görüşməyin labüd olduğunu vurğuladı. Çekistin sözlərinə görə casusluq fəaliyyətinə görə ittiham edilən qohumun taleyi bu görüşün nəticəsindən asılı olaraq müəyyənləşəcəkdi.
   
   Kurt Ritsler onun sözlərinə, eləcə də israrla üzərində dayandığı görüş tələbinə cavab verməyə tələsmirdi. Həmin günlərdə səfirliyin təhlükəsizlik xidməti bir neçə ayrı mənbədən qraf Mirbaha qarşı təxribat hazırlanması barədə məlumat almışdı. Berlindən də onlara nəzarəti gücləndirmək tapşırılmışdı. İki dövlət arasında yenicə bağlanan Brest sülh müqaviləsi siyasi partiyalarda fikir müxtəlifliyi yaratmışdı. Çünki, müqavilənin şərtlərinə görə Rusiya ərazisində toplar sussa da, torpaqların bir qismi əldən getmişdi. Müxalifəti sülh yox, onun şərtləri qane etmirdi. Bir çox ekspertlərin fikrincə, təslimçi sülh sazişi ruslar üçün rüsvayçı idi. Müharibənin bitməsi bəzi qüdrətli dövlətlərin də maraqları ilə düz gəlmirdi. Odur ki, bəzi "başbilən"lər nə yolla olursaolsun vəziyyəti dəyişmək üçün gecəgündüz baş sındırırdılar. Belə getsə, ortalıq yenidən qarışa, hətta cəmi bir neçə aylıq yeni hakimiyyətin varlığı şübhə altında qala bilərdi. Təxribat, terror hallarından ehtiyatlanan səfirliyin ümumi iş rejiminə müəyyən dəyişiklik edilmişdi. Rəsmi tədbirlərə, qəbullara müvəqqəti ara verilmişdi. Qraf Mirbah faktiki olaraq qapalı həyat tərzi sürürdü. Odur ki, qabaqcadan nəzərdə tutulmayan, hərtərəfli hazırlanmayan görüş barədə çekistlərin müraciətinə Ritsler diplomatik etiketi gözləməklə, nəzakət pərdəsinə bürünən "yox" cavabı verməyi düşünürdü. Amma cənab səfirdən icazəsiz bunu etmək olmazdı. Ritsler qonaqların mandatını alıb bir də diqqətlə gözdən keçirdi. Sənədi ÇKnın sədri F.E. Dzerjinski və Komissiyanın katibi İ.K.Ksenofontov imzalamışdı. Hər ikisinin qolu təşkilatın möhürü ilə təsdiqlənmişdi. O dövrdə Rusiyanın hər yerində daşdan keçən belə mandatla bütün qapıları açmaq, yaxud kimin istəsən nəinki qapısını, lap bəxtini də ömürlük bağlamaq olardı. Sənəddə yazılmışdı ki, "Ümumrusiya Fövqəladə Komissiyasının üzvü Yakov Blyumkin və İnqilabı Tribunalın nümayəndəsi Nikolay Andreyevə Almaniyanın Rusiya Respublikasındakı cənab səfiri ilə bilavasitə ona aidiyyatı olan məsələ üzrə danışıqlar aparmağa vəkalət verilir."
   
    Görüşdə tərcüməçi kimi iştirak edən hərbi attaşenin yavəri, leytenant Leonqart Müller bayaqdan bəri eşitdiklərinə ucadan münasibət bildirməsə də, Kurt Ritslerlə öz aralarında sözdən çox baxışlarla fikir mübadiləsi aparırdı. Qonaqlara bir qədər gözləməyi təklif edib, nə edəcəklərini, nə cavab verəcəklərini müəyyənləşdirmək üçün hər ikisi yan otağa keçdi.
   
   
   
   Berqin malikanəsi
   
   
   
   İtalyan memarlıq üslubunun ən xarakterik xüsusiyyətlərini özündə cəmləşdirən əzəmətli binaya yerli sakinlər Berqin malikanəsi deyirdilər. Zəngin dvoryan nəslindən olan Sergey Pavloviç Berq 1897ci ildə buranı alanda ərazidəki köhnə tikililəri söküb yeni imarət ucaltdı. Neoklassisizm və neobarokko üslubunda işlənmiş layihənin müəllifi tanınmış memar Boytsov onun qarşısında qoyulan vəzifənin öhdəsindən məharətlə gəldi. Çox da hündür olmayan iki mərtəbəli malikanənin iç memarlıq və bəzək işləmlərini isə bu sənətin təcrübəli mütəxəssisləri Flodini, Adamoviç və Dulin tamamladı. Berqin malikanəsi Moskvanın ilk elektrikləşdirilən binalarından sayılırdı. Darvazada elektrik zənginin quraşdırılması belə o vaxt məişət aləmində ciddi yenilik sayılırdı. İnqilabdan sonra Berq ailəsinə məxsus Sibirdəki qızıl mədənləri, çuğunəritmə zavodları, tekstil fabrikləri və digər müəssisələrlə yanaşı, Moskvanın memarlıq incilərindən sayılan şahanə malikanə də müsadirə edildi. Sergey Berq qiymətdə ağır, vəzndə yüngül əşyalardan nə mümkünsə götürüb İsveçrədə sığınacaq tapdı. Denejni döngəsindəki malikanəni isə Alman səfirliyinə icarəyə verdilər. Vilhelm fon Mirbah buranı çox bəyənmişdi. Binanın rahatlığına, səliqə səhmanına, geniş və yaraşıqlı salonların fərqli bədii tərtibatına söz ola bilməzdi. Divarlar nadir rəsmlərlə, otaqlar qiymətli dekorativbəzək əşyaları ilə göz oxşayırdı. Yerə sərilən xalılar da interyerə uyğun seçilmişdi. Amma bütün bu gözəllik nigarançılıq içində səfiri gözləyən çekistlərin diqqətindən kənarda qalmışdı. Onlar zahirən sakit görünməyə çalışsalar da baxışlarında, hərəkətlərində gərginlik hiss olunurdu. Sanki səfirlə söhbətin nəticəsindən həbsdə olan Robert Mİrbahın deyil, bu gənclərin öz taleyi asılı idi.
   
   
   
   Həmin anlarda
   
   Böyük teatrda
   
   aktyorları siyasətçilər əvəz edirdi
   
   
   
   Oktyabr inqilabı zamanı bolşeviklərin ən yaxın siyasi həmfikiri sol eserlər idi. Bu səbəbdən yeni qurulan hökumətinin tərkibində demək olar ki, hər səviyyədə sol eserlər kifayət qədər geniş şəkildə təmsil olunurdular. Partiyalar arasında mehriban iş birliyi 1918ci ilin mart ayına kimi, yəni Brest müqaviləsi bağlanana qədər davam etdi. Almanlarla müqavilənin məsuliyyətini paylaşmaqdan imtina edən siyasi müttəfiqlər Xalq Komissarları Sovetinin tərkibindən çıxsalar da, dövlət aparatına aid digər rəsmi qurumlarda məsul vəzifələr daşımaqda davam edirdilər. Fəqət hadisələrin sonrakı inkişafı münasibətləri getdikcə gərginləşdirərək son həddə çatdırdı. İyun ayında sol eserlərin III qurultayında partiyanın lideri Mariya Spiridonova bəyan etdi ki, biz siyasi irəliləyişimizdə yeni mərhələyə qədəm qoyuruq və yəqin ki, yaxın gələcəkdə hakim partiya olacağıq. Bu bəyanat təsadüfən səslənmirdi. Rüsvayçı Brest sülhünün bağlanması, ölkəni bürüyən aclıq və səfalət dalğasını aradan qaldırmaq üçün rəsmilər tərəfindən seçilən zorakılıq yolu, ərzaq diktaturası, yeni yaranan yoxsulluq komitələri, digər düşünülməmiş addımlar xalq arasında bolşevikləri nüfuzdan salır, yaxşı əməllərini də nəticə etibarı ilə heç edirdi. Spiridonova və onun həmfikirləri əslində Sovet hökumətinə qarşı deyil, onun rəhbərliyində təmsil olunanların və ələlxüsus Leninlə Trotskinin əleyhinə çıxdıqlarını deyirdilər. Onların hesabkitabına görə hakimiyyət dəyişikliyi ilə bağlı əsas hadisələr iyulun əvvəli, Sovetlərin Moskvada keçiriləcək V Ümumrusiya qurultayı zamanı baş verməli idi. Ali məclisdə sol kommunistlərlə, menşeviklərlə birlikdə yeni koalisiya hökumətinin qurulmasına hazırlaşırdılar. Eserləri fəal mübarizəyə ruhlandırıb qələbəyə ümidləndirən bir amil də 1918ci ilin yay aylarında Qərb cəbhəsində almanların əsas hərbi qüvvələrini Antanta qoşunları ilə döyüşlərə cəlb etməsi idi. Belə mürəkkəb şəraitdə aydın məsələdir ki, zəifləyən Almaniya Rusiyaya qarşı geniş miqyaslı hərbi əməliyyatlara başlamaq iqtidarında deyildi.
   
    Lenin çox böyük çətinliklər və məhrumiyyətlər hesabına bağlanan Brest sülh müqaviləsinin pozulmasının qəti əleyhinə idi. Onun da bu məsələdə öz tutarlı arqumentləri vardı. Əvvəla hakimiyyəti yenicə əldə etmiş bolşeviklər alman işğalçılarını Ukraynadan çıxara biləcək hərbi gücə malik deyild. İkinci, Ukrayna azad edilsə belə, rusların kağıza dönmüş dəyərsiz pulları ilə Ukrayna taxılını almaq real görünmürdü. Hər hansı bir mal mübadiləsi də münasib istehlak məhsullarının əldə olmadığından mümkün deyildi. Ona görə də Lenin Berlinlə aparılan kompromis siyasətin davamını istəyir, almanların Qərb cəbhəsində məğlubiyyətinə, bununla da ölkə daxilində inqilabı şəraitin yaranacağına ümid bəsləyirdi. Belə olan halda Brest müqaviləsi özözünə qüvvəsini itirəcəkdi.
   
   Xarici siyasət məsələlərində partiyalar arasındakı prinsipial fikir ayrılığı digər münasibətlərdə də ziddiyyətləri getdikcə artırdı. Nəticədə sol eserlərin Mərkəzi Komitəsi özləri üçün belə bir qərar çıxardı: Biz öz hərəkətlərimizi qətiyyən bolşeviklərə qarşı deyil, Xalq Komissarları Sovetinin yürütdüyü indiki siyasətə qarşı mübarizə kimi qiymətləndiririk. Bununla belə, qarşı tərəfin partiyamıza yönələn aqressiv addımlarının önünü kəsmək, mövqelərimizi müdafiə etmək üçün silahlı müdafiəyə də hazırıq.
   
    İyulun 4-də Böyük teatrda Sovetlərin V qurultayı öz işinə başladı. Qızğın mübahisələrə səbəb olan içlaslarda sol eserlər fraksiyası Lenin başda olmaqla, hökumətə inamsızlıq ifadə etmək təklifini gündəmə gətirildi. Fəqət, yetərincə səs toplamadığından təklif qəbul olmadı. Sol eserlər iyunun 24 keçirilən MKnın qapalı yığıncağında alman imperializminin görkəmli nümayəndələrini qətlə yetirməklə Brest sülh müqaviləsini pozmaq və Ukraynanı üsyan dalğasıyla ayağa qaldırıb işğalçılardan təmizləmək qərarına gəlmişdi. Qızışdırıçı mövqedən çıxış edən nümayəndələr almanların əleyhinə danışır, hətta Kayzer hökumətinə müharibə elan etmək barədə qərar çıxarılmasını tələb edirdilər. Bəzi natiqlər qraf Mirbahın ünvanına nalayiq ifadələr səsləndirir, ona açıqaşkar hədəqorxu gəlirdilər. Sovetlərin Ali məclisində hökm sürən əhvalruhiyyə barədə əvvəlcədən xəbərdar olan səfir bu yığıncaqda iştirakdan imtina etmişdi.
   
   (Ardı var)


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK