adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
19 Fevral 2015 11:56
3354
MƏMLƏKƏT
A- A+

“Bibiheybətneft” NQÇİ-də bir gün

SOCAR-ın Gənc jurnalistlər üçün təşkil etdiyi "Qış məktəbi” layihəsi çərçivəsində Dövlət Neft Şirkətinin "Azneft” İstehsalat Birliyi "Bibiheybətneft” NQÇİ-ilə tanışlıq olub. Bibiheybət Neft-qaz çıxarma idarəsinin Geoloji şöbəsinin rəisi Rauf Vəliyev jurnalistlərə görülən işlərdən danışıb. Rauf Vəliyev bildirib ki, dünyada ilk dəfə mexaniki üsulla qazılmış quyu Bibiheybətdə olub: "Yatağın sahəsi 160 hektar, eni və uzunluğu 5 kmdir. Ümumi dərinliyi kəsiş boyu 1750 metrdir. Yataqda 29 neft-qaz layı mövcuddur. Həmin laylar kəşf olunub. Neft quyuları məhdudlaşdırılıb. Bu kəsişmə də aşağı və yuxarı şöbəyə bölünür. Gündəlik neft hasilatımız 313 ton və gündəlik çıxarılan su 3min kubmetrdir. Yataq hazırda 91 faiz sulaşıb. Yatağın işlənməsinin son mərhələsidir. Digər quyu isə 1923-cü ildə istismar olunmuş 5 nömrəli quyunun beşinci horizontından 450 metr dərinlikdə gündəlik hasilatı isə 8-10 ton olan neft çıxarılır. Hazırda quyunun neft verimi gündəlik bir tondur. Gələcək üçün 4 neft quyusu mövcuddur. Qeyd edim ki, 1973-cu ildə quyunun istismarının 50 illik yubleyində Heydər Əliyev iştirak edib”.


Rauf Vəliyev deyir ki, əvəllər burada kəhriz quyuları olub. Dəniz suyu qalxdıqca həmin bu ərazilər suların altında qalıb: "Bu ərazilər qurudulmamışdan əvvəl burada kəhriz quyuları olub. Dəniz sahilərində yerləşən bu quyular olub dəniz suyu qalxdıqca həmin bu ərazilər it-bata düşüb”.

"Bibiheybətneft” NQÇİ-nin yatağında cəmi 3827 quyu qazıldığını bildirən R.Vəliyev deyir ki, quyulardan 590 yalnız istismar fondundadır: "Onlardan 38 quyu fəaliyyət fondundadır. Qalan quyular ləğv olunub. İstismar üsulumuz gördüyünüz kimi mexaniki üsuldur. Mancanaq vasitəsilə neft istehsal olunur. Üsullar fantan, qazlift və.s addadır. Əvvəllər fantan üsuli ilə işləyib. İlk lay təziqi hoziontal, 120 atmosfer gücündə olub. Lay işləndikcə layın təziqi azalır. Biz lay təziqini sabit saxlamaq üçün Bibiheybətdən çıxarılan suyu yerinə vururuq. Beşinci horizontda 105 quyu işləyir. Quyular kənara heç bir maneə yaratmır. Hər bir quyunun özünün 50 metr uzaqlıqda mühafizə zolağı var”.


Rauf Vəliyev qeyd etdi ki, hazırda bir sıra quluyar təmir olunurlar: "Quyular ay ərzində 25-26 gün işləyir. Suların təribində bakteriyalar olduğu üçün turbalarda tez-tez sızmalar olur. Birqadalar vasitəsilə quyular əsaslı təmir və carı təmir olunurlar. Birqadalar vasitəsi ilə 700 metrlik quyunun təmiri 12 saata başa gəlir”. 
Neft mədənindən onu da bildirdilər ki, ikinci lülə qazma ilə quyular qazılır. Bu üsula 2013-cü ildən bəzi qazılır. Onlardan gündəlik 3-4 ton neft əldə olunur. Elə quyuda var ki, 80-90 metrdən bizə neft verir.

Neft mədənlərinin işçiləri deyir ki, burada əvvəldən qalan quyular var ki, onlardan hələ də, neft çıxarılır: "Bu ərazidə 1900-cü ildə istismara verilən quyu var ki, hələdə işləyir və gündəlik verdiyi neft bir tondur. Onun beş horizontu var, onu qaytarmaq lazımdır ki, istismar olunsun. Ən çox neft verilən quyumuz 550 ton neft verib. Biz hazırda 2 lülə qazma işi davam etdirik ki, gələcəkdə istifadəyə verilsin. Bunlar çox sadə üsulla, öz birqadamızın hesabına qazılır. Əvəllər quyunu yuxarıdan aşağı qazırdıqsa, artıq texnika inkişaf edib deyə quyular aşağıdan yuxarıya doğru qazılır. Neft aldıqdan sonra yuxarı layların istismara verilməsi başlanır. Daha sonra nefti Heydər Əliyev adına Neft emalı zavoduna təhvil veririk. Həmin zavodda qaz, neft və su ayrılır. Aldığımız suyu yenidən quyuza vururuq. Texniki səbəbdən ləğv olunmuş quyularımız var ki, hansı ki, bu quyular tükənmiş quyulardır. Hər hansı quyu ləğv olunan kimi idarəyə məlumat verilir ki, bu quyunun artıq neft obyekti yoxdur. Fövqəladə hallar Nazirliyinin yerin təki haqqında Agentliyi var. O agentlik bizə icazə verir və biz o quyunu ləğv edirik. Həmin quyunun ekoloji cəhətdən heç bir problemi olmur. Quyunun neçənçi ildə yaranması və ləğv olunması göstərilir ki, buna da quyunun baş daşı deyilir”. 


Onu da bildirək ki, ərazidə polyak əsilli mühədis Pototskinin məzarı da var. Hər il buranı xarici qonaqlar ziyarət edir.Əvvəl bura məzarlıq olmayıb. Burada basdırılmaq onun vəsiyyəti olub. Pavel sağlığında vəsiyyət edib ki, onu, təşəbbüsü ilə qurutduğu sahənin dənizə ən yaxın olan hissəsində basdırsınlar. Elə də edirlər. Bu gün Bibiheybət neftçiləri onu həmişə ehtiramla yad edirlər. Əməyini qiymətləndirirlər.

Ədil Ədilzadə