adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
18 Fevral 2015 15:31
2076
MƏMLƏKƏT
A- A+

Şirməmməd Hüseynovun daha bir qızına vəzifə verildi

Tanınmış mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynovun qızı Milli Konservatoriyaya prorektor vəzifəsinə gətirilib.

Adalet.az. saytı axar.az-a istinadən xəbər verir ki, Lalə Hüseynova Milli Konservatoriyanın elmi işlər üzrə prorektoru təyin edilib. L.Hüseynova əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, professor Vaqif Əbdülqasımovun yerinə təyin edilib.

Xəbəri Milli Konservatoriyadan da təsdiqləyiblər. Bildiriblər ki, Konservatoriyanın bundan öncəki elmi işlər üzrə prorektoru V.Əbdülqasımov vəfat edib və boş qalan vəzifəyə Ş.Hüseynovun kiçik qızı təyin edilib.  

Xatırladaq ki, Ş.Hüseynovun böyük qızı Fərəh Hüseynova Mədəniyyət və İncəsənət Universitetinin rektorudur.