adalet.az header logo
  • Bakı 20°C
18 Fevral 2015 14:59
3110
GÜNDƏM
A- A+

Azərbaycanlı milyarderin dillərə dastan olacaq xeyirxahlığı

Azərbaycanlı milyarder, "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimovun xeyirxahlığı Türkiyədə əsas müzakirə mövzularından birinə çevrilib. Adalet.az FaktXəbər-ə istinadən məlumat verir ki, görə, tanınmış iş adamı restoranda nahar edərkən yoxsul geyimli, halsız bir qadının restorana girdiyini, işçilərin isə onu çıxartdığını görür. İnzibatçıdan nə baş verdiyini soruşur. Müəssisənin işçisi qadının yemək istədiyini, lakin bura zəngin ailələr üçün olduğundan onu qapıdan uzaqlaşdırdığını bildirir. Mənsimovun ona verdiyi cavab isə hər kəsdə maraq qarışıq heyrət doğurur: "Restoranda oturan hər kəsi çıxar bayıra, onlar burda yemək yeməsələr də, onsuz gedib başqa restoranda yeyəcəklər, o qadın isə yox. O qadını al içəri, süfrəni doldur yeməklərlə, axşam yeməyini də ver. Özünə də tapşır, hər gün gəlsin, yeməyini rahat-rahat yesin ".

Azərbaycanlı milyarderin bu hərəkəti hər kəs tərəfindən rəğbətlə qarşılanıb.