KüçƏYƏ DüŞƏN Ağ iŞIQ

ƏBÜLFƏT MƏDƏTOĞLU
26471 | 2009-08-08 04:00
Bir anlıq duruxub qalıram. Təkcə ona görə yox ki, o bu yaşında, bu görkəmində az qala ayaqları bir-birinə dolaşa-dolaşa küçə süpürür. Yox, bu məsələnin bir tərəfi. Məni daha çox yolumdan edən, daha doğrusu onun qarşısında bir anlıq da olsun dayanıb, durmağa məcbur edən, ayaqlarımdan torpağa mıxlayan önəmli bir səbəb var. Bu da onun gözlərindəki uzun, lap uzun bir həsrət və bir də ağappaq saçlarından tökülən qeyri-adi ağappaq işıq...
   
   Kimlərsə elə bilər ki, bu mənim fantanziyamdı və yaxud da ağlımdan gəlib keçən hansısa qeyri-adi bir səhnədi. Yox, təkrar deyirəm, yenə yox!!! Bu yaşlı qadın hər səhər gün işığından əvvəl çıxır evdən və Adama elə gəlir ki, o yerimir, onu kimsə məcbur çəkib aparır. Bilmirəm, qoluna girir, yoxsa hansısa bir gözəgörünməz tellərlə ona sarılır, hər nədisə özü ilə aparır o qoca ananı. Və bu qadının əlində də bir süpürgə, bir də salafan kisə var. Demək olar ki, mən onu səhərlər ancaq bu görkəmdə görürəm. Bircə dəfə də olsun nə onun əlində hansısa başqa bir əşya, əynində də həmişəkindən fərqli heç nə görməmişəm. Məhz bu gördüklərimin təsiri altında da öz-özümə demişəm:
   
   
   
   Günəşdən xeyli əvvəl
   
   bükülmüş belini
   
   büküb nimdaş
   
   xalatına
   
   çıxır evdən
   
   gedir küçə
   
   süpürməyə
   
   şəhd anası
   
   üzünü dəsmalla bükür
   
   gözünü addımbaşı yağan
   
   buludla...
   
   tanıtmaq istəmir
   
   özünü
   
   bəlkə də
   
   ağappaq saçlarının
   
   işığından
   
   xəlvətçə
   
   axtarır
   
   oğlunun izini
   
   bu küçələrdə...
   
   şəhid anası...
   
   
   
   Bilmirəm, bu fikirlərim sizə nə qədər tanışdı, amma şəxsən mən həm müharibəni görmüşəm, həm də şəhidliyin nə olduğunu bilirəm və ona görə də istər şəhid ailələrinə, istər müharibənin ağrı-acısını yaşamış insanların durumunu kənardan seyr edənlərə və yaxud onun aurasına daxil olanda bir növü özümü həm gücsüz, həm də günahkar sayıram və mənə elə gəlir ki, gücsüzlüyümün ucbatından mən bu analara nə oğul ola bilmirəm, nə də onların dərdlərini, qayğılarını azaltmaq üçün lazım olanın yüzdə birini gerçəkləşdirmək iqtidarında deyiləm. Onun üçün də bütün günahların kimdə, harda, nədə olduğunu billə-bilə, o günahları öz çiynimə götürürəm, özümü günahkar sayıram. Ən azı şəhid olmadığım üçün!
   
   Hər səhər qarşılaşdığım həmin ananın evidə var, yeməyə bir tikə çörəyi də. Kənardan müşahidə edəndə hiss etmişəm ki, bu ana evdən ancaq dərdlərini, yuxusuzluğunu, oğul həsrətini və nəhayət onun hər hansısa bir nişanəsini tapmaq ümidi ilə çıxır. Bəlkə də o bir çoxlarından fərqli olaraq, dövlətin imtiyazlarından, qayğılarından yararlanmaq əvəzinə bu imtiyazları lazımsız, artıq hesab eləyir. Bu da onun baxışlarından oxunur. Axı, heç bir imtiyaz, heç bir xüsusi, əlahitdə qayğı oğul demək deyil.
   
   Bir səhər onun

TƏQVİM / ARXİV