adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

XEYİRXAHLIĞIN FACİƏSİ...

BABƏK YUSİFOĞLU
50404 | 2015-02-16 19:22

Tanrınıngöndərdiyi bütün peyğəmbərlər, nazil etdiyi hər bir Kitab bəşər övladınahallallığın, kamil insanlağın, düzlyün, möminliyin, nəfs üzərində hakimliyin...yollarını öyrətsə də, insanları mərhəmətli, xeyirxah, səbrli, inanclı,imanlı... olmağa səsləsə də dünya heç vaxt bu çağırışların əleyhinə gedənlərdənqurtulmamışdır. Peyğəmbərlər sürəkli olaraq gəlmişlər, özlərini bu yolda fədaedənədək çalışmışlar, lakin insan oğlu şərdən, pisliklərdən, qandan-qadadanuzaq durmamışdır...

Dünyanı, insanlığı möhtəşəm sevgi ilə yaradan Tanrı sonuncupeyğəmbərindən sonra da yaratdıqlarına mərhəmət göstərib onların özünü, ruhunuxilas etmək üçün böyük qəlb sahibi olan insanları da həmin yola yönəltdi.Yönəltdi ki, hər kəs gözü önündəki sıradan bir adamın mənən necə böyük olabiləcəyini nümunə kimi digərlərinə göstərsin. İnsanlar peyğəmbər olmağıbacarmazlar, amma İnsan ola bilər...

Kimbilir, məhz belə şəxsiyyətlər olmasaydı bugünkü dünyanın halı nəyə bənzərdi?Kim bilir, mərhəmət və xeyrxahlıq fədailəri, yaxşılıq mücahidləri seçdikləriəzablı, məşəqqətli yollları yarımçıq qoyub geri dönsəydilər cəmiyyətadlandırdığımız toplumlar sonradan dönüb özlərinə bir insan olaraq baxabiləcəkdilərmi?..

Nəyaxşı ki, Yaradan Anri Dünan və onun kimiləri bu dünyadan əskiketməyib...

(Əvvəli qəzetin 10 fevral sayında)

                                                                  İSTEFA

Qəribə idi, iflasa uğrayan JanDünanın neçə il əvvəl başlatdığı,uğuruna hər şeyini fəda etdiyi yardım hərakatında ona qoşulan Komitə üzvləri dəonun fəaliyyətini bəyənməməyə başlamışdılar. Aralarında tez-tez üzə çıxan fikirayrılıqları ciddi problemlər yaratmışdi. Daha qəribəsi isə bu idi ki, nələrinbaş verməsindən, nələrin yaşanmasından asılı olmayaraq qəlbi xeyirxahlıqla doluolan bu adamın əli işdən soyumamışdı. O yenə də eyni inadkarlıq və eyni enerjiilə çalışmalarına davam edirdi.

Amma görünür Dünanın əleyhdarları heç bir vəchlə geri çəkilməkfikrində deyildilər. Elə həmin ildə Avstriya, Hollandiya, İsveçrə,Prussiya və İspaniya Qırmızı XaçKomitələrinə fəxri üzv seçilməsinə baxmayaraq həmin şəxslər Jan Anriyə qarşıkampaniyaynı saxlamadılar. İş o yerə qədər gəlib çatdı ki, əvvəllər ona heyranqalan cenevrəlilər arasında dadedi-qodular geniş şəkildə yayılmağa başladı. Bəzi qərəzli hissədarlar AnriDünanı möhtəkirlikdə günahlandırırdılar.

Bu onun üçün dözülməz bir vəziyyətidi. Heç vaxt vəzifə, xüsusi imtiyaz həvəsində olmayan Jan bütün iddialara son qoymaq naminə tutduğuBeynəlxalq Komitənin katibi vəzifəsindən istefa verdi. Və bundan sonrakı şəxsi həyatı tamamən dəyişdi.İşini itirən, həyatı qədər sevdiyi məşğuliyyətindən rəsmən uzaq düşən,həmkarları tərəfindən rədd edilən,gənclik illərində qazandıqlarınınhamısı iflasa uğrayan Dünan çox böyük məhrumiyyətlərlə üz-üzə qaldı.

                                                          DAHA BİRADDIM

Amma bütün bu məhrumiyyətlərə baxmayaraq Jan Anri öz xeyirxahlığındanüz döndərə bilmədi. Bioqraflar qeyd edirlər ki, təkbaşına gücü yetdiyi formada– ürəyi, cismi, fiziki köməyi ilə darda olanların harayına çatan DünanıTəşkilatın bəzi tədbirlərinə də dəvət edirdilər. Görünür kimlərsə bundan şəxsi reytinqi üçün yararlanırmış.

Və həmin vaxtlar Qırmızı XaçKomitəsinin Parisdə keçirilən ümumi toplantısına Jan Anri də qatılmışdı.Toplantıda çıxış edən Dünan bu dəfə də önəmli məsələləri gündəmə gətirərəkonların həyata keçirlməsinin vacibliyindən danışmışdı. Təklif irəli sürmüşdüki, xəstələrə və yarılılara şamil olunan toxunulmazlıq hərbi əsirlərə də tətbiqedilməlidir. Bu ideyası da dəstəklənmişdi...

1870-1871-ci illərdə Prussiyanın Fransaya qarşı başlatdığı müharibəbütün Avropa üçün növbəti, özü də dərinböhranlar gətirdi. Məhz Dünanın usanmaz fəaliyyəti nəticəsində əsasıqoyulan hərbi əsrlərin toxunulmazlığını qoruyan cəmiyyətin Fransada,İngiltərədə, Belçikada, Bavariyada, hətta ABŞ da belə şöbələri yaradıldı. Yerigəlmişkən qeyd edim ki, 1872-ci ildə həmin cəmiyyət Beynəlxalq qaydalar vəinkişaf ittifaqı adını aldı və sonradan qollarıbaşqa ölkələrdə də təsis edildi. Məhz həmin təşkilat Prussiya-Fransa müharibəsində bir çoxinsanların köməyinə yetdi.

Bioqraflar yazırlar ki, söylənənlərdən başqa, Anri Dünanın 1871-ci il1874-cü illərdəki fəaliyyətində ən əsas yeri Afrika ölkələrində, Türkiyədə,Misirdə, Əfqanıstanda geniş şəkildə mövcud olan adamların qul kimi alınıb-satılmasına qarşı fəaliyyət tutur. Obelə bir halı insanlığın ayıbı hesab edirdi.

                                                       HƏYATIN DİBİNDƏ

Artıq özünün imkanları sıfıra bərabər olsa da Ümumdünya yardımalyansına maddi dəstək vermək məqsədiylə İngiltərəyə gedib orada mühazirələroxuyurdu. Amma bu çox da uzun sürmədi. Bir qədər sonra Cənubi İngiltərəyəgələrək həyatına orada davam etməyə çalışsa daburadakı işləri alınmadığından min bir ümidlə Parisə yola düşdü. Və belədemək mümkünsə, bu ümidləri qısa zaman üçünözünü doğrultdu. Belə ki, məşhur xeyriyyəçi Frederik Passinin yanında– Sülhün dostları fransız cəmiyyətindəçalışmağa başladı. İndi o bütün enerjisini bura yönəltmişdi. Lakin dediyim kimi, bura da onun üçün daimiiş yerinə çevirilməmədi...

Nəhayət İsveçrəyə qayıdan Anri Dünanın sonrakı həyatı dahaacınacaqlı, daha əzablı bir şəkil aldı. Kimsənin, hətta dostlarının belə yadasalmadığı bu xeyirxah insanın artıq nə gecələməyə ufacıq bir daxması, nə yeməyəərzaqı, nə də onları almağa pulu vardı. Bu bir insan üçün həyatın dibiydi. Ammayazıqlıq hədəfinə çevirilməmək üçün insanlarla görüşə gedərkən o, köhnəkostyumunun bozarmış yerlərini mürəkkəblə qaraldır, ağ köynəyinin ləkələrini ağtəbaşirlə ağardırdı…

Lakin bu hələ harasıydı ki? Vəziyyəti həttao həddə çatdı ki, İnsanın insana qardaş olduğuna inanan, Allahın xeyirxahlığaçağırışlarını özünün həyat amalına çevirən, sorğusuz-sualsız gücü yetdiyi qədərköməyə ehtiyacı olanların yanına tələsən Anri Dünan İsveçrəni kənd-kənd dolaşaraqgörəcəyi hər hansı bir iş müqabilində yeyəcəkşeylər almaq məcburiyyətində qaldı. Çox zəngin bir ailənin övladı olanbu şəxs başqalrı kimi bütün həyatını çox rahat, firəvan və bolluq içərisində keçirəbiləcəyi halda hər şeyini xeyirxahlıq naminə sərf edərək ömrünün ahılçağlarında gecələr özünə yatmağa belə bir yer tapmırdı...

Bu idimi insanlığın mükafatı?.. Bu idimi yaxşılıq uğrunda, humanizmuğrunda fədakarlığın əvəzi?.. Mərhəmətin, yardımın qarşılığı belə olmalıydımı?Bu hansı qaydaların hökmü idi ki, ömrü boyu Tanrının buyurduqlarına inanaraqadamlara, topluma xeyrixahlıq göstərən bir kəs cəmiyyət tərəfindən beləamansızcasına tərk edilirdi?.. Hər şeyə möhtac buraxılırdı... Bu idimi dünyanınədaləti?..

                                                       NOBEL MÜKAFATI…

Harda gəldi gecələyən Jan AnriDünan nəhayət özünə bir sığınacaq tapa bildi. Hayden yetimxanasında onasığınacaq verdilər. Və onda heç kim, heçözü də bilmirdi ki, bir müddət sonra onadünyanın ən mötəbər mükafatlarından birini – Nobel mükafatını verəcəklər. Verəcəkdilər, amma 62-63 yaşlarına çatmış,çox yorğun və xəstə düşmüş bu adam heç omükafatı almağa belə gedə bilməyəcəkdi, həmin əlamətdar gündə elə Haydenyetimxanasının bir hücrəsində mərhəmətininvə canının ağrılarıyla əlləşəcəkdi. Mükafatı isə Frederik Passiylə birgəaldığı üçün Passiyə təqdim edəcəkdilər... Və hələ bunlar birqədər sonra baş verəcəkdi…

Nə yaxşı ki, dünya ədalətliinsanlardan xali deyil, yəqin bundansonra da xali olmayacaq. Amma necə?...Anri Dünanın varlığı ilə maraqlanan jurnalist Vilhelm Zondreqqer üçün onutapmaq elə də asan olmadı. Araşdırmalar apararaq axtaran jurnalist nəhayət buunudulmuş və tərk edilmiş adamı Hayden yetimxanasında, xəstə halda tapmağamüvvəfəq oldu.

Həyatı başqalarına yaxşılıqlarla keçmiş bir insanın vəziyyəti ürək ağrıdıcıydı.Son dərəcə könəlmiş geyiminin nisbətən yaxşı görünməsi üçün xeyli zəhmət çəkənAnri Dünan Zondreqqebelə xeyli söhbətləşdi. Ona genişbir müsahidə də verdi. Və həmin müsahibə Avropanın müxtəlif qəzetlərində çapolunaraq bir çox vicdanlı insanlara həqiqətən xəcalət hissi yaşatdı. İnsanlıqnecə unutqan olduğunun sanki bir daha şahidinə çevrildi. Hətta Rusiyaimperatiriçəsi son dərəcə təsirlənərəkJan Dünana müəyyən pensiya təyin etdi. O, yenidən xatırlanmnışdı…

Yaşadığı həyat şərtləri, bəlkədə ömrünü həsr etdiyi həmin işlər ona şəxsi perspektivləri haqqında düşünməyə imkan verməmişdi. Dünanheç özünə ailə də qurmamışdı. Hər zaman yardım, xeyriyyəçilik işləri onun üçünən vacib, ən ümdə məşğuliyyət olmuşdu.

                       HƏYATIN DİBİNDƏKİADAMDAN BÖYÜK BƏXŞİŞ…

Uşaqlıq və gənclik illərindəyaşadığı o xoşbəxt, firəvan günlərininxatirələrindən başqa qiymətli heç nəyi qalmayan, ömrünün son 18 iliniyetimxananın divarları arasında kimsəsizliklə keçirən Anri Dünan üçün ona verilən Nobel mükafatının nə dəyəriola bilərdi ki?

O, Nobelə görə aldığı böyük məbləği Norveç, İsveç xeyriyyəcəmiyyətlərinə, habelə Hayden yetimxanasına bağışladı. Bağışladı ki, cəmiyyətinkənara tulladığı, unutduğu kimsəsiz, köməyə, sığınacağa möhtac qalmış insanlarıhəmin pullardan yararlana bilsinlər. Görəsən bu hərəkəti möhtəkirlikdə onugünahlandıranların vicdanlarını sarsıtdımı?..

                                                                  O, ÖLDÜ…

Anri Dünan tənha ömrünü 1910-cuilin 30 oktyabrında Haydendə başa vurdu. Hər şey bitdi. Onun qəbri üzərindəkilövhədə diz üstə çökmüş adamın yaralı bir əsgərə su verməsi təsvir olunub...

BABƏK YUSİFOĞLU

[email protected]
babekyusifoglu.blogspot.com


TƏQVİM / ARXİV