adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Sənə düzən heç nə yoxdu

CEYHUN MUSAOĞLU
22508 | 2009-08-01 00:50
Sirus Təbrizli özünə tribuna tapıb. "Yeni Müsavat" qəzetinin tam ciddiyyətlə qorunduğu, hər adamın ixtiyarına verilmədiyi səhifəsi Sirus Təbrizlinin qulluğunda hazırdır. Nə istəyir axı bu adam? Doğrudanmı YAP-dan vurulanların siyahısında olan Sirus Təbrizli əski günlərə qayıdacağına ümid edir? O hansı günlərdir elə? Bəli, nazir həyatı, xidməti maşın, tabeçiliyində olan işçilər, prezidentin müşavirələrində iştirak... Bəs sonra? Axı cənab keçmiş nazir bunları bir dəfə yaşamısız. Nə dəyişib həyatınızda? Xoşbəxtliyiniz artıbmı, azalıbmı?
   
   Əslində bu sualları jurnalist verməliydi müsahibinə? Verməyib. Çünki müsahibənin məqsədi özünü göstərməkdir, "mən səni sevirəm iqtidar, mən sənə nifrət edirəm müxalifət" deməkdir. Olsun. Birdən iqtidarı sevən, müxalifətə nifrət edən Sirus Təbrizlidən hakimiyyətin yüksək eşalonunda təmsil olunan birisi soruşdu: "...Əvəzində bizdən nə dilərsən?" Yəni elə vəzifə varmı Sirus Təbrizlinin göstəricilərinə uyğun gəlsin. Qışqırmaq, bəlağətli danışmaq, həsrətdən, vətəndən şeir demək dövrünun qəhrəmanlarına ayrılan limit çoxdan başa çatıb. Daha müxalifəti söyən, iqtidarı öyən birisinə ehtiyac yoxdur. Söyənlər və öyənlərin sayı çoxdur ona görə. Daha ştat cədvəli dolub. Ştatdankənar əməkdaşlar isə kifayət qədərdir.
   
   Qəribə məmləkətdə yaşayırıq. Əksəriyyət elə bilir ki, o hakimiyyətdə ən yüksək posta layiqdir. Əksəriyyət prezidentlə, nazirlərlə görüşə can atır.
   
   "Qarabağla" Ruksenborq"un Bakıda keçirilən oyununu Azərbaycan Dövlət Neft Şirktəinin və AFFA-nın prezidenti Rövnəq Abdullayev də izləyirdi. Fasilədə cındırından cin ürkən bir dəstə qadın stadiona daxl oldu. Polislərdən öyrəndik ki, bu adamlar hər dəfə dövlət rəsmisi futbola tamaşa etməyə gələndə burda peyda olurlar.
   
   Hə ay xala, yaxınlaşdın Rövnəq müəllimə, nə deyəcəksən? Evin yoxdu, işin yoxdu, pulun yoxdu, buna ARDNŞ-in prezidenti neyləsin. Yaşadığın ərazinin bələdiyyəsi var, icra nümayəndəsi var, icra başçısı var. Niyə haqqını onlardan tələb emirsən? Hə, edirsən, eşitmirlər? Ola bilməz, mümkün deyil, sən haqqını dəqiq və qanunların şərtləri əsasında tələb etmirsən.
   
   Özümdən bir misal gətirim: Abşeron ərazisində yerləşən sahəsi 5 sot olan torpağımı sənədləşdirmək üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinə müraciət etdim. Jurnalist olduğumu demədim. Öncədən xatırlatdım ki, dövlətin 40 manatlıq rüsumunu ödəməyə hazıram. Onlar da mənə dedilər ki, onda sənədlərin 15 günə düzələcək - qanun belə tələb edir. Əla, 15 gün keçdi və sənədlərim qaydasında özümə qaytarıldı. Halbuki adamlar bu şöbədə 250 manat rüşvət alındığını deyirdilər. Rüşvəti almırlar, dostlar, rüşvəti verirlər.
   
   Nazir neyləsin ki, stadionda onu haqlayan xanım, sən hüququnu bilmirsən, tənbəlsən. 5 gün gözləməkdənsə 5 manatından keçməyə hazır olan adamlar cəmiyyətin ən böyük düşmənidir. Hər hansı dövlət adamını tərifləmək də düşmən işidir.
   
   Dünən Oqtay Salamovun iş otağında bir nəfərlə rastlaşdım. Oqtay müəllimi işindən-gücündən eləyib, ona Milli Təhlükəsizilk nazirinə həsr etidyi mədhiyyəni oxuyurdu. Qulaq asdım. Nazir bərəsində yazıb: "Qartal baxışlı, ceyran yerişli... o gün olsun MTN yüz yaşını qeyd eləsin, siz də belə təqdim olunasınız: "Cənab general-marşal..." Oktay müəllim dözmədi. "A kişi cənab general-marşal olur?" deyib, kişiyə məsləhət gördü ki, ziyalı məktubu kimi təqdim olunan mədhiyyədəki "ziyalı" sözünə "a"-dan sonra "n" hərfi də artırsın. Sonra mən kişidən məktub yazmaqda məqsədini soruşdum. Cavabı olduğu kimi: "Nazir bu məktubu oxuyub məni qəbul edəcək".
   
   İnanıram, həmin məktub hansısa qəzetdə dərc olunacaq. Həmin məktuba səhifəsində yer verən qəzet mütləq tapılacaq. Mədhiyyə yazan kişini operatora yazını diktə edən gördüm. Birdən, "Ədalət"də... Biabır olarıq e...
   
   Allaha and olsun ki, bu kişinin ürəyindən nazir müavini olmaq keçir.
   
   Növbəti hadisə: mərhum prezident Heydər Əliyev Mehdiabadda əlillər üçün tikilən evlərin açılışında iştirak edir. Birisi ona yaxınlaşan adamlardan dərdini soruşan prezidentdən xahiş edir ki, çayxana işlətməsinə kömək etsin. Ətrafdakılar gülüşür. Birisi eynini pozmadan davam edir: "Cənab prezident, deyin Binəqədidəki dayanacağın yanında yer versinlər. Orda alver əla gedir".
   
   Daha alver əla getmir, Sirus Təbrizli. Daha nə alırlar, nə də verirlər. Hər şey stabil olaraq qalır. Müxalifətçiləri söyməyə ehtiyac yoxdu. Elə sənin müsahibə verdiyin qəzetin 2-ci səhifəsində dünən oxudum ki, Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının şura üzvü Muxtar İsmayıl oğlu Hacılı 55 yaşında qəflətən dünyasını dəyişib. 55 ölüm yaşı deyil. Bu aksiomanın əleyhinə olan həfətədə iki nekrorloq oxumaq olar "Yeni Müsavat"ın 2-ci səhifəsindən.
   
   Allah da imkan vermir, missiyanı davam etdirəsən, Sirus Təbrizli.

TƏQVİM / ARXİV