ÖNCƏ QARABAğ, SONRA ""QARABAğ""

ETİBAR CƏBRAYILOĞLU
36667 | 2009-07-25 00:19
Yenə 23 iyul. Amma bu dəfə fərqli bir ovqat. 16 il öncə ermənilər Ağdamı işğal etmişdi. 16 il sonra tarixin həmin günü bir sərrast top zərbəsi Ağdam, qarabağsevərləri güldürdü, düşmənləri kədər içində boğdu.
   
   Azərbaycanın Avroliqadakı təmsilçisi Ağdamın "Qarabağ" klubu futbol aləmində adından söz etdirən Norveçin "Rusenborq" komandasına qalib gələrək növbəti mərhələyə vəsiqə qazandı.
   
   Uzaq Tronheym şəhərindəki ilk qarşılaşmada ağdamlılar Norveç futbolçularının gözünün odunu almışdı. Oyun 0:0 hesabı ilə bitdiyindən cavab görüşündə bizə bircə dəqiq zərbə kifayət edirdi.
   
   
   
   AT MURADDI
   
   
   
   Bu oyuna böyük maraq vardı. Təbii ki, bir neçə səbəb üzündən. "Qarabağ" Ağdamın işğalı günü yaşıl meydana çıxırdı. Üstəlik rəqib də elə-belə komanda deyildi. "Rusenborq" UEFA-nın bayrağı altında keçirilən yarışlarda "saç ağartmışdı". "Çelsi", "Barselona" kimi nəhənglərin başını ağrıtmışdı.
   
   Hamı "Qarabağ"ın bu imtahandan necə çıxacağını gözləyirdi. Norveç komandasına qarşı təkcə "Qarabağ" klubu yox, bütün qarabağsevərlər ciddi hazırlaşırdı. Klubun fəxri prezidenti, millət vəkili Aqil Abbas bir neçə gün öncədən mətbuat vasitəsi ilə futbolçulara və azarkeşlərə mesaj ünvanlamışdı: "Bakıda "Qarabağ"ın 2-3 min uşaq fanatı var. Biz Sumqayıtda oynayarkən bu uşaqlar avtobuslardan sallaşıb gəlirdilər oyuna baxmağa. Əllərində də bayraqlar. Və "Qarabağ" uduzanda bu uşaqlar hönkür-hönkür ağlayırdılar.
   
   ... Doğrudan da o uşaqların "Qarabağ" futbol komandasından başqa heç nələri yoxdu. Nə evləri, nə eşikləri, nə hər axşam bazardan əli dolu qayıdan ataları, nə sevincləri, nə sevgiləri, nə futbol oynayacaq, nə də qız üstə dalaşacaq məhlələri.
   
   ... Yenə o uşaqlar stadionda olacaqlar. Sözüm "Qarabağ" komandasının futbolçularınadı! O UŞAQLARI A

TƏQVİM / ARXİV