adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
16 Fevral 2015 10:10
25517
AVTOMABİL
A- A+

Bakı-Sumqayıt yoluna giriş bağlandı - Sürücülərin nəzərinə

Bakı-Sumqayıt şossesində aparılan təmir işləri ilə əlaqədar Moskva prospekti kənar yolla hərəkət edən nəqliyyat vasitələrinin Bakı-Sumqayıt şossesinə girişi məhdudlaşdırılıb. Adalet.az-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, sürücülərə alternativ olaraq Moskva prospekti Əsas yoldan və Biləcəri enişi (Rəşid İsmayılov küçəsi) vasitəsilə Biləcəri dairəsindən istifadə etməklə yollarına davam etmələri tövsiyə olunur.