ANA SƏHİFƏ / YAZARLAR

ZAQATALANIN UĞUR FENOMENİ

29652    |   2015-02-14 09:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

(əvvəli ötən saylarımızda)

"... Burada tarixi abidələr, binalar bərpa edilir, küçələr salınır, abadlıq işləri gedir. Zaqatala tamamilə yeni bir görkəm alır. Şəhər doğrudan da ölkəmizin ən gözəl şəhərlərindən birinə çevrilmişdir. Zaqatala ölkəmizdə ən sürətlə inkişaf edən rayonlardan biridir. Bu, məni çox sevindirir. Çünki hər dəfə yenilikləri, abadlıq-quruculuq işlərini görəndə mən də sizin qədər sevinirəm. Zaqatalada bütün bu işlər böyük zövqlə və rayona olan böyük məhəbbətlə icra edilir..."

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev


Hesabat ilində avtomobil yollarının yenidənqurulması və əsaslı təmiri sahəsində də müəyyən işlər görülmüş, Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun təmiri məqsədi ilə Prezidentin ehtiyat fondundan Zaqatala Rayon İcra Hakimiyyətinə ayrılmış vəsait hesabına ilin əvvəlindən 9,5 km olmaqla ümumilikdə 23,5 km uzunluğunda asfalt örtüyü döşənmişdir.
Bundan əlavə Zaqatala şəhərinin şimal-qərb yaşayış massivinə, Azərbaycan prospektinə, 28 may, Qarabağ, Vasif Qurbanov və Ümid Sadıqov küçələrinə ümumilikdə 47300 kvm, Qımır-Çobankol avtomobil yoluna 1,5 km, Muxax-Zəyəm m yoluna 0.5 km, Zaqatala şəhərindən Zilban kəndi istiqamətindəki avtomobil yoluna 1,5 km uzunluğunda asfalt örtüyü döşənmişdir.
2014-cü ildə rayonda əhaliyə poçt və rabitə xidmətlərinin yaxşılaşdırılması sahəsində müvafiq işlər aparılmış, internet və multimediya xidmətləri genişləndirilərək xidmətin həcmi 2,1 milyon manat təşkil etmiş, internet istifadəçilərinin sayı 2013-cü illə müqayisədə 1775 abonent artaraq 7455 abonent olmuşdur. Zaqatala şəhərində iki, Kəpənəkçi, Kebeloba, Zəyəm, Fındıqlı, Aşaği Tala, Danaçı və Muxax kəndlərinin hər birində yeni tip elektron ATS-lərın (ONU avadanlıqlarının) quraşdırılması üçün torpaq sahələri ayrılmışdır.

Təhsildəki uğurlar

Ötən il ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yüksəldilməsi üçün mövcud təcrübənin təkmilləşdirilməsinə və yeni mexanizmlərlə işləməsinə diqqət artırılmış, ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə Heydər Əliyev irsinin dərindən öyrədilməsi məqsədi ilə rayonun Heydər Əliyev Mərkəzində dərslər keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığı ilə həyata keçirilən "Ölkəmizi tanıyaq" layihəsinin icrası uğurla həyata keçirilmiş, 2015-ci ildə də layihə çərçivəsində məktəblilərin Respublika ərazisinə turları davam etdiriləcəkdir.
Cari ildə rayonun tam orta məktəblərini bitirmiş 1214 nəfər məzundan 341 nəfəri tələbə adını qazanmış, 18 nəfər 600-dən yuxarı, 37 nəfər 500-dən yuxarı bal toplamış, 4 nəfər Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qızıl medala layiq görülmüşdür.
Hesabat ilində fərqlənən müəllimlərimiz fəxri adlar, orden və medallar, məktəblərimiz mükafatlar almışlar.
Səhiyyə...

Rayonda səhiyyənin inkişafı sahəsində də müəyyən işlər görülmüş, MRX 417022 manat dəyərində dərman və sarğı materialları ilə təmin edilmiş, gündəlik yükü 60-70 xəstə sayından 110-120 xəstə sayına qədər artmışdır.
Respublika Prezidentinin tapşırığına əsasən aparılan əhalinin tibbi müayinəsi nəticəsində 80665 nəfər tibbi profilaktik müayinədən keçmiş, cari ildə də əhalinin tibbi müayinəsi işləri davam etdiriləcəkdir. 2014-cü ilin sentyabr ayının sonundan başlayaraq rayonun ərazisində 0-17 yaşlı əhalinin icbari dispanserizasiyasına start verilmiş, artıq 8437 nəfər müayinədən keçmişdir.

Mədəniyyət və turizm

2014-cü ildə mədəniyyət sahəsində müəyyən tədbirlər həyata keçirilmiş, 20 Yanvar və Xocalı faciələrinin ildönümləri ilə əlaqədar sərgilər, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı ilə bağlı təntənəli tədbirlər keçirilmiş, Bakı şəhərində Novruz bayramı ilə əlaqədar keçirilən sərgidə satış yarmarkası təşkil edilmiş, folklor sənətkarlıq nümunələri nümayiş etdirilmişdir.
Hesabat dövründə ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə gül bayramı, "Dünya siyasətinin Heydər Əliyev zirvəsi" adlı konfrans, bayram konsertləri təşkil olunmuş, Amerikanın Meri Mak Brayd Musiqi Qrupunun konserti keçirilmiş, rayonda VII kitab bayramı, 15-iyun Milli Qurtuluş günü münasibəti ilə silsilə tədbirlər həyata keçirilmişdir.

Cinayətkarlığa qarşı mübarizə

Qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizə işinin təşkili sahəsində rayonun hüquq-mühafizə orqanları ilə əlaqəli fəaliyyət təmin olunmuş, profilaktika, əməliyyat-axtarış tədbirləri davam etdirilmişdir.
2014-cü ildə rayonda qeydə alınmış 169 cinayət hadisəsinin 93,3 faizinin açılması təmin edilmişdir.
Rayonun əməliyyat şəraiti daim nəzarətdə saxlanılmış, qeyri aşkar şəraitdə baş vermiş 45 cinayətdən 32-i, yəni 82,1 faizinin açılması təmin edilmiş, Daxili İşlər Nazirliyi tərəfindən "Xaş-xaş" şərti adı altında kompleks əməliyyat-axtarış profilaktik tədbirlər mütəşəkkil keçirilmiş, aidiyyəti təşkilatların fəaliyyəti əlaqələndirilmişdir.
RİHB-nın inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyələr, ictimaiyyət nümayəndələri və hüquq-mühafizə orqanları ilə birgə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində rayon ərazisində (13,2 ha sahədə) yabanı halda bitmiş 40318 ədəd 38 ton 631 kq çətənə bitkisi aşkar edilərək, məhv edilmişdir.
Narkotik vasitə olan 3 kq 842,47 qram qurudulmuş marixuana 5,227 qram tiryək, 1,248 qram heroin, 54 kq 236,3 qram çətənə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılmış, İnzibati xəta törədən 27 nəfər xəbərdarlıq və ya cərimə növündə inzibati tənbeh edilmişlər.
Daha gözəl gələcək

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı M.Əhmədzadə məruzə ilə çıxışının sonunda inkişafımızın istiqamətlərini müəyyənləşdirən bir sıra motivləri diqqətə çatdıraraq vurğulamışdır:
- Bu gün ölkəmizin imicini inkişaf etdirən turizm, mədəniyyət və idman kimi spesifik sahələrin maddi bazasının sürətli inkişafı Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, tolerantlığının hərtərəfli nümayiş etdirilməsi yolu ilə milli maraqların təbliği ideyasına əsaslanır, bununla da Beynəlxalq arenada dövlətimizə etimadı artırır.
Azərbaycanda Beynəlxalq Humanitar Forumun, Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumunun, Davos iqtisadi Forumunun, "Eurovision-2012" mahnı müsabiqəsinin, 2015-ci ildə birinci Avropa Olimpiya oyunlarının, 2016-cı ildə "Formula-1" avtoyürüşlərinin və 2020-ci ildə futbol üzrə Avropa çempionatı matçlarının keçirilməsi-bütün bunlar Azərbaycanın sosial-iqtisadi həyatının müxtəlif sahələrində qazandığı böyük nailiyyətlərin beynəlxalq strukturlar tərəfindən etiraf edilməsi və qiymətləndirilməsi deməkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2014-cü ildə ölkəmizin qarşısında duran bütün vəzifələr uğurla icra edilmiş, Azərbaycan öz sürətli inkişaf tempini saxlamış, iqtisadi və sosial proqramlar yerinə yetirilmişdir. Xalqımız əmindir ki, möhtərəm Prezidentimizin rəhbərliyi altında biz 2015-ci ili də uğurla başa vuracaq, ölkəmizin hərtərəfli inkişafını təmin edəcəyik...




YAZARIN ARXİVİ

2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-01-21
2018-01-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (76.47%)
Yox (23.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK