Biz niyə oynaya bilmirik? Baxmayaraq ki, 8 milyon xalqın ən azından 5 milyondan çoxu oynayır. ?zü də necə... Kiçik və böyük toylarımızda nəsillikcə oynayırıq, ortadan çıxana söyüş qoyuruq. Dədə Süleyman demişkən, gəlin toyda qonaqlardan çox oynayır. Masanın üzərinə yığılan yeməkləri də oynaya-oynaya yeyirik.
Oxuyan da oynayır, oynayan da. "Yanıq Kərəmi"ni "Düm tək-tək"ə, "Sonalar gölü"nü, "Sona bülbüllər"ə qatırıq. Az.TV-nin "Xəbərlər" proqramının əvvəlində çalınan musiqiyə də toyda oynayanlarımız var.
Bəs kim deyir ki, oynaya bilmirik? Mən! Söhbət futbol oynamaqdan gedir. Yola saldığımız həftənin cümə günü bizim futbolsevərlər üçün qara gəldi. Bu gözəl oyunu yaradan ingilislərin babaları bəs deyincə söyüldü, qarğış sahibi oldu. Avroliqaya vəsiqə qazanan iki komandamız doyunca qapaz yeyib elə ilk mərhələdən geri qayıtdı. Cümə günü mən ayaqları qırılmış stadionda idim. Tofiq Bəhramov adına Respublika Stadionu təmirdən sonra göz oxşayırdı. Nə olsun ki... "İnter"in oyunçuları meydana çıxan kimi ayaqları bir-birinə ilişdi. Avropanın ortababından da bir az zəif komandası - Slovakiyanın Trnava şəhərini təmsil edən "Spartak" klubu bizimkiləri yaxşıca çırpdı. "İnter"in bir eşalon legioneri də komandamıza kömək etmədi. Vallah, təəccüb qalmalı işdi. Hamı gedib quş gətirəndə bizimkilər bayquş gətirir. "İnter"in Braziliyadan bir ətək pula aldığı qapıçı Vilsonun üstünə cəmi üç top gəldi və topların hər üçü qapıdan keçdi. "İnter" yan xətt hakimi ilə birləşib rəqibin qapısına bir qol vurdu. Amma öz evində biabırçı məğlubiyyətdən canını qurtara bilmədi.
Stadionda "İnter"in bir "QAZel" dolu maaş verdiyi gürcüstanlı baş məşqçisi Kaxaber Tsxadadze ilə üzbəüz sektorda oturmuşdum. ?z meydançasında böyük hesabla məğlub olan komandanın baş məşqçisi ayaqlarını ayaqlarının üstünə aşırıb elə əda ilə əyləşmişdi ki, sanki "Şahdəniz" yatağını bu kəşf edib...
Büdcəsi "İnter"dən dəfələrlə az olan Slovakiya klubu bizimkilərə mədəni surətdə başa saldı ki, qardaşlar, siz oynaya bilmirsiz. Sizin Avroliqada nə işiniz? Gedin Salyanın "Muğan" komandasını gündə beş dəfə udun.
Beləcə, Avroliqanın qapıları "İnter"in üzünə çırpıldı. Klubun gurultulu adı da bizim futbolçuların köməyinə yetmədi. Beləyik də, kasıblarımız itlərinə həmişə Gümüş adı qoyurlar...
"Simurq" da Avroliqda uça bilmədi. İsrailin acından günorta duran "Bney Yehuda" klubu "Simurq"un qanadalarını yolub Zaqatalaya göndərdi. Zaqatala komandasının Ukraynadan ətək-ətək pul verib gətirdiyi baş məşqçi Roman Pokoranın İsrailə apardığı bir eşalon legionerin heç biri işə yaramadı.
Oynaya bilmirik, güclə bizə oynamaq öyrədəcəksiz? Bizim futbolçular maşın sürməyi yaxşı bacarırlar. Bu bacarıqda "Real"ın oyunçuları bizimkilərin heç tozuna da çata bilməzlər. "İnter" və "Simurq"un qara xəbərini alan kimi bir balaca hesablama apardım. Vallah, son illər futbola xərclənən pulları ermənilərə versəydik Qarabağı çoxdan qaytarmışdılar. ?stəlik İrəvanı da bizə satmışdılar...
Hər dəfə uduzduğumuzdan abır-həyamız gedib. Çıxış yolu varmı? Yəqin ki, var. Şəxsən mən UEFA-ya təklif göndərmək istəyirəm. UEFA-nın Azərbaycana bir balaca da olsa hörməti varsa, qoy onda bizim klubları bir-biri ilə oynatsın. Bəlkə onda komandalarımızdan biri Avroliqanın növbəti mərhələsinə vəsiqə qazandı.
"Qara cümə" günü klublarımızdan aldığım stressi atmaq üçün Türkiyənin Star kanalında İbrahim Tatlısəsin proqramına baxırdım. Qonaq müğənni Mustafa Kəsər maraqlı bir lətifə danışdı.
Kənd axundsuz qaldığından sərxoşluqda ad çıxaran Cəmili axund seçirlər. Deyirlər ki, təzə axund göndərilənə kimi bizi birtəhər yola ver. İki-üç gündən sonra sakinlərdən biri ölüm yatağına düşür. Axund Cəmil dərhal onun başının üstünü kəsdirir. Son dəqiqələrini yaşayan kəndli axund Cəmildən soruşur:
- Axund, o dünyada məndən bu dünyadakı vəziyyət barədə soruşanda nə deyim?
Axund Cəmil dərhal cavab verir:
- Heç nə. Elə sən desən ki, sərxoş Cəmil axundluq edir, o dünyadakılar bu dünyanın nə gündə olduğunu anlayacaqlar.
Azərbaycan futbolunun durumunu öyrənmək istəyənlər klublarımızın Avroliqadakı oyunlarına baxsalar vəziyyəti başa düşəcəklər...