Artıq bir çox istehlakçılar bu toyuqları almaqdan imtina edirlər
Son vaxtlar sosial şəbəkələrdə broyler toyuqları ilə bağlı görüntülər yayılıb. Bu görüntüyə baxanda adam istər-istəməz təşviş hissi keçirir. Əgər həmin görüntülərə inansaq, onda gərək heç kəs müxtəlif fabriklərdə yetişdirilən broyler toyuqlarını almasın. Ancaq nə etmək olar ki, əhalinin böyük əksəriyyəti keyfiyyətindən asılı olmayaraq, bu toyuqların alıcılarıdı.
İlk baxışdan həmin toyuqlar görkəmi və görünüşü ilə alıcının diqqətini çəkir. Üstəlik də kənd toyuqlarına nisbətən həm çəkidə ağırdır, həm də daha tez bişir. Belə çıxır ki, bu günün özündə də ölkəmizdə broyler toyuqlarına ehtiyac həddindən artıq çoxdur. Təəssüflə qeyd etməliyik ki, məhz buna görə də bir çox istehsalçılar əhalinin zəif nöqtəsini bildiklərinə görə broyler toyuqlarını qısa zaman kəsiyində, yəni 38-40 gün müddətində yetişdirir və onun kəsimini təşkil edərək ticarət mərkəzlərinə göndərirlər.
Deyilənlərə görə, həmin toyuqların yetişdirilməsi, saxlanılması və kəsilməsi prosesində heç bir nöqsanlara yol verilmir. Əksinə, hər şey yüksək texnologiyaya uyğun olaraq qurulur və həmin toyuqların yemi daha kalorilidir. Əlbəttə, indi müxtəlif heyvanlara və o cümlədən quşlara verilən yemin tərkibində onları kökəldən kimyəvi maddələr də kifayət qədərdir. Bununla yanaşı, bu quşların gigiyenik və sanitar qaydalara uyğun olması üçün də lazımi tələblərə ciddi riayət olunur.
Təbii ki, bunlar hamısı başa düşüləndir. Çünki ən azından indiki bazar iqtisadiyyatı şəraitində broyler fabrikləri arasında çox böyük rəqabət var. Bu rəqabətdə də hər hansı istehsal sahəsi digərini üstələmək üçün bütün yollardan və texnologiyalardan bacarıqla istifadə edir.
Bunlara heç kimin sözü ola bilməz. Hər bir istehsalçı çalışır ki, bazara çıxartdığı quş ətini daha baha qiymətə satsın və çoxlu müştəri qazansın. Amma son vaxtlar sosial şəbəkələrdə yayılan görüntüyə baxandan sonra adam broyler fabriklərində istehsal olunan toyuqlardan iyrənir. Çünki həmin görüntüdə çox açıq-aydın görünür ki, broyler toyuqlarının çəkisini artırmaq üçün şprislə toyuğa maye vurulur. Deyilənlərə görə, həmin maye vurulduqdan sonra toyuğun çəkisi 1 kiloqramdırsa, 1,5 kiloqram olur. Aydındır ki, bayaq dediyimiz kimi, bu görüntüyə baxan istehlakçı istər-istəməz diksinir və toyuq ətindən imtina eləyir.
Artıq xeyli vaxtdır ki, müxtəlif KİV-lərdə bu barədə yazılar dərc olunur. İstehsalçılar həmin görüntülərin həqiqətə uyğun olmadığını deyirlər, istehlakçılar isə toyuqların şişirdildiyindən danışırlar. Təsadüfi deyil ki, son vaxtlar ticarət mərkəzlərində və supermarketlərdə toyuq ətinin satışı bir o qədər də çox deyil. Ancaq broyler toyuqlar istehsal edən fabriklərdən bildirirlər ki, biz heç vaxt şprislə toyuğa 500 qram maye vurmuruq. Quşçular Cəmiyyətinin sədri isə onu qeyd edir ki, ola bilər ki, bəzi toyuqlara standarta uyğun gəlməsi üçün 50 qram maye vurulsun. Bunu da onun üçün edirlər ki, hər hansı qutunun içində 10 toyuq olursa, onların hamısı çəkidə bərabərləşsin. Amma sosial şəbəkədə göstərilən kimi, hər şeyə baxmaq düzgün deyil. Çünki satışa çıxarılan bütün toyuq ətləri mütəmadi olaraq aidiyyatı qurumlar və eləcə də həkimlər tərəfindən yoxlanılır və bundan sonra onun satışına icazə verilir.
Ümumiyyətlə, son vaxtlar nəinki ölkəmizdə, hətta Avropa ölkələrində belə müxtəlif ət satışında böyük söz-söhbətlər yaranıb. Hətta Hollandiya kimi inkişaf etmiş Avropa məmləkətində insanlara mal əti əvəzinə, at əti satıldığı bildirilir. Və bunu həyata keçirən şirkət araşdırmalardan sonra milyonlarla dollar civarında cərimə edilib.
Göründüyü kimi, dünyanın hər yerində istehlakçıları aldatmaq istəyən və onlara kəf gələn işbazlar mövcuddur. Amma gec-tez onların da fırıldaqlarının üstü açılır. Broyler fadriklərində istehsal olunan toyuqlara gələndə isə istehsalçılar and-aman edirlər ki, həmin toyuqlara heç vaxt 400-500 qram maye vurulmur. Uzaqbaşı 50 qram vurulur, bu da çəkinin tarazlığına xidmət edir.
Fərqi yoxdur, ya 50 qram vuruldu, ya da 500 qram. Söhbət bundan gedir ki, broyler fabrikində istehsal olunan toyuqlara maye vurulur. Bir də ataların gözəl bir məsəli var: "Od olmasa, tüstü çıxmaz". Əgər o 50 qram maye vurulmasaydı, bu gün də onu kimlərsə şişirdib 500 qrama çatdırmazdılar. Həqiqəti isə gizlətmək heç vaxt mümkün deyil. Artıq istehlakçılar müxtəlif mağaza və dükanlarda satılan iri toyuqlardan imtina eləyir. Satıcılar da deyirlər ki, əgər qabaqlar bir mağazada gün ərzində 200-300 toyuq satılırdısa, indi 50-si satılanda sevinirik.
Hər halda, halala haram qatmaq bir o qədər də düz iş deyil. Üstəlik də kimyəvi yolla 40 gün müddətində yetişdirilən broyler toyuqlarını şişirtmək və əhaliyə satmaq bunun özü hardasa qaranlıq mətləblərdən xəbər verir. Yəqin ki, bu qaranlıq mətləblərin üstünə nə vaxtsa işıq tutan tapılacaq.