adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

CAZiBƏDAR XƏYALLAR

VƏSİLƏ USUBOVA
26422 | 2009-07-04 00:48
" Şıltağın yumşalması" adlı italyan filmi var. Baş rolda Çelentano çəkilib. Filmin qəhrəmanı imkanlı olsa da, qabanın, duyğusuzun biridig Yağışlı, romantik gecədə təsadüfən qapısını döyüb pənah gətirən gənc, gözəl qadının da taleyin bir qisməti olduğunu anlamaq durumunda deyil. Çox çəkmir ki, laqeydliyi, kobud rəftarıynan artıq ona vurulmuş qadını bezdirir. O da günlərin birində çamadanını götürüb səssizcə gəldiyi kimi, səssizcə də çıxıb gedir. Filmin ən maraqlı yeri də elə onun gedişindən sonrakı epizoddu. Ev sahibi bir də görür ki, uzun illərdən bəri onun yanında qulluqçuluq edən mehriban, qayğıkeş zənci qadın da şeylərini yığışdırıb getməyə hazırlaşır. Səbəbini soruşanda bu həlim təbiətli qadın daha dözmür, öz ağasına, sözün əsl mənasında dişinin dibindən çıxanı deyir. Onun qabalığını, duyğusuzluğunu bəlkə ilk dəfə üzünə vurur. ?z ayağıyla gəlib qapısından girən gözəlin qədrini bilməməkdə, əsl məhəbbəti duymamaqda qınayır. Mən daha bu evdə yaşamaq istəmirəm, deyir, istəyirəm sevgiynən dolu bir ailədə yaşayım, böyür-başımda şən, hay-küylü çoxlu uşaqlar fırlansın.
   
   Gözəl düşüncədi, elə deyilmi?!
   
   Haqlı olaraq irad tuta bilərsiniz ki, özüm vaxtilə çoxuşaqlı ailələrin sayı ilə seçilən bir ölkənin vətəndaşı ola-ola misal çəkəndə niyə uzaq İtaliyaya üz tuturam?! Mənim də özümü haqlı saymağa tutarlı dəlillərim varg
   
   ?zümüzdən misal çəksəydim, gərək Söylüdən ( " Bəxt üzüyü") başlayaydım. O da çoxuşaqlı anadı. Ancaq bu qadını hər şey maraqlandırır, bircə öz tifillərindən başqa. Film boyu tamaşaçı görmür ki, bu altı-yeddi oğlan uşağı nə yeyir, nə içir, harda yatıb-durur. Məktəb yaşında olsalar da, kitab-dəftər üzü açmırlar. Söylü sanki bu qədər uşağı ona görə doğub ki, kəndlərində arvadı ildə doğmayan kişiyə camaat bir təhər baxır. O da öz ibtidai düşüncəsiynən yaşayaraq ildə birini doğur, oğlanlarının maykasını ağ yuyub qara sərməklə öz işini bitmiş bilir. İşi-peşəsi ömründə fərli-başlı bir qafiyə düzüb-qoşmayan ərinin şairliyiynən fəxr eləməkdi. Onun vecsiz qələmini çörək ağacı bilir, boş-boş xəyallarnan ömrünü keçirir. Atanın da dərdi-səri odur ki, nə vaxtsa heyvərə bir poema yazacaq, o poemanın qonorarına ailəsini bir tərəfə çıxaracaq. Hər addımını, hər hərəkətini ölçüb-biçir, suyu da üfürə-üfürə içir ki, başqa cür eləsə, " xalq öz şairinə heykəlmi qoyar?!"
   
   Hər iki obraz kifayət qədər səmimi olsa da, düşüncələri, həyata baxışları, hətta geyimləri belə adamda qüssə doğurur. İnana bilmirsən ki, ən ucqar kəndlərimizdə belə bəsit maraqlarla yaşayan ailələr var. Aşırı dərəcədə təbiilik, səmimilik çox zaman insanın özünə qarşı çevrilir, onu gülünc vəziyyətlərə salır. Bir də istəmirsən ki, Azərbaycan qadını, çoxuşaqlı analarımız özümüzə və dünyaya bu şəkildə təqdim olunsun. Deyəcəksiniz, bu komediyadı, axı. Olsun! Elə yazının əvvəlində misal çəkdiyim film də komediyadıg
   
   Deyəsən, mövzudan yavaş -yavaş uzaqlaşıram. Ta qədimdən bu məmləkətdə çoxuşaqlı kişilər vüqarla gəziblər, ağır külfət başçısı, qayğı yükü çəkən birisi kimi hər yerdə hörmətlə qarşılanıblar. Elə çoxuşaqlı analar da əziz tutulublar. Ağıllı adamlar hər körpənin dünyaya gəlişini Tanrının öz bəndəsinə mərhəməti, ən şirin payı sayıblar. Qız ya oğlan olsun, fərqi yoxdu, dünyaya gələni şükranlıqla qarşılayıblar. Kişilər şadlıqdan havaya atəş açıb, qadınlar bir-birinə gözaydınlığı verib, müştuluq istəyiblər. Varlının da, kasıbın da evində körpə qığıltısı, körpə nəfəsi hər şeydən şirin bilinib. " Uşaq doğulanda, Tanrı onun ruzisini də özüynən göndərir" ümidiynən təsəlli tapıblar.. Ancaq ağlı gödək, düşüncəsi dar olanlar hər işləri kimi, bu həyati məsələdə də axmaq maraqlarıynan ürək bulandırıblar. Xüsusən, bir ailədə qız uşağı çox doğulanda ata başda olmaqla bütün qohum-qardaş yasa batıb, ölümdən qurtaran ananın ağrılarını bir az da artırıblar. " ?lüm" sözünü təsadüfən işlətmədim. İnanca görə, qadın ağrı çəkəndə yeddi qəbir ağuşunu açıb ona " gəl-gəl" deyir və bu qəbirlərin ağzı düz qırx gün açıq qalır. Yəqin ki, bu inanc zamanın sınaqlarından çıxıb-qadının həyatı qırx gün təhlükədə olur və bu deyilənlərdən də məqsəd qadını qorumaq, onunla nəvazişli olmaqdan ibarətdi. Ananın ən həssas, kövrək çağında onunla əsassız, koğud rəftar ən azından qeyri-normallıq, Tanrıya qarşı çıxmaqdıgTələbəlikdə qonşumuzdakı kirəkeş oğlan ikinci qızı dünyaya gələn günün axşamı evə gəlmədi. Onun bu hərəkətinin gənc ananı necə ağrıtdığının şahidiyəmg
   
   Kəndimizdəki o kişinin isə ali təhsili yox idi, heç bu cavan oğlan qədər məlumatlı da deyildi. Ancaq ürəyi ata məhəbbətiynən, şəfqətiynən doluydu. Gözlədikləri körpənin hər dəfə qız doğulmasını açıq ürəklə qarşılayırdı. ?vladları dünyaya gəlməmiş adlarını qoyardı, " bilirdim qızım olacaq" deyirdi. Həm də qızlarına Bəsti, Kifayət, Qızyetər yox, gül-çiçək adları, şadlıq, bəxtəvərlik bildirən adlar seçərdi. Hər dəfə də qurban kəsərdig
   
   Müqayisəni özünüz edin...
   
    Türk ellərində qız uşağı həmişə belə əziz tutulub. Nahaq yerə demirlər ki, " qız evi, naz evi"g Doğrudan da, qızların çoxluq təşkil elədiyi ailələrdə mehribanlıq, nəvaziş daha artıq olur. Ev-eşik də sanki üzə gülür, həyət-baca , bağ-bağça təmiz, ətirli, bar-bəhərli görünür. Qızlar ata-anaya daha çox qayğı göstərir, ailəni ilıq bir şəfqətlə doldururlar.
   
   Amma mən, ümumiyyətlə, çoxuşaqlı ailələrdən, getdikcə azalan, nənələrin, babaların xiffətini elədikləri, o qulluqçu qadın kimi, böyür-başlarında görmək istədikləri çoxlu uşaqlardan danışmaq istəyirdim. Kədərləndirici haldı ki, indikilər artıq bunu istəmirlər. Nəyimə lazımdı, deyirlər, saxlamaq da olmur, çoxun çox dərdi var, azın azg ?z həyatımdan bilirəm ki, bu belə deyil. Azın dərdi çoxun dərdindən çoxdug
   
   Hərdən tərəddüddə qalıram: Bəlkə indikilər haqlıdılar?! Beş-altı uşağı bir yorğanın altında yatırmağın zəmanəsi çoxdan keçib. İndi hər uşağın ayrıca otağı olmalıdı ki, oyuncaqlarını, zamanı gəldikcə kitab-dəftərlərini, kompüterini, idman alətlərini yığa bilsin. Bir vaxt belə də deyirdilər: " Qoyun, çoxlu uşaqlarınız olsun. Bir-birlərinin köhnəsini geyə-geyə böyüyəcəklər". Bir-birinin paltarını geyə-geyə birtəhər böyümək olar, ancaq bir-birinin tikəsini yeyə-yeyə böyümək olmur, axıg
   
   İş otağımın pəncərəsi mədəniyyət sarayına açılır. Sarayda fəaliyyət göstərən dərnəklərdə hər gün onlarla qız məşğələ keçir. Aralarında tələbə də olur, məktəbli də, evdə oturan da. Keçmiş vətənimizin təzə dağılan çağlarında bir gün məşğələdən çıxan qızların arasından birinin bərkdən " ay qızlar, baxın, Sevil dərsə qaloşnan gəlib" deməsi hələ də qulağımdadı. O səfeh qızın sözləri mənim yadımdan çıxmırsa, bəs , Sevil necə, unuda bilirmi o yaralayıcı abırsızlığı?! Bir tənəli söz ömürlük çapığa çevrilir insan qəlbində. Bir gün ac qalmaq ondan da qat-qat betər xəyallara salır adamıg
   
   Bilmirəm, nə deyim. Amma o filmdəki qulluqçu qadının sözləri adamın qəlbində elə işıqlı , cazibədar ümidlər yaradır ki...
   
   

TƏQVİM / ARXİV