adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

ONUN ÖLüMü DƏ HƏYATI KiMi SiRLi OLDU

20137 | 2009-07-04 00:47
(əvvəli ötən sayımızda )
   
   
   
    Beləliklə, 1936-cı il iyunun 18-i saat 11.10-da Maksim Qorki vəfat etdi. Saat 12.30 - da artıq ölümün səbəbi haqda tibbi arayış hazır idi. Mötəbər həkimlərin ümumi rəyinə görə Aleksey Maksimoviç ürək və nəfəs sisteminin iflici nəticəsində vəfat etmişdi. Sənədi Rusiya Federasiyasının Səhiyyə Xalq komissarı Q. Kaminski, Kremlin MüalicəSanitar xidmət rəisi I. Xodorovski, əməkdar elm xadimi, professor G. Lanq, əməkdar elm xadimi, professor D.Pletnyov, əməkdar elm xadimi, professor M.Konçalovski, tibb elmləri doktoru, L.Levin və əməkdar elm xadimi A.Speranski imzalamışdı.
   
   Mənim fikrimcə, indinin özündə belə çoxuna məlum deyil ki, 1936cı il iyun ayının 18də vəfat edən Aleksey Maksimoviç Peşkovu torpağa tapşırmayıblar. Mərhumun cəsədini yandırıb, nəşini Kremlin qala divarlarındakı xüsusi hücrədə yerləşdirib, üzərini mərmər lövhə ilə örtüblər. Külə dönməzdən öncə beynini çıxarıb məxfi laboratoriyaya göndəriblər. Bu laboratoriyanın da maraqlı yaranma tarixi var. Vladimir İliç Lenin vəfat edəndə Siyasi Büro qərara gəlir ki, rəhbərin beyin quruluşu, hüceyrələrin qabiliyyəti hərtərəfli surətdə öyrənilsin. Bu məqsədlə Almaniyadan professor Oskar Foqt Moskvaya dəvət edilir. Professorun rəhbərliyi ilə qısa müddətdə bolşeviklərin paytaxtında elmi laboratoriya açılır. ?ç il sonra həmin bazada elmitədqiqat institutu yaradılır. 1937ci ilə kimi institut alman mütəxəssisin rəhbərliyi ilə iradə olunurdu. Müəssi sədə çalışan alimlərin əsas vəzifəsi dünyasını dəyişən müstəsna insanların beyin quruluşunun xüsusiyyətlərini, daxili imkanları və digər özəlliklərini öyrənməkdən ibarət idi. Elmi axtarışların nəticələri məxfi saxlanıldığından təhlillər və tapıntılar barədə geniş məlumat açıqlanmazdı. Görkəmli partiya və dövlət xadimlərindən Sergey Kirovun, Anatoli Lunaçarskinin, Valerian Kuybışevin, Nadejda Krupskayanın, Mixail Kalininin, kosmik fəzanın öyrənilməsinin elmi əsasını qoyan Konstantin Sialkovskinin, seleksiyaçı alim İvan Miçurinin, şair Vladimir Mayakovskinin, Nobel mükafatı laureatları akademik İvan Pavlovun, Lev Landau və Andrey Saxarovun beyinləri institutun kolleksiyasına daxildir. Vladimir İliç Leninlə yanaşı İosif Vissarionoviç Stalinin də ən böyük sərvəti olan beyin hüceyrələri institutun saxlancına əmanətdir.
   
   
   
   ***
   
   
   
   Mərhumla vida mərasimi 1936cı il iyun ayının 20də Moskvanın İttifaqlar evinin Sütunla zalında keçirildi. Salon xüsusi matəm libası geymişdi. Giriş qapısının önündə yazıçı ilə vidalaşmağa on minlərlə insan yığışmışdı. Hamı onu son dəfə yaxından görməyə can atırdı. Dəfnin təşkili üzrə hökumət komissiyasının tərkibinə Moskva şəhər sovetinin sədri Nikolay Bulqanın, Moskva şəhər partiya komitəsi katibi Nikita Xruşşov, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin katibi İosif Unşlixt, Rusiyanın Səhiyyə xalq komissarı Qriqoru Kaminski, Kremlin MüalicəSanitar iradəsinin rəisi İosif Xodorovski, yazıçılardan Aleksey Tolstoy, Vsevolod İvanov, Vladimir Stavski ( yaxın gələcəkdə Qorkini Yazıçılar İttifaqının sədri vəzifəsində o, əvəz edəcəkdi E.B.), köməkçi Pyotr Kryuçkov və ?K(b)P MKnın təbliğat şöbəsinin müdiri Aleksandr Stetski ( bir müddət sonra o da "xalq düşməni" kimi ifşa edilərək güllələnəcəkdi E.B.) daxil idi.
   
   Qızıl meydanı bürüyən izdiham gözləniləndən də əzəmətli alınmışdı. Sağlığında azadlıq rəmzinə çevrilən yazıçının vəfatı milyonlarla oxucunu məyus etmişdi. Çoxmillətli sovet xalqı qıssa müddətdə onun əsərləri ilə ana dilində tanış olma imkanı qazanmışdı. Ədibin şəxsiyyəti və yaradıcılığı dövlət səviyyəsində sistemli şəkildə təbliğ olduğundan Maksim Qorki adı yazıpozu bacarmayan vətəndaşlara da doğma idi. Bu ad eyni zamanda öz tutumu və çəkisi ilə fərqlənən bir anlayış kimi də uzun illər sovetlərin səfərbəredici ideoloji mübarizəsində əvəzsiz rol oynayacaqdı. Stalin, eləcə də digər partiyadövlət rəhbərləri bu kədəri xalqla birgə paylaşırdı.Çıxış edənlər arasında Vyaçeslav Molotov, Vladimir NemeroviçDançenko, Aleksey Tolstoy da var idi. Beynəlxalq ictimaiyyət adından danışmaq üçün söz yazıçı Andre Jidə verildi. Əslində o, Aleksey Maksimovişlə şəxsən görüşmək üçün Moskvaya gəlmişdi. Təəssüf ki, görüş baş tutmadı. Fransalı qonağa onunla Qızıl meydanda vidalaşmaq, ürək sözlərini demək nəsib oldu. Şahidlər söyləyir ki, dəfn mərasimində toplardan salamyaylım atəşi açılıb. Nəfəsli orkestrin ifasında dünya zəhmətkeşlərinin himni olan " İnternasional " səslənib. Vida mərasiminin işıqlandırılmasına ölkənin irilixırdalı bütün kütləvi informasiya vasitələri geniş yer ayırmışdı.
   
   
   
   ***
   
   
   
   Maksim Qorkinin vəfatından 75 il ötür. Bu zaman kəsiyində də yazıçının ölümünün gerçək səbəbi və səbəbkarı naməlum qaldı. Çünki o dövrün hadisələri ilə bağlı açılmayan, yaxud açıqlanmayan məsələlər çoxdur. Bir ara hətta möhkəm sözsöhbət gəzirdi ki, ölüm yatağında ikən yastığı başında daim keşik çəkən keçmiş məşuqəsi Mariya Budberqin əliylə onu zəhərləyiblər. 1933cü ildə İtaliyadan Qorkini biryolluq Rusiyaya gətirən yollar, Mariya Budberqi də başqa istiqamətdə həmişəlik İngiltərəyə aparmışdı. Amma bir tədqiqatçının araşdırmalarına görə, Mariya son üç ildə (193336cı illər nəzərdə tutulurE.B.) ən azı 6 dəfə dumanlı Londonu tərk edib, xeyli sərhədlər keçib, SSRİyə gəlmişdi. Maraqlıdır ki, bu səfərlərin heç birinin təşəbbüskarı Aleksey Maksimoviç olmayıb. Deyən o da yavaşyavaş "dəmir ledi"nin varlığının gerçək mahiyyətini anlamağa başlamışdı. Vaxtilə Qorkinin mənliyinə, qüruruna vurulan zərbə, əslində nə Herbet Uelsə, nə Mariyaya bağışlanası deyildi. Xəyanətin acısı və uzun sürən ayrılıq bir zamanlar gur yanan məhəbbət tonqalının közünə elə su səpələmişdi ki, onun yenidən alışacağı ağlasığan deyildi. Bəs eləysə, baronessanı 1936cı ilin ortalarında oraqçəkicli Moskvaya çəkib gətirən nə və ya kim idi? Sonralar Qorkinin ölümü sifarişli qətl kimi bir qrup tanınmış həkimin ayağına yazıldı. Belə çıxdı ki, müalicə xeyli müddət məqsədyönlü şəkildə yanlış istiqamətdə aparıldığından ölümlə nəticələnmişdi. Gün gəldi, yazıçının "sadiq" köməkçisi Pyotr, NKVD rəhbəri Yaqoda da Maksim Qorki və oğlunun məhvində müqəssir bilinərək cəzalandı. Bu işlərin təşkilində şübhə ləkəsimi deyək, kölgəsimi, hətta Stalindən də yan ötmədi. Axı,1937ci ilin qanlı hadisələri ərəfəsində daxilən tərəddüd və qeyrimüəyyənlik içində olan Qorki ziyalıların kütləvi həbsini görüb etiraz səsini ucaltsaydı, ölkə daxilindəki ictimaisiyasi həyatda, eləcə də beynalxalq aləmdə ona arzuolunmaz problemlər yarada bilərdi. Bundan sonra onun fiziki varlığındansa, rəmzi məna daşıması daha faydalı görünürdü. İllər uzunu bu müəmmalı ölümlə bağlı şübhəlilər, tutulanlar, cəzalananlar, qətlə yetirilənlər olsa da, indiyə kimi iman bir yerə gedir, güman başqa səmtə üz tutur. Qorkinin şəxsiyyəti və yaradıcılıq fəaliyyəti haqqında tədqiqat əsərləri də çoxdur. Amma, tərcümeyihalı ilə bağlı qaranlıq qalan məqamlar qalmaqdadır. Bəzi arxiv sənədləri vaxtilə məhv edilmiş, bəziləri hələ də ictimaiyyətə təqdim olunmayıb.
   
   
   
   ***
   
   
   
   O günlərdən nişanə kimi əlimizdə bir kitab var ölüm yatağında təkrartəkrar vərəqlədiyi akademik Tarlenin " Napoleon " əsəri. Səhifələrin bəyaz kənarlarında Aleksey Maksimoviç öz əliylə bəzi qeydlər aparıb. Görünür ruhunun cismindən ayrılacağı anın yaxınlaşdığını hiss edəndə ağlına gələnləri, ürəyindən keçənləri qələmə almağa çalışıb. Bəzi qeydləri gözdən keçirək:
   
   "Əşyalar ağırlaşır: kitablar, qələmlər, stəkan və hər nə varsa, elə bil gözümdə kiçilir."
   
   " ...Gecənin sonu görünmür, mən oxuya da bilmirəm."
   
   "...Qələmi yonmaq üçün bıçaq istədim, gətirməyi unutdular."
   
   " Cəmi iki saata yaxın yata bildim. Hava artıq işıqlanır."
   
   " Deyəsən, halım yaxşılaşır."
   
   " Çox mürəkkəb hissdir. İki proses birbirinə qovuşur: elə bil hüceyrələrim yanıb kül olur və bütün fikrim, düşüncəm bozarır. Bir yandan da danışmağa ehtiyacım artır, amma hiss edirəm ki, dilimdən çıxan sözlər, ifadələr məna daşısa da, cümlələr arasında getgedə rabitə itir.
   
   "Deyirlər sətəlcəm olmuşam. Başa düşürəm ki, bu dəfə ola bilər vəziyyətdən sağ çıxmayım."
   
   "Nə oxuya, nə yaza bilirəm"...
   
   
   
   Qorkinin sonuncu qeydi başqa xətlə yazılıb, görünür, onu yanında əyləşənlərdən birinə diktə edib: "Romanın sonu qəhrəmanın sonu müəllifin sonu "...
   
   Sanki həssas və duyğusal ədib özgə kitabının səhifələrində ömür kitabının son sətirlərini yazıb, öz yaradıcılığına son nöqtəni də özü qoyub. Son sözlər, həqiqətən son söz kimi səslənir. Gəlin təkrar nəzər salaq: "Romanın sonu "... Bəli, onun həyat romanı da bütün əsərlər kimi başa çatırdı. Bu fikir doğrudur. "Qəhrəmanın sonu"... Bəli, baş qəhrəman Alekseyin ömür payı həmin günlərdə bitəcəkdi. "Müəllifin sonu "... İyunun 18-də qırmızı pasportlu bir Allah bəndəsi üçün son zəng çalınacaqdı. Amma Qorkinin son qənaəti ilə əsla razılaşmaq olmaz. Sənətkar taleyi "sətəlcəm", yaxud "ürək çatışmazlığı " kimi diaqnozların nə olduğunu bilməz. ?mür də zaman kimi, zaman da çaylar kimi durmadan axıb gedir. Kim onunla ayaqlaşa bilmirsə, yalqız qalır. Tək qalan, nə qədər güclü olsa da, yalqız olduğu üçün zəifdir. Qorki də elə bu cür düşünürdü. ?mür boyu onun çevrəsi geniş, mənzili qonaq-qaralı, süfrəsi açıq olub. Gəncliyindən atdığı hər addım əvvəl-axır önə çıxmaq, üzdə olmaq arzusundan, öndəkilərdən geri qalmamaq istəyindən irəli gəlib. Kim deyir ki, xoş niyyətli addımlar adamı həmişə irəli aparar? İstiqamətin və sürətin düz müəyyən edilməsə, atılan addım üz tutduğun ünvandan səni uzaqlaşdırar, bəzən nüfuzuna, bəzən həyatına təhlükə yaradar, ixtiyar sahiblərinin gözündən salar. Amma bunlar şar kimi üfürülənləri qorxudar, şir kimi qüdrətli şəxsiyyətləri kimlərinsə gözündə kiçilmək ruhdan salmaz. "Həyatın dibi"ndən çıxıb sənətin üfüqlərində pərvazlanan, əsərlərində vəsf etdiyi Şahin, Fırtına quşu kimi qəhrəmanları ilə çoxlarını çürüyən cəmiyyətlərdə inqilabı dəyişikliklərin labüdlüyünə ümidləndirən, azad, demokratik cəmiyyətin varlığına, istiqbalın qüdrətinə, haqqın, ədalətin zəfər çalacağına inandıran Qorki kimi böyük yazıçı kimin kim olduğunu, nəyin nə olduğunu, dünyanın da daim fırlandığını və ən azından buna görə heç kimin müvəqqəti zəbt etdiyi zirvədə, oturduğu kürsüdə, tutduğu vəzifədə əbədi qalmayacağını, hər qaranlıq gecənin bir səhəri olduğu kimi, hər sabahın da bir axşamı, hər yolun da bir sonu, hər sonun da yeni başlanğıc nöqtəsi olduğunu gözəl bilirdi. Maksim Qorkinin ölüm səbəbini açıqlayan müxtəlif həkim arayışları, məhkəmə qərarları bəlkə nə vaxtsa yenidən araşdırma predmetinə dönəcək, məchul mətləblər açılıb üzə çıxacaq. Mənə dəqiq məlum və əhəmiyyətli olan yalnız bircə şey var, ölüm nə vaxt, hansı səbəbdən gəlirsə-gəlsin, fərq etməz, o sənətkar ömrünə son qoymaqda acizdir! Ona görə ki, Böyük Yaradan istedad, zəhmət işığında ürəyinin qanıyla yazıb-yaradanlara əsərlərinin ömrü qədər həyat bəxş edir.
   
   Qorkinin ömür çırağı sönən günlərdə bağ evində baş verənlərin canlı şahidləri vardı. Onların arasında vaxtilə gördüklərini, eşitdiklərini, bildiklərini qələmə alanlar da tapılıb. Hadisədən dərhal sonra, müşahidələrini yazılı olaraq ifadə edən ilk müəllif Pyotr Kryuçkovdur. Yekaterina Pavlovna Peşkova xatirələrini nədənsə bir qədər gec, daha dəqiq desəm, 1939-cu ilin fevral ayının 16-da Vera Kolberqin köməyi ilə sənədləşdirdi. Ailəyə məhrəm olan şəfqət bacısı Lipa Çertkova isə 1945-ci ildə ürəyini Aleksandr Tixonova boşaltdı. Bu yazıları qarşılıqlı müqayisə edəndə eyni epizodların təsvirində müəyyən qeyri-dəqiqlik, fərqli məqamlar nəzərə çarpsa da, qorkişünaslar üçün ilkin mənbə kimi son dərəcə əhəmiyyətlidir. Bağ evində baş verənləri təhlil edən professor Lidiya Spiridonova belə nəticəyə gəlir ki, xəstəliyin gedişini sadəcə həkimlər nəzarətdə saxlamırdı, bu proseslər kənardan idarə olunurdu. Ən başlıcası da, deyəsən, bir qrup adam var idi ki, son xəstələnmənin ölümlə nəticələnəcəyinə əvvəlcədən əmin idi. Demək, Qorkinin axirət səfərindən öncə başına gələn olaylar hansısa naməlum "baş həkim"in məharətlə hazırlanmış "müalicəprofilaktika" tədbirləri planı əsasında həyata keçirilirdi.
   
   (ardı var)

TƏQVİM / ARXİV