adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
11 Fevral 2015 14:24
201024
MODA
A- A+

Gözəlliyinə görə işsiz qalmış model

Adətən, gözəl qızların həyatda, xüsusən də karyerada bəxtləri gətirdiyini deyirlər. Amma istisnalar da az olmur. Bəzi qadınlar sırf gözəl olduqları üçün çətinlik çəkirlər. Məşhur "Victoria’s Secret” modellərindən olan holland əsilli Doutzen Kroes tanınmazdan öncə gözəlliyi başına bəla olub. Adalet.az xarici mətbuata istinadən bildirir ki, hazırda 30 yaşlı, iki uşaq anası olan model məşhurluqdan əvvəl uzun müddət işsiz olubmuş. Hansı ciddi idarəyə gedirmişsə "Siz həddindən artıq gözəlsiniz. Sizi işə götürməklə şirkətin fəaliyyətinə zərər vurmuş olarıq” – deyiblər. Əlbəttə ki, onları da qınamalı deyil. Təsəvvür edin, ofisdə qüsursuz bir sarışın gözəl o tərəf – bu tərəfə gedir. O zaman hansı kişi soyuqqanlılıqla başını aşağı salıb işi ilə məşğul olar.

"Bu çox gülməli, həm incidən idi. Adama gözəlliyinə görə iş verməsinlər. Kimə deyirdimsə, məəttəl qalırdılar. Halbuki mənim yerimdə olmaq üçün bütün karyerasını qurban verməyə hazır olan qadınlar var”, - deyə Kroes vurğulayıb.

Supermarketlərdə, aşağı səviyyəli restoranlarda işləyən gözəl qız, məcbur qalıb vətənini tərk edib. ABŞ-a, Nyu-Yorka gələn Kroes, maraqlıdır ki, burda da eyni arqumentlə ciddi idarələrə yaxın buraxılmayıb. Sonra tanışlarının məsləhəti ilə model agentliklərinə gələrək, bugünkü həyatının "təməlini atıb”