adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

"İLHAM ƏLİYEV VƏ DÜNYA SİYASƏTİ"

FƏRİDƏ RƏHİMLİ
20905 | 2015-02-11 01:29


Son vaxtlar çap olunan kitablar arasında Azərbaycan prezidenti İlham Əliyev cənablarına, onun iqtisadi və siyasi kursuna, eləcə də bugünkü iqtidarımıza aid kifayət qədər samballı, diqqətçəkən və həm də oxunaqlı nəşr nümunələri var. Doğrudur, etiraf etməliyik ki, bəzən hansısa maraqlara istinad edən müəlliflər bir növü sadəcə olaraq kitab xatirinə oxucuya kitab təqdim edirlər. Amma həqiqətən də elə kitablar var ki, onları oxumaq, onlarla tanış olmaq həm əlavə bilgilər verir, həm də barəsində yazılan insanın bilmədiyimiz məqamlarından, cizgilərindən xəbərdar oluruq.
Bu mənada bugünlərdə redaksiyamıza təqdim olunmuş "İlham Əliyev və dünya siyasəti kitabı" diqqəti çəkir. Kifayət qədər samballı bir nəşr nümunəsi olan bu kitabda həm oxucu yaddaşına işıq salan maraqlı fotogörüntülər, əm də ölkə rəhbərinin məmləkətimizdə və dünya çapında gördüyü işlər təkcə xronoloji ardıcıllıqla yox, həm də həmin işlərin məzmunu və mahiyyəti baxımından da kifayət qədər məntiqli şəkildə oxucuya təqdim edilibdi. Xatırlatmaq yerinə düşər ki, kitabın müəllifi əyalətdə, daha doğrusu, Azərbaycanın böyük şəhərlərindən biri olan Gəncədə yaşayıb fəaliyyət göstərir və o, bu şəhərdə yaxın YAP-ın ilk yaradıcılarından biridir. Həm də o, YAP-ın ilk qurultayında Gəncə YAP-çılarını təmsil etməklə yanaşı, burada fəalityyət göstərən Azərbaycan Dövlət Aqrar Universitetinin baş müəllimidi.
Gəncədə hamının yaxşı tanıdığı Nəbi Yusifov bundan öncə "Dünyanın ən ideal tarixi şəxsiyyəti" kitabı ilə oxucuların görüşünə gəlmişdi. Onun növbəti kitabında da məhz həmin prinsiplərə sadiq qalaraq ölkə rəhbərinin prezidentliyi dövründə həm Azərbaycanda, eləcə də məhz Gəncə şəhərində həyata keçirdiyi işlərdən, gerçəkləşdirdiyi arzulardan söhbət açılır. Özü də müəllif bu əsərini araya-ərsəyə gətirəndə ölkənin nüfuzlu qəzetlərində çap etdirdiyi bir-birindən maraqlı məqalələrdə də bir növü bir ana xətt üzərində sərgiləyib. Yəni həmin yazılarda müəllif Azərbaycan prezidentinə, onun fəaliyyətinə, iqtidarda olan partiyanın nüfuzuna, qazandığı ictimai dəstəyə, bir sözlə, bugünkü Azərbaycan gerçəkliyinə bir qələm adamı kimi öz səmimi münasibətini əks etdiribdi. Onu da vurğulamaq yerinə düşər ki, kitabda Azərbaycan prezidentinə ünvanlanmış təbrik məktubları və teleqramları da toplanıbdı. Bütün bunlar Nəbi Yusifovun yaradıcılıq laboratoriyasının bir növü Azərbaycanla, onun bugünkü gerçək həyatı ilə nə qədər sıx bağlı olduğunu göstərir. Görünür məhz bu keyfiyyətləri nəzərə alan ADAU-nun rektoru, profesor AMEA-nın müxbir üzvü İbrahim Cəfərov və millət vəkili Mahir Aslanov bu kitaba maliyyə dəstəyi göstərmiş və onun nəfis şəkildə çapına yardım etmişlər. Kitabın redaktoru Aydın Murovdağlı ön sözdə qeyd etdiyi kimi, bu kitab müəllifin dövlətçiliyimizə, müstəqilliyimizə və Azərbaycan prezidentinə böyük məhəbbətinin bəhrəsidi. Düşünürəm ki, Nəbi müəllimin bundan sonrakı fəaliyyətində də prinsiplərə sadiqliyi həmişə əsas məqsəd olacaqdı. Ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

TƏQVİM / ARXİV