adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
10 Fevral 2015 17:45
28818
AVTOMABİL
A- A+

Azərbaycan yığılan traktorlar xarici bazarlara çıxarılır - Foto

"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi (İB) və Minsk Traktor Zavodunun bazasında yaradılan "MTZ-Holdinq” bu gün Bakıda tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsinə və üçüncü ölkələrin bazarlarına çıxmağa imkan verən 3 sənəd imzalayıblar.

Adalet.az-ın məlumatına görə, tərəflər 2015-ci il üzrə müqavilə, uzunmüddətli tərəfdaşlıq haqqında strateji saziş və qarşılıqlı əməkdaşlıq haqqında 3 illik müqavilə imzalayıblar.

Sənədləri "Gəncə Avtomobil Zavodu" İB-nin direktoru Kamran Nəzərov və "MTZ-Holdinq”in baş direktoru Fyodor Domotenko imzalayıblar.

Sənədlərin imzalanması mərasimi Belarusun Azərbaycandakı səfirliyində keçirilib.

Mərasimdə Belarus səfiri Nikolay Patskeviç bildirib ki, Azərbaycan və Belarusun maşınqayırma müəssisələri arasında əlaqələrin inkişafı ölkələr arasındakı münasibətlərin strateji xarakter daşıdığına sübutdur.

Gəncə Avtomobil Zavodunun Müşahidə Şurasının sədri Xanlar Fətiyevin sözlərinə görə, ən başlıcası, müəssisələr arasında strateji sazişlərin imzalanması "MTZ-Holdinq”in Gəncə Avtomobil Zavodunda yığılan məhsullarının üçüncü ölkələrin bazarlarına çıxışını təmin etməsidir.

F.Domotenkonun sözlərinə görə, müəssisələr arasında yeni sənədlərin imzalanması çox simvolikdir, çünki bu il Azərbaycanda "Kənd təsərrüfatı ili" elan edilib ki, bu da ərzaq təhlükəsizliyinin təminatı baxımından çox vacibdir.

Gəncə Avtomobil Zavodu ilə "MTZ-Holdinq” arasında imzalanan sənədlər tədarük olunan məhsulların çeşidini və həcmini artıracaq.