adalet.az header logo
  • Bakı 20°C

“Övladlarınıza gözəl adlar qoyun”

ŞƏFİQƏ ŞƏFA
37810 | 2015-02-10 14:48

"Övladlarınızagözəl adlar qoyun” deyə İslam dinində təbliğ olunur. Qərb bu dəfə də İslam Peyğəmbərininəsrlər öncəki tövsiyəsinə dolayı yolla da olsa əməl edib. Qərblilər, əlbəttə, bunuelmlə əlaqələndirirlər, əslində elə müqəddəs Qurani-Kərimdə də bütün elmlərinaçarını tapmaq mümkündür. Bunu da bilirlər və günün birində İslamın qan vəqılıncdan deyil, elm və təhsildən ibarət olduğunu da etiraf edəcəklər.

Sualyarana bilər ki, heç adların da elmi olarmı? Olarmış! Hər halda qərbpsixoloqları bu sahə üzərində baş sındırırlar. Hesab edirlər ki, doğulacaq insanın xarakterivə gələcək psixikası üçün adların əhəmiyyəti çox böyükdür. Hətta bu sahə üzrəayrıca "ad həkimləri” də fəaliyyət göstərir. Bildirilir ki, övlad gözləyəncütlüklər, eləcə də adını dəyişdirmək istəyən şəxslər bu həkimə müraciət edirlər.Ad həkimləri valideynlərin keçmiş və indiki həyatlarındakı neqativ və pozitiv məqamlarıincələyir, ailə "portreti”nə uyğun ad seçirlər. Çünki qoyulan ad insanın həyatına,səhhətinə, sevgi münasibətlərinə, hətta iş karyerasına da siraət edir. Bu, həriki mənada işləkdir, yəni mənasında müsbət-mənfi çalarlar daşıyan ad insanınpsixikasına nüfuz edir. Həmçinin, adın gözəl və ya pis olması (heç mənaları bilinmədən)insanların cəmiyyətdə, işdə, özəl həyatında davranışına, bir şəxsiyyət kimi formalaşmasına da təsir edir. Üstəlik bu faiz də "ağırçəkili”dir. Ad insan psixologiyasında 60 faiz, soyad 40 faiz, təxəllüs və yanik-name isə 10 faiz təsirə malikdir. Ona görə də qərb psixoloqları elədinimizdəki çağırış kimi bəyan edirlər ki, "övladlarınıza gözəl adlar qoyun. Həttaöz adınız da pisdirsə, ziyanın yarısından qayıtmaq da kardır, yeni gözəl adlar,ən azından təxəllüslər seçin”.

Psixoloqlarbunu fiziki qanunlarla əlaqələndirirlər. Fiziki qanunlara görə, hər şey davamlıtitrəyişlərdən ibarətdir. Hərflər də səslənərkən insan orqanizmində əvvəlcə səstelləri titrəyir, sonra titrəyişlər nəfəs yolları, oradan da digər toxumalara vəqana keçir. Müsbət titrəyişlər yaradan hərflər bir adda cəmlənibsə, o, insanınsəhhətinə yaxşı təsir edir. Mənfilər isə insan səhhətinə ziyan vurur, həmdəhiyləgərcəsinə: təsricən toplanıb sahibini böyrü üstə yerə yıxır. Məsələn: "e”hərfinin çoxluğu nəfəs yollarının daralmasına səbəb olur ki, nəticədə nəfəsborusunda və ağciyərdə tədricən problemlər yaranır. Adında "a” hərfi çox olanlaryandılar! Bu hərfin çoxluğu qan hüceyrələrinə mənfi təsir edir. Ona görə də adhəkimləri bəzi insanlara adlarının sonradan dəyişməyi də tövsiyə edirlər. Adındaxoşagəlməz titrəyişlər olan adamlar özündən çox yaxın adamlarına ziyanlıdır,çünki onların adlarını daha çox ətrafındakı adamlar çəkirlər. Yeri gəlmişkən, ənideal adların tərkibindəki mənfi titrəyişlər belə mövcud ola bilər.

Qeydetdiyimiz kimi, adların təkcə sağlamlıq deyil, digər sahələrdə də təsiri var. Məsələn: karyera düşünən insanlar, bir baxın görün adlarınızda bu hərflər varmı? "S” hərfininolduğu adlar – memarlıq, mühəndislik sahəsində uğur qazanırlar. "N” – yazıçı,jurnalist, "M” və "L” – maliyyə, iqtisadiyyat, marketinq, ticarət, "C” və "Ş” –incəsənət, yaradıcılıq və s. Ən bəxti gətirənlər "P” hərfli adlardır – bütün peşəsahələrində uğurlu olurlar. Üstəlik, bu sadalanan hərflər adın başında gəlirsə,sahiblərini daha böyük uğurlar gözləyir.         

Bildiyimiz kimi taleyi ağır olmuş, faciəvi həyat yaşayan insanların da adlarının yeni nəslə qoyulması o insanın qismən və ya tam yaşadıqlarının ötürülməsi nəticələnə bilər. Ona görə də nəsildə və ya məşhur adamlar arasında belə həyat yaşamış şəxslərin adından uzaq durmaq yaxşı olardı.  

Bəs özündəşiddət, kədər mənaları daşıyan adlar qoymaq olarmı? (Məsələn: Hicran, Həsrət,Natəvan, Miskin, Türkiyədə - Savaş, Tayfun, Atəş və.s)  Psixoloqlar bildirirlər ki, tarix boyuinsanlara, xüsusən kişilərə güc simvolu olaraq şiddət xarakterli adlar və ya yırtıcıheyvanların, quşların adlarını qoyublar. Düşünülüb ki, bu adlar kişilərdə güclüxüsusiyyətlərin formalaşmasına kömək edəcək. Amma... bu, yanlış düşüncə imiş! Çünkiinsanların psixikasında bu şiddət anlamlı adlar elə eyni təsiri də göstərir, yəni(onların dediyini deyirəm, məndən günah getdi!) Aslan, Əsəd (ərəbcə şir deməkdir),Qartal, Şahin və s. kimi adları olanların xarakterində yırtıcılıq varmış! Eləcə dəkədər dolu adlardan uzaq olmaq lazımdır. Xan qızı Xurşidbanu oğlunun ölümündənsonra özünə "Natəvan” (tabsız, dözümsüz, gücsüz) təxəllüsünü götürmüşdü. Şairəninadını yaşatmaq üçün Xurşidbanu da qoymaq olar, qızlarınızı həyata 1:0 məğlubniyə başladırsınız?   

Qərəz, adseçərkən diqqətli olaq, hər şeyə görə də Fələyin çərxini söyməyək!

TƏQVİM / ARXİV