HAVASI BiLiNMƏYƏN YAZI

ƏBÜLFƏT MƏDƏTOĞLU
31004 | 2009-06-16 16:56
İki gün öncəki havanı xatırlayanda paytaxtda yaşamağın nə qədər zülm bir iş olduğunu yenidən dərk elədim. İnanmazsınız, ancaq hava məni elə boğurdu ki, su sayğacının hansı sürətlə işləməsinin fərqinə varmadan kranı açıb əllərimi iki saatdan artıq suyun altında saxladım. Və bununla da suyun şırıltısından dağ şəlaləsinin səsini, ahəngini yaratmaq istədim. Düşündüm ki, bəlkə bu təəssürat, bu xəyal mənim tıncıxan nəfəsimi öz əvvəlki axarıma qaytardı. Amma havanı bunlada aldada bilmədim. Elə bildyiimi elədim. Sonda həmişəki kimi dərman çatdı köməyə.
   
   Dərman hesabına səhəri açandan sonra yol boyu öz-özümə düşündüm ki, görəsən bütün paytaxtaların havası belədir, yoxsa elə bizdə nəsə qeyri-adi hadisələr baş verir. Bax, bu məqamda radiodan eşitdiyim bir informasiya diqqətimi çəkdi. Bəlli oldu ki, sən demə, Bakı üzərində qalın və zəhərli hava təbəqəsi yaranıb. O da xərçəng xəstəliklərinin yaranmasına və artımına təkan verir. Necə deyərlər, havanın bizi sıxmağı bir yana, üstəlik də bu xəstəlik məsələsig Nevroz adamların belə məqamda nələr yaşadığını az-çox duymuş olarsınız.
   
   Hə, bu da "Azərbaycan" nəşriyyatı. İçrəi daxil olanda polisin dinlədiyi, daha doğrusu izlədiyi ATV kanalında ulduz yarışması gedirdi və qızlardan hansısa köhnə sosialist mahnısı oxuyurdu. Mahnının bir misrası diqqətimi çəkdi özümdən asılı olmayaraq xəyal məni köhnə günlərə çəkib aparsa da, amma içimdən bir təbəssüm də gəlib keçdi. Fikir verin misraya:
   
   Belə qızdan məhsulu da bol istə!
   
   İndii gəl bunu hara istəyirsən, necə istəyirsən yoz görüm, bu yozumun sonu olacaq, yoxsa yox.

TƏQVİM / ARXİV