adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Fevral 2015 11:45
26495
AVTOMABİL
A- A+

Bu yollar bağlı olacaq - Sürücülərin nəzərinə

Bakıda daha bir prospekt bağlanacaq. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Adalet.az-a verilən məlumata görə, bu gün saat 10:30-dan etibarən, Nobel prospektinin Gəncə prospekti ilə kəsişməsindən Ramiz Quliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində (şəhər istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Buna səbəb yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsidir.